48
sayı, yerləşməsi və onların forması bir qədər fərqlənə bilər, lakin
bütün klaviaturalarda eyni adlı düymələrin təyinatı və funksiyaları
eyni olur.
Klaviaturanın düymələrini təyinatı və istifadəçi baxımında
bir neçə bloka ayırmaq olar:
Hərf, rəqəm və işarələr – mətnlərin yığılması, sənədlərin
hazırlanması, proqramlarla işləyərkən informasiyanın
daxil edilməsi və s. məqsədlər üçün istifadə edilir. Bu
düymələr klaviaturanın əsas hissəsində yerləşir və adətən
açıq rəngli olurlar. Hərflərin düymələrdə düzülüşü hər
dilin qrammatik qaydalarına və xüsusiyyətlərinə əsaslanır.
Klaviaturalarda bu növ düymələrə əsasən aşağıdakılar aid
edilir:
o
hərflər:
ingilis hərfləri - A-Z və a-z;
Azərbaycan (rus) hərfləri – A-Z və a-z (A-Ə və a-ə).
o
rəqəmlər və riyazi işarələr – 0-9, "=", "+", "-", "*", "/",
"^", "<", ">", "%", "&".
o durğu işarələri – «.», «,» , «», «"», «:», «;», «!», «?»,
«-» və s.
o
müxtəlif işarələr – "(", ")", "[", "]", "{", "}", "\", "|",
"#", "@", "~", "_" və s.
Dostları ilə paylaş: