Bonzədirsən özünü itlərinə hər saət, Ey Füzuli, ola bilməz sənə bənzər güstax; Aşiqi-sadiqdir, izhari-qəm eylər hər səhər, Ah


Mühazirə 6 ƏDƏBİYYAT ELMİNİN METODİK ƏSASLARI VƏ ƏDƏBİ CƏRƏYANLAR



Yüklə 0,59 Mb.
səhifə6/9
tarix28.12.2021
ölçüsü0,59 Mb.
#17076
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
Mühazirə 6

ƏDƏBİYYAT ELMİNİN METODİK ƏSASLARI VƏ ƏDƏBİ CƏRƏYANLAR

Gerçəkləşmiş metodlar, cərəyanlar yaradıcılıq metodlarına yaxın onlardan az fərqlənən anlayışlardır. Çünki cərəyanlar həm obrazlı təfəkkür, bədii dərk üsullarıdır, həm də onları cəmiyyətin inkişafı, yeni düşüncə və ideyaların, fərdi yaradıcılıqların məzmun - strukturuna çevrilməsi, yeni estetik üsullar, təzə duyum və mənalandırma formaları, eyni zamanda, ayrı-ayrı fərdi üslubların ümumi oxşar müqayisədə görünür, cərəyanların bədii inkişafın kateqoriyaları olduqları müəyyənləşir; cərəyan incəsənətin inkişafının "bədii tendensiyası kimi meydana çıxır, iki qütb arasındakı - həm dünyaya, həm də bədii ənənəyə münasibətdə sənətkarı istiqamətləndirən metod və üslublar arasındakı əhatə kimi meydana çıxır. Bədii cərəyanın əsas xüsusiyyəti, əsas mahiyyəti budur ki, bədii cərəyan şəxsiyyət və dünya haqqında bədii konsepsiyanın tipologiyasıdır.

Cərəyan - axınların invariantıdır; axınlar - dünyanı tipoloji bədii konsepsiyaların variatıtlarıdır. Bədii cərəyan-gerçəkləşmiş bədii metoddur, dünya haqqında bədii konsepsiyanın tipologiyasında əksini tapan obrazlı təfəkkür üsuludur. Bədii cərəyan incəsənətin inkişaf qanunauyğunluğudur və dünyanı obrazlı şəkildə mənimsəməyin tiplərinin, bədi həqiqətin tiplərinin növbələşməsini əks etdirir.

Cərəyanda bədii prosesin bədii - ideoloji, məfkurəvi - estetik xüsusiyyətləri özünü biruzə verir. Bədii cərəyan bədii prosesin estetik kateqoriyası kimi ənənə və yenilikçiliyin qarşılıqlı təsirinin real tarixi nəticələrini, bədii şüurun tarixi cəhətdən şərtlənmiş yaradıcılıq nəticələrini əks etdirir". İctimai-siyasi mühit, elmi-mədəni tərəqqi həmişə yaradıcılığa, bədii əsərin məzmun-formasına, ədəbi meyl, cərəyan və metodlara təsir göstərir. Yeni estetik prinsiplər, yeni ədəbi ölçü və üsullar ədəbi-mədəni inkişafın bir mərhələsində yox, bütün dövrlərdə, fərdi yaradı-cılıqların müxtəliflik və zənginliyində təşəkkül tapır, fasiləsiz təkmilləşmə, yeni istiqamətlər artma prosesi keçirir. Ancaq yaradıcılıq metodlarından cərəyanların bədii-fikri tutumu az, məhdud olur. Cərəyanlar yalnız aşkar, hazır ideyalar, ədəbi-fıkri manifest və bəyannamələr üsulu ilə yaranan əsərləri əhatə edir. Klassisizm özünün ədəbi normaları poetik qanunlarının əsasını antik yunan ədəbiyyatmdan götürmüşdür. Cərəyanı yaradanlar cərəyan formalaşana qədər onun ədəbi normalarını hazırlamış, bəyan etmiş, bədii əsərləri necə, hansı poetik üsul və qanunlarla yazmaq haqqında fıkirlər söyləmişlər. Akademizm XVI əsrin sonunda İtaliyada təşəkkül tapmış, Avropa ölkələrində yayılmışdır. Bu cərəyanın nümayəndələri müasir gerçəkliyə etinasız qalmış, formanı məzmundan ayırmış, antik və İntibah mədəniyyətindən götürülən ədəbi norma və qaydalara ciddi yanaşmış, onları dəyişməmiş, yaradıcıhq axtarışları ilə təzə inkişaf axarına salmaq haqqında düşünməmişlər.

