Tapşırıq 5 – Xəbərdarlıqların rayon və icmalara yayılması
Bu tapşırıq xüsusilə xəbərdarlıq məlumatlarının müvafiq tərəflərə yayılması üçün effektiv və etibarlı üsulların işlənib hazırlanmasını nəzərdə tutur. Tapşırıq 4-ün çərçivəsində hazırlanan prosedurlar həm xəbərdarlıqlar, həm də daşqın hadisələri zamanı və daşqından sonra məlumatların yayılması üçün məlumat axını tələblərini müəyyən etməkdə əsas olacaq.
Bu tapşırığı lazımi şəkildə planlaşdırmaq üçün yayma/ötürmə komponenti daxilində məlumat axınını daha təfsilatlı hazırlamaq lazımdır. Bu, xüsusilə, İKT infrastrukturunun və digər ehtiyatların institusional və prosedur tələblərini qarşılamaq üçün düzgün müəyyən edilməsini təmin etmək üçün vacibdir.
Azərbaycanda cari daşqın xəbərdarlığı çərçivəsində mövcud yayılma komponenti iki müxtəlif qurumun öhdəliyindədir (Şəkil 11). ETSN proqnoz və xəbərdarlıq məlumatlarını birbaşa aşağıdakılara çatdırır:
-
FHN-in Böhran İdarəetmə Mərkəzi
-
Fövqəladə Hallar Komissiyası
-
Kütləvi İnformasiya Vasitələri
Digər tərəfdən FHN-in də yayma/ötürmə komponentində çox vacib rolu vardır. Regional və milli səviyyədə fövqəladə hal baş verdikdə FHN-in Bakıdakı baş qərargahı regiondakı FHN mərkəzlərinə xəbər verir. Ehtiyac olduqda FHN-in regional mərkəzinin əlaqə saxlaması (telefon vasitəsilə) üçün hər bir icma daxilində iki nəfər təyin olunur.
Şəkil – Yayılma/ötürmə komponenti üçün mövcud məlumat axını
Məlumatın yayılması və cavab protokolları FHN tərəfindən işlənib hazırlanmış Təbii Fəlakət üçün Fəaliyyət Planında daha ətraflı şəkildə verilmişdir. (bax Məhsul 2: Azərbaycanda DPEXS üçün mövcud institusional tədbirlərin xəritələşdirilməsi üzrə hesabat). Bu planda, iştirak edən müxtəlif təşkilatların telefon nömrələri belə müəyyən edilir. Həmçinin, qeyd olunmalıdır ki, bu məlumatın yuxarıda