576) Aşağıdakılardan hansı ginekoloji əməliyyata aid deyil?
A) Ovarioektomiya
B) Salpinqooforektomiya
C) Tubektomiya
D) Appendektomiya
E) Uşaqlığın ekstirpasiyası
Soxulcanabənzər çıxıntının iltihabı zamanı cərrahi əməliyyat aparılır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh.291
577) Aşağıdakılardan hansı uşaqlıq yolu əməliyyatına aid deyil?
A) Yumurtalığın rezeksiyası
B) Arxa tağdan qarın boşluğunun punksiyası
C) Uşaqlıq boynunun elektrokonizasiyası
D) Uşaqlıq yolunun ön divarının plastikası (ön kolporafiya)
E) Uşaqlıq boynunun plastik əməliyyatı
Yumurtalıqların sklerokistozu-enzim sistemlə əlaqədar olaraq cinsi hormonların sintezi pozulur və qadınlarda hipomenstrual sindrom, amenoreya, sonsuzluq baş verir. Hər iki yumurtalıqlar böyüyür. Ona görə də rezeksiya əməliyyatı aparılır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 67
Dostları ilə paylaş: |