XIX əsrin axırlarında Fransada yaranan neorealizm tez yayılmış, təzahürünü incəsənətin bütün sahələrində tapmışdır. Neorealistlərin hazır ədəbi məramı olmuş və bədii əsərlər bu sabit məramın tələblərinə uyğun yazılmışdır. Onlar dövrlərinin mədəni və iqtisadi-siyasi əlaqələ-rini bəyənmiş, kapitalizmin şişirdilmiş, qeyri-adi rənglər vurulmuş, qəhrəmaniləşdirilmiş tarixini yaratmağa, lransız burjuaziyasmın mə'novi-psixoloji, ideya-fikri, irqi-sinfi üstünlüklərini göstərməyə ça-lışmış və bunları simvolistlərə qarşı qoymuşlar. Bunlarla yanaşı, bə'zən, ancaq tendensiyalı cərəyanlar və bu cərəyanların tələbi, poetik normaları ilə yazılan əsərlər ömrünü yaşayan, ədəbi tarixə çevrilən ədəbi məktəb və istiqamətlərin mündəricəsində yaranmışdır. XVIII əs-rə qədər slavyanların ədəbiyyatı çox zəif inkişaf etmişdir. Onlar "Şah-namə", "Töhvət ül-İraqeyn", "Mədain xərabələri", "Leyli və Məcnun", "Xosrov və Şirin"ə bənzər əsərlər yarada bilməmişlər. Ona görə də slavyanlann ədəbiyyatında erkən güclü romantik təsvirlər, həqiqətin dərin bədii ifadəsi olmamışdır. Romantizm Avropa ədəbiyyatından rus ədəbiyyatına keçən bir cərəyanın - klassisizmin bətnində, onun ırıəzmununda inkişaf etmişdir. Bu ona görə belə idi ki, cərəyanlar, ədəbi məktəb və istiqamətlər əsrlərin tələbi ilə yaranmış, bu və digər falqm bədii ehtiyacını ödəmişdir.

Öz dövrünün ədəbi prosesinin konsepsiyasının, bədii şüurun tarixi Oəticoləı inin ifadəsinin - cərəyanın məzmunu və funksiyası cəmiyyətin |və insan fəaliyyətinin təsvir istiqaməti ilə müəyyənləşir. Çünki ad ve-rilməsə də, hər dövr özünün ədəbi meyl və istiqamətlərini yaradır. Bi-2lm eradan əvvəl VI əsrdə yunanların yaratdığı vətəndaşhq lirikası bir, v əsrdə formalaşan antiaristokrat dramaturgiya başqa, Homerin ma-Pyyətini mifologiyadan alan, dünyanı, milli qəhrəmanhğı dərk təhkiyəsi isə ayrı istiqamət idi. Antik yunan və Roma ədəbiyyatında yaranan ədəbi meyllərdə gerçəklik mifoloji məzmuna hopdurulurdu Əsas obraz - Allah geniş təhlil olunur, dünya Tanrının tanrılara münasibətində dərk edilir, mə'nalandmlırdı.

Qədim Azərbaycan ədəbiyyatında bir-birinə bənzəməyən ədəbi meyllər yaranmışdır, ancaq onlara adlar verilməmişdir. "Avesta" xüsusən onun "Qatlar" hissəsi ictimai-siyasi, dini-fəlsəfı poetik əxlaq toplusudur. Dünyanın belə didaktik dərki-humanist duyğu, tə'sirU ədəbi ən'ənə erkən orta əsrlər Azərbaycan ədəbiyyatında davam etdi-rilmiş və ilk ədəbi meyllərdən biri xeyli dərinləşmişdir. Xaqaniyə qədər dünyavi hisslər, şərin inkarı, sevginin təmizliyi və real insani münasi-bətlər milli qəzəllərin məzmunu, poetik istiqamətlərindən biri, rübai-nin imkanı daxilində mədhiyyə pafosunun davam etdirilməsi onun başqa axarı idi. Əxlaqi-fəlsəfi və ictimai məzmunlu qəsidələr yazanda Xaqani hünər göstərir, ədəbi inkişafı bir, geniş süjetli lirik-epik po-eziyası ilə onu başqa yönə sahrdı.

Şərq xalqları ədəbiyyatında didaktik əsərlər az yazılmışdır. Niza-mi "Sirlər Xəzinəsi" ilə ən'onəyə humanist yön vermiş, "Xəmsə" axan ilə bərabər təzə bir istiqamət - real aləmi əxlaqi-didaktik söyləmə ilə canlandırmaq üsulu yaratmışdır.

XI-XII əsrlərdə Azərbaycan ədəbiyyatında bədii dərk çox geniş və əhatəli olmuşdur. İdeya-estetik tələb İntibahın tələbi idi. Real bədii ifadə - tipik romantik obraz özünü və mühitini dərk edən insan idi. Romantizm formalaşandan sonra süjet və bədii məntiqə şəxsiyyətin daxili-mə'nəvi, əxlaqi-psixoloji aləminin təhlili məzmun vermişdir. Klassisizmdə isə bədii nitqin əsasını vətəndaşhq ləyaqəti, dövlətə sevgi hissinin dərinliyi şərtləndirmişdir.

Ədəbi meyl və cərəyanlar sabit qalmır, dəyişir, ya növbələşir, ya da yan-yana inkişaf tapır, amma onlar xronoloji ardıcıllıqla yaranmır. Bu estetik kateqoriyalarda sənətkarları yaxın dünyagörüş, bir-birini tamamlayan əqidə və inam, ideal və arzular birləşdirir. Çünki "cərəyan bədii proses kateqoriyası kimi bir tipioloji model üzrə təşəkkül tapan konkret əsərlər sistemində yaranır və dünyanın bədii konsepsiyasınm tipi ilə, dünyanın mövcud vəziyyotinin strukturundakı bədii dərki ilə müəyyənləşir (Y.Borev).

Hər hansı yaradıcıhq metodunun və sistemli ədəbi cərəyanın yazıu və şifahi ədəbiyyatda əvvəlcə ilk ünsürləri, səciyyəvi əlamətləri yaranırVo bunlar ədəbi inkişafdan ədəbi inkişafa genişlənir, müxtəlif dövrlə-rin fərdi bədii üslublarının yaradıcılığını əhatə edir. Onların həyati piündəricə alan, mahiyyətində dərin mozmun daşıyanları yayılır, po-ctik amalı yaxın sənətkarların yaradıcıhğında ədəbi meyl, ya da isti-qamət, dərin ən'ənələrdon sonra isə müəyyən bir corəyan kimi forma-laşır.

XIX əsrin tükənəcəyindən dekadent - mociernist cərəyanlar yara-nır, futurizm, simvolizm, akmeizm və formalizm geniş yayılırdı. pimyagörüşləri, üslubları, həyat və insan anlayışları, yaradıcılıq taley və axtarışları qismən yaxm olan sonotkarlar müəyyən ədəbi qrup, meyl vo cərəyanlar ətrafında cəmləşirdilər. Dekadent yazıçılar, çox hallarda varlığı mürəkkəbliyi ilə yaşaya, dövrün aparıcı pafos və istiqamətini görə, həyatlarını xalq həyatına qata bilmirdilər. Müasir bir mövzu on-ların yaradıcıhğmda adiləşir, dinamik təşokkül tapmırdı. Çünki deka-dent - modernistlər məzmun-ideyaya soyuq, e'tinasız yanaşır, "saf sə-nət", çevik forma uğrunda mübarizə aparırdılar; həm roman - german, həm slavyan, həm də türk, orəb və farsdiili odəbiyyatda mozmunla for-ma vəhdətləşmir, diqqət bədii üsulların müxtəlifliyinə, vəzno, ahəngə, qafiyəyə, sözün düzümünə, çoxsəsliliyə, musiqidə hərəkət edən səs for-malanna, bütövlükdə dilin semantikasına verilirdi. Rus dekadent-modernirst ədəbiyyatının yaradıcıları - Minski, Merejkloski, Solloqub və Bolomont elə bilirdilər ki, poeziya formadır. bədii üsullardır, səslər kombinasiyadır.

Avropa və rus dekadent - modernist yazıçılarının ədəbi mühitdə öz mövqeyləri, öz inam və əqidələri olmuşdur. Rusiyada dekadent-modernist ədəbiyyatı yaradanlardan biri - V.Bryusov Pol Verlenin, Mallarmenin, Meterlinq və Rembonun yaradıcılığını mükəmməl öy-rənmiş, dekadent cərəyanlarm mahiyyətinə enə bilmişdir. Bədii əsər yazanda o, yalnız iste'dadla, məzmunun təmizliyi və xəlqiliyi ilə kifay-stlənmir, həm də sözü və sosi necə işləlmək, ahəngi hansı axara salmaq üsulları axtarır, "sənətdə tamam yeni yol açmaq" istəyirdi. V.Bryusov deyirdi: "Ən parlaq ulduzu dumanda belə axtanb tapmaq lazımdır. Mən onu görürəm, bu, dekadent odəbiyyatdır".

Nə futurizm, nə də akmeizm formalizm yayılmamışdır. Ancaq hər 'ki cərəyan məzmunu vo bədii üsulları ilə formalizmi tamamlayırdı. Gəiəcək mə'nasında işlənən, ədəbi təcrübə vo ən'ənəyə e'tinasız qalan füturizm XX əsrin əvvəllərində İtaliyada yaranmışdır. Futurizmin ya radıcısı F.Marinetti imperializmin və onun qəsbkarlıq siyasəf • bəyənmiş, hərəkəti, qarışıq dinamizmi yaradıcılığın məzmunu hesab etmişdir.

Slavyandilli xalqlann bə'zi sənətkarları futurizmə tez yiyələnmi onu yaymış, özlərini "yeni həyatın insaları" - yazıçıları adlandırmıslar Buna görə də İ.Severyanin klassik bədii mədəniyyəti bəyənməmiş, fu turizmi "köhnəlmiş Puşkinə", böyük təhkiyə ustası L.N.Tolstoy kimi ədiblərə qarşı qoymuşdur. Eyni zamanda, futuristlərin müşahidəsində' futurizm simvolizmin bətnində təşəkkül tapmış, onun ən'ənələrini da-vam etdirmiş, "niqabsızlığı" ilə seçilmişdir. "Niqabsızlıq" geniş təzahür tapsın - deyə V.Xlebnikov, A.Kruçennıx, D.Burlyuk, V.Şerşeneviç Və İ.Severyanin bədii əsərdə tam forma və bədii üsullar sərbəstliyi aramış, poetik "mən"i məzmun "yükündən" qurtarmaq istəmişlər. Futurizmin nümayəndələri insanın fikri-mo'nəvi təkamülünü, yeniliyin müxtəlif-liyini görmüş, amma onların ancaq formasına bədii qiymət vermişlər. Varlığı qeyri-adi, mürəkkəb formal üsullarla - təsviri sənətdə abstrakt xotlərlə, rəng və işarələrlə, musiqidə qarışıq səs-küylo, bədii ədəbiyyat-da səs və söz birləşmələri ilə ifadə etməyə çahşmışlar. Ekspertsionizm, formalizm, futurizm, qismən də akmeizmlə birləşir. Akmeizm yunan sözüdür, mə'nası zirvə, yüksək mərhələ,çiçəklənmə və kamilləşmə de-məkdir. Bu ədəbi cərəyan XX əsrin əvvəllərində rus ədəbiyyatında -N.Qumilyov, A.Axmatova, S.Qorodetski, B.Sadovski, M.Zenkeviç, Q.İvanov, Z.Kippius və O.Mandelştam yaradıcılığında yaranmış və inkişaf etmişdir. Akmeistlor simvolizmə qoşulmur, simvolizmdən eh-tiyat və qənaotlə istifadə edirdilər. Çünki akmeizm simvolizmə antite-zis kimi yaranmışdı. Lakin M.Qorki "Şəxsiyyətin iflası" məqaləsindo az qala simvolistlərlə akmeistləri eyniləşdirmiş, bu cərəyanlarda "hec bir pafos" tapa bilməmişdir: "Özünü keçmiş ədəbi həyata qarşı qoyan bu "yeni sənətkarların" əsərlərində hcç bir pafos yoxdur; səminu duyğular sönmiiş, fikirlər qanadını itirmiş, fərəhsiz, ağır və xəstə bır hala düşmüşdür".

Akmeistlər yaradıcıhğa simvolist kimi başlamış, sonralar akmeist şe'rlər yazmışlar. Akmeistlər sanki yeniliyi, müasir hoyatı görmək, onu özünəməxsusluğu ilə canlandırmaq istəmomişlər; hətta, sevgi onlar111 əsərlərində açıq-saçıq, natural, fərdi-fizioloji xasiyyət daşımışdır. N.Qumilyov və A.Axmatova qüvvətli və iradəli şəxsiyyətləri təsvir edir, onların ifadəli obrazlarını yaradırdılar.

Həm akmeizm, həm də ekspressionizm formalist corəyanlardır. jvlüasir Avropa və Amerika ədəbiyyatında işlənən ekspressionizmdə şərt ifadəlilikdir, səs, söz və söz birləşmələrindən uyarlı istifadədir, I formanm qeyri-adiliyi, məzmunun şərtiliyidir. Bu ədəbi cərəyanlarda fasiləsiz sarsıntılar keçirən, gah sevinən, gah da bədbinləşən, tənhala-şan, inam və ümidini itirən, gah da çaşqın və qorxulu ohvali-ruhiyyələr keçirən obrazlar yaradıhr. F.Kafkanın yaradıcıhğında rö'yalar, qorxu-lu və vahiməli hadisələr göstərilir, yuxularda mürəkkəb gərgin və-ziyyətlər yaradıhr; bunlar tə'siri azaltmır, obrazların kamilliyinə və ifadəliliyinə xələl gətirmir.

Ədəbi cərəyanların hamısı eyni dərəcədə yayılmamış, eyni dərəcə-I də tə'sir oyatmamış, ədəbiyyatları eyni dərəcədə əhətə edə bilməmişdir. Klassisizm, sentimentalizm, naturalizm və simvolizm daha çox yayılmışdır.




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin