721) Doğulduqdan sonra Hepatit B-yə qarşı ilk peyvənd nə vaxt vurulur?
A) İki gün sonra
B) İlk 12 saat ərzində
C) İlk 24 saat ərzində
D) İlk 6 saat ərzində
E) Bir gün sonra
Yeni doğulmuşlar arasında hepatit B-yə yoluxma hallarının qarşısını almaq üçün uşaq doğulduqdan sonra 12 saat ərzində bu xəstəliyə qarşı peyvənd vurulur.
Ədəbiyyat: “ Təcrübədə immunlaşdırma”.Modul 2. Bakı 2010 ,səh 10
722) Yenidoğulmuşa gigiyenik vanna nə vaxt təyin olunur?
A) Göbək yarası(güdüllə birlikdə) sağaldıqdan sonra
B) Göbək yarası sağalmamış
C) İlkpatronajdan sonra
D) Doğulandan 8 saat sonra
E) Doğulan kimi
Gigiyenik vannalar uşaqda dərini təmizləyir və sağlamlaşdırılması üçün aparılır.Güdüllə birlikdə yenidoğulmuş vanna edilə bilər.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 ,səh 34
Dostları ilə paylaş: |