69) Ənsə gəlişi ön görkəmdə dölün başı hansı ölçü ilə doğulur?
A) Orta çəp ölçü
B) Kiçik çəp ölçü
C) Böyük köndələn ölçü
D) Böyük çəp ölçü
E) Kiçik köndələn ölçü
Dölün başı kiçik çəp ölçü -9,5 sm, dairəsi 32 sm - lə doğulur (ənsə altı çuxurdan böyük əmgəyin ön kənarına qədər olan məsafədir).
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 96; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 127
70) Ənsə gəlişi arxa görkəmdə döl başı hansı ölçü ilə doğulur?
A) Şaquli ölçü ilə
B) Kiçik çəp ölçü ilə
C) Böyük çəp ölçü ilə
D) Düz ölçü ilə
E) Orta çəp ölçü ilə
Döl başı orta çəp ölçü- 10 sm, dairəsi 33 sm ilə doğulur (ənsə altı çuxurdan başın tüklü hissəsinə qədər olan məsafədir).
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 98; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 130
71) Ənsə gəlişi ön görkəmdə doğuş mexanizmində döl başının açılmasından sonra hansı moment gəlir?
A) Döl başının bükülməsi
B) Ciyinlərin doğulması
C) Döl başının xarici fırlanması
D) Döl başının daxili fırlanması
E) Başın əlavə bükülməsi
Doğuş zamanı dölün etdiyi hərəkətlərin cəmi doğuş mexanizmi adlanır. Baş doğulduqdan sonra mövqedən asılı olaraq ananın buduna doğru çevrilir (fırlanır).
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 96; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 127
Dostları ilə paylaş: |