3.6. Bir əlifbadan digərinə keçid
Standart halda klaviaturadan yalnız ingilis əlifbasının
hərflərini daxil etmək olur. Digər əlifbaların (Azərbaycan, rus və
digər milli əlifbaların) hərflərini daxil etmək üçün xüsusi proqram
təminatlarından istifadə edilir. Bu proqramlar klaviaturanın hər bir
düyməsinə standart hərf və simvollardan əlavə milli əlifbanın
hərflərini və simvolları "bağlayır".
Ingilis və milli əlifba arasında keçidi, yəni çevirməni təmin
etmək məqsədilə klaviaturanın hər hansı bir düyməsinə və ya
düymələr kombinasiyasına "çevirici" funksiyası mənimsədilir. Bu
düyməni (düymələri) bir dəfə basmaqla klaviaturada milli
əlifbaya, təkrar basmaqla isə ingilis əlifbasına keçid təmin olunur.
Windows sistemində əlifbalar arasında "çevirici" qismində,
adətən,
[Ctrl]+[Shift],
[Alt]+[Shift],
sol[Shift]+sağ[Shift]
kombinasiyaları istifadə edilir. Bəzən klaviaturaya eyni zamanda
ikidən çox əlifba "bağlanır". Bu halda "çevirici" düymənin hər
dəfə basılması növbəti əlifbaya və axırıncı əlifbadan sonra isə
yenidən birinciyə keçirir.
52
Xüsusi hazırlanmış klaviaturalarda "çevirici" funksiyasını
yerinə yetirən düymə nəzərdə tutula bilər, məsələn, Rusiyada
hazırlanmış klaviaturalarda [RUS / LAT] olur.
Dostları ilə paylaş: |