578) Ginekoloji xəstəliklərin hansında təcili əməliyyata ehtiyac duyulur?
A) Uşaqlıqdan kənar hamiləlik
B) Disfunksional uşaqlıq qanaxması
C) Klimakterik qanaxma
D) Yumurtalığın kəskin iltihabı
E) Uşaqlığın fibromioması
Ginekologiyada mayalanmış döl yumurtasının boruda ləngiməsi daxili qanaxma ilə nəticələndiyi üçün həyati göstərişlə təcili əməliyyat aparılır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 211
579) Aşağıdakı simptomlardan hansı uşaqlıq artımlarının iltihabi xəstəliyinə aiddir?
A) Bayılma ilə nəticələnən ağrının olması
B) Ağrının düz bağırsağa vurması
C) Hərarətin normal və ya subfebril olması
D) Qarının aşağı hissəsində ağrının daimi olması
E) Qasıq nahiyəsində kəskin, tutmaşəkilli ağrının olması
Orqanizmin reaktivliyindən, xəstənin ümumi vəziyyətindən, mikrobun növündən, xəstəliyin dərəcəsindən və etapından asılı olaraq artımların iltihabi xəstəliklərində qarının aşağı hissəsində ağrı hissiyyatı daimi xarakter daşıyır.
Ədəbiyyat: В.А.Загребина, А.М. Торчинов, «Гинекология», 1991 səh. 104
Dostları ilə paylaş: |