737) Neçə həftəliyində doğulmuş uşaq vaxtında doğulmuş hesab edilir? A) 35-37
B) 38-39
C) 38-42
D) 32-34
E) 28-30
Vaxtında doğulmuş uşaq ana bətnindəki inkişafın 38-42 həftəsini keçirmiş, funksional cəhətcə yetişmiş uşaqdır.Bu uşaqların çəkisi 3500-2400 qram arasında,boyları isə 48-52 sm arasında olur.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова.Детские болезни. Москва 1986 стр 37.
738) Südəmər uşaqlarda bir dəqiqədə tənəffüsün sayı necədir? A) 25-30
B) 30-35
C) 20-25
D) 40-45
E) 35-40
Südəmər uşaqlarda tənəffüsü uşaq yatdıqda və ya sakit vəziyyətdə olduqda sayırlar.Uşaqlarda tənəffüs qarışıq tipli olur.Südəmər uşağın tənəffüsünün sayı bir dəqiqədə 30-35 olur.
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова.Детские болезни. Москва 1986 стр 59.