BöYRƏk daşi xəSTƏLİYİ



Yüklə 50,66 Kb.
səhifə4/5
tarix14.12.2023
ölçüsü50,66 Kb.
#179145
1   2   3   4   5
referat 3878

Risk faktorları
- irsi meylliliyin olması;
- mədə-bağırsaq (qastrit, kolit, xora xəstəliyi və s.) və sidik-cinsiyyət sisteminin (pielonefrit, prostatit, prostat vəzin adenoması, sistit və s.) xroniki xəstəlikləri;
-qalxanvariyanı vəzin funksiyasının pozulması;
-osteomielit, osteoporoz, sümüklərin digər xəstəlikləri və ya travmaları;
-müxtəlif mənşəli zəhərlənmələr və ya infeksion xəstəliklər nəticəsində orqanizmin uzun müddət susuzlaşması;
orqanizmdə baş verən vitamin (xüsusən D qrupu) çatışmazlıqları;
sidiyin turşuluğunu artıran qida məhsullarının (kəskin, turş, duzlu qidalar) daimi şəkildə qəbul edilməsi;
tərkibində duzların yüksək səviyyədə olduğu suların qəbul edilməsi;
coğrafi faktor (İsti iqlim şəraitində yaşayan insanlarda böyrək daşı xəstəliyinin inkişaf etmə ehtimalı daha yüksək olur)
ultrabənövşəyi şuaların daimi olaraq çatışmazlığı

BÖYRƏYİN BƏDXASSƏLİ ŞİŞLƏRİ
Böyrəyin bədxassəli şişi böyrək parenximasından (renal hüceyrəvi şiş, hipernefroma) və böyrək ləyəninin epitelindən (adenokarsinoma) inkişaf edir.
Renal hücəyrəli bədxassəli şişləri çox vaxt 50 yaşdan sonra inkişaf edir. Şiş böyük ölçülərə çatır, böyrək kapsulunu böyrək və aşağı venanı işğal edir, limfa düyünlərinə ağciyərə ,sümüklərə, qaraciyərə metastaz verir. İlk əlaməti massiv hematuriyadır (40-70% xəstələrdə). Şiş əməliyyatla götürülməzsə hematuriya sonrakı mərhələdə kəskin anemiyaya gətirib çıxarır. Ağrı güclənir, böyrək sancısı simptomları proqresivləşir. Digər erkən simptom bədən tempraturunun yüksəlməsi, 38-30% çatmasıdır. Səbəbi aydın olmayanın tempratur yüksəlmələri (xüsusi ilə günün ikinci yarısında ), 1 ay davam etməsi və massiv hematuriya həkimi bədxassəli şişdən şübhələndirməlidir. Digər simptomlar arasında palpasiya zamanı şişlik, varikosel, EÇS yüksəlməsi, bəzən (2% halda) eritrositlərin, hemoqlobinin yüksəlməsi (şişin eritropoetinin sekresiyasının yüksəlməsi ilə bağlı olaraq) təyin olunur.


Yüklə 50,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin