739) Yenidoğulmuşlarda ilk günlər nəbzin tezliyi bir dəqiqədə necə olur?
A) 90-100
B) 80-90
C) 140-150
D) 70-100
E) 100-110
Uşaqlarda yaxşı olar ki,nəbz tənəffüslə yanaşı sayılsın. Nəbzin tezliyini saymaq ücün uşaq sakit vəziyyətdə olmalı və ya yatmalıdır.Yenidoğulmuşlarda sutkadan asılı olaraq nəbzin tezliyi dəyişir.Nəbzin tezliyi bir dəqiqədə 140-150 vurğu olur.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова.Детские болезни. Москва 1986 стр67.
740) Yarımçıq doğulmuş uşaqlarda hansı əmgək açıq olur?
A) yan əmgəklər
B) böyük,yan əmgəklər
C) böyük və kiçik
D) hamısı bağlı olur
E) böyük,kiçik və yan əmgəklər
28 həftə ilə 38 həftə arasında doğulan,çəkisi 2500 qr-dan az ,boyu isə 45 sm-dən az olan uşaq yarımçıqdoğulmuş hesab edilir.Vəziyyəti Apqar şkalasına görə 3-cü dərəcə ilə qiymətləndirilən,çəkisi 1500 qr-dan az,boyu isə 35 sm-dən az olan yarımçıqdoğulmuş uşaqda böyük,kiçik və yan əmgəklər açıq olur.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова.Детские болезни. 1986 стр 113.
741) Yenidoğulmuşlarda ağır asfiksiya Apqar şkalasına görə necə balla qiymətləndirilir?
A) 6-7
B) 1-3
C) 9-10
D) 11-12
E) 4-5
Yenidoğulmuşlarda asfiksiyanı 3 dərəcəyə ayrılır-yüngül,orta ağır və ağır.Apqar şkalasına görə uşağın vəziyyəti 1-3 balla qiymətləndirilərsə, bu ağır asfiksiya sayılır.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова.Детские болезни.1986 стр 119..
Dostları ilə paylaş: |