Botanika elminə giriş, elmin inkişaf tarixi, məqsəd və vəzifələri



Yüklə 371 Kb.
səhifə15/19
tarix02.01.2022
ölçüsü371 Kb.
#44051
1   ...   11   12   13   14   15   16   17   18   19
BOTANİKA-1(Bitki anatomiyası) V.Novruzov

Meyvələrin quruluş müxtəlifliyi.

Meyvə örtülütoxumlu bitkilərdə toxumu və ya toxumları hərtərəfli əhatə edərək onları xarici mexaniki və fiziki təsirlərdən qoruyan bir orqandır. Meyvə əsasən meyvə yarpağından, daha doğrusu mayalanma getdikdən sonra yumurtalıqdan inkişaf edir. Meyvə bir və ya bir neçə meyvə yarpağından əmələ gələ bilər.

Meyvələr iki hissədən ibarət olur: toxumlardan və meyvəyanlığından. Toxum yumurtacıqdan əmələ gəldiyi kimi, meyvə yanlığı da yumurtalığın divarından inkişaf edir və toxumaları çox zaman toxum yetişənə qədər, əksər bitkilərdə isə toxum yetişəndən sonra da örtmüş olur. Bu cəhətdən meyvələr açılan və açılmayan olur.

Yetişmiş meyvədə meyvəyanlığı üç qatdan ibarətdir. Onun quruluşu ilə çəyirdəkmeyvələrin meyvəsində tanış olmaq olar.

Şaftalı meyvəsində meyvəyanlığının ən xarici qatı ekzokarp adlanır. O, yumurtalığın divarının epidermisindən əmələ gəlir. Meyvəyanlığının ən daxili qatı endokarp adlanır. O, burada daşlaşmış hüceyrə kütləsindən ibarətdir, çəyirdəkmeyvəlilərdə isə meyvənin çəyirdək adlanan hissəsini təşkil edir. Bu meyvələrdə çəyirdək toxumu xarici fiziki və mexaniki təsirlərdən qoruyan möhkəm bir örtük vəzifəsini görür. Ekzokarp ilə endokarp arasında meyvəyanlığının orta qatı çox zaman ətlənir və şirə ilə dolur. Bu mezokarp qatıdır. Ekzokarp və endokarp meyvəyanlığını təşkil edir və birlikdə perikarp adlanır. Bəzi bitkilərdə meyvə yetişərkən perikarp ətli və şirəli olur, bəzilərində isə quru qalır. Meyvələr bu əlamətlərinə görə iki qrupa ayrılır: ətli-şirəli meyvələr və quru meyvələr.

Əgər meyvənin əmələ gəlməsində ancaq yumurtalıq iştirak edirsə belə meyvə əsil (həqiqi) meyvə adlanır. Bəzən meyvənin əmələ gəlməsində yumurtalıq ilə yanaşı çiçəyin başqa hissələri də iştirak edir, belə ki, yumurtalıq çiçəkdə altda yerləşdikdə, meyvənin əmələ gəlməsində yumurtalıqla bitişmiş kasacıq və çiçəkyanlığı da iştirak edir. Bu kimi meyvələrə almanın, armudun, əzgilin, zoğalın, xiyarın, qozun, narın, çiyələyin və s. meyvəsini misal göstərmək olar. Şərti olaraq belə meyvələrə yalan meyvə deyilir.

Bir çox bitkilər ömrü boyu ancaq bir dəfə meyvə verir. Belə bitkilər monokarp bitkilər adlanır. Bütün birillik bitkilər, söğan, kələm və çuğundur kimi ikiillik bitkilər monokarpdır, çünki onlar ömürlərində ancaq bir dəfə çiçəkləyir və bir dəfə meyvə və toxum verir.

Çoxillik bitkilərin də bəziləri monokarpdır. Məsələn, Amerika aqavası 70-100 il yaşamasına baxmayaraq ancaq bir dəfə çiçəkləyir və meyvə verir. Meyvələri və toxumları yetişdikdən sonra bitki ölür.

Ömür sürdüyü müddət ərzində dəfələrlə çiçəkləyib meyvə verən bitki polikarp bitki adlanır. Meyvə ağacları, meşə ağacları, çoxillik çəmən, step (bozqır) və səhra otları polikarpdır.

Müxtəlif quruluşlu meyvələri üç qrupa ayırmaq olar: 1) sadə meyvələr, 2) mürəkkəb meyvələr, 3) toplu meyvələr.



Sadə meyvələr. Açılan sadə quru meyvələr. Bu meyvələrin meyvə yanlığı yaşıl quru və pərdəvarı olur. Onun müxtəlif formaları aşağıdakılardan ibarətdir:

1. Yarpaqmeyvə, bir meyvə yarpağından əmələ gəlmiş dişcikdən inkişaf edir. Ancaq birtərəfli (ön tərəfdən) açılır. Açıldıqda yarpağa bənzəyir. Birtoxumlu və ya çoxtoxumlu olur. Əsbənin və qaymaqçiçəklilərdən bir çoxunun meyvəsi yarpaqmeyvədir.

2. Paxlameyvə, bir dişicikdən və bir meyvə yarpağından əmələ gəlir, birtoxumlu və çoxtoxumlu olur; toxumları bir cərgə düzülür; yarpaq meyvədən fərqli olaraq ikitərəfli, ön və arxa tərəfdən açılır. Paxlameyvə paxlalı bitkilərdə əmələ gəlir. Paxlanın quruluşu müxtəlif paxlalılarda müxtəlifdir.

3. Buynuzmeyvə, iki bitişik meyvə yarpağından əmələ gəlir. İkiyuvalı çoxtoxumludur. İriyanlı (aşağıdan yuxarıya doğru) açılır. Toxumlar iki meyvə yarpağı arasında əmələ gəlmiş pərdəcik üzərində yerləşir. Buynuzmeyvəni xaççiçəklilər fəsiləsinin nümayəndələrində, o cümlədən kələmdə, turpda, şəbbu çiçəyində görmək olar.

4. Buynuzcuq, prinsip etibarilə buynuzmeyvə ilə eyni quruluşludur, fərqləri ancaq meyvənin eninin və uzununun bir-birinə olan nisbətindədir. Buynuzcuğun eni və uzunu az fərqlənir. Buynuzmeyvə isə həmişə uzunsov olur. Buynuzcuğa da xaççiçəklilərin nümayəndələrində təsadüf olunur (məsələn, quşəppəyində).

5. Qutumeyvə, iki və ya çoxlu meyvə yarpağından əmələ gəlir. Meyvə yarpağının sayından asılı olaraq iki və çoxyuvalıdır. Həmişə çoxtoxumlu olur. Bəzən meyvə yarpaqlarının sayı çox olsa da qərənfillərdə və xaşxaşda olduğu kimi qutucuq biryuvalı olur. Qutumeyvə çox zaman təpəsindən xüsusi qapaqcıq, dişcik və deşiklər şəklində açılır. Tipik qutumeyvəni xaşxaşda, batbatda, pambıqda, qərənfilçiçəklilərdən bir çoxunda və başqalarında görmək olar.




Yüklə 371 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin