46
nöqtələrin ölçüsü, başqa sözlə ekrana çıxarıla biləcək
nöqtələrin maksimal sayı bu monitorların imkanlarını fiziki
xarakterizə edir.
Müasir kompüterlər qrafik imkanlara malik rəngli
monitorlarla təchiz olunurlar. Belə monitorların imkanları
1024x768 nöqtə ilə müəyyən edilir, yəni onların ekranında bir
sətirdə 1024 nöqtə, bir sütunda isə 768 nöqtə yerləşə bilər.
Monitorların inkişaf tarixindən danışarkən aşağıdakı tip
monitorları qeyd etmək lazımdır:
- MDA – (mono display adapter) mətn tipli monoxrom
monitorlar (displeylər);
- CGA – (color graphic adapter) rəngli qrafik monitorlar,
onların imkanları 320x200 nöqtə ilə müəyyən olunur.
- Herkules – (Herc card və ya Compaq) qrafik adapterlər.
Birinci növ monitorlara rəngli qrafik adapterlərin müsbət
cəhətlərini özündə cəmləşdirən monoxrom monitor kimi,
ikinci növ monitorlara isə monoxrom adapterlərin müsbət
keyfiyyətlərini özündə birləşdirən rəngli qrafik monitor kimi
baxmaq olar.
- EGA – (enhanced graphic adapter) bu monitorlar onlardan
əvvəl istehsal olunan bütün növ monitorların müsbət
keyfiyyətlərini özündə birləşdirən (unifikasiya edilmiş)
monitor rolunu oynayırlar. Belə ki, onlar monoxrom, qrafik
və herkules adapterlərinin bütün imkanlarını yerinə
yetirməklə yanaşı yeni video rejimlərə malik yüksək
keyfiyyətli peşəkar qrafik adapterlərdir.
- VGA və SVGA – daha böyük imkanlara malik rəngli qrafik
monitorlardır.
- LCD
Dostları ilə paylaş: