47
formalarının aralıq vəziyyətində olan maye kristal onda
yaradılmış gərginlik və ya temperaturdan asılı olaraq kənar
mənbədən düşən işığı ya keçirir, ya da keçirmir. Müəyyən
hissələrdə gərginlik və ya temperaturu idarə etməklə daha
işıqlı və ya zəif təsvirlər yaratmaq, rəngləri dəyişmək olar.
LCD monitorlar çox nazik hazırlana bilər və olduqca az
elektrik enerjisi tələb edir. Eyni zamanda bu monitorlarla
bağlı aşağıdakı problemlər hələ də həll edilməmiş qalır:
kontrastlılıq (əks olunma), görünüş bucağının artırılması,
kifayət qədər yüksək qiymət və s.
- TFT LCD (nazik təbəqəli tranzistorlu maye kristallı)
monitorlar – nazik təbəqəli yarımkeçirici maye kristallı
monitorlarda maye kristal iki şüşə təbəqəsi arasında
yerləşdirilir. Material və enerji sərfinin az olması,
elektromaqnit şualanmasının səviyyəsinin aşağı olması bu
monitorları yüksək keyfiyyətli və "ekoloji baxımdan təmiz"
edir.
Monitorların ekranlarının ölçüsü müxtəlif olur. Standart
monitorlar 14 dyüm ölçüyə malik olur. Müasir kompüterlərin
tərkibinə əsasən 14, 15 və 17 dyüm ölçülü monitorlar daxil olur.
Xüsusi hallarda daha böyük monitorlar istifadə edilir.
Kompüterlərin video materialı emal etməsi sürəti istifadə
olunan video adapterdən çox asılıdır. Belə ki, qrafik informasiyanı
ekrana çıxarmaq üçün daha çox vaxt tələb olunur. Problemi aradan
qaldırmaq məqsədilə videoadapterlər yaddaşla təmin edilirlər. Bu
yaddaş nə qədər böyük olarsa, informasiyanın ekrana çıxarılması
sürəti və keyfiyyəti bir o qədər yüksək olar.
Dostları ilə paylaş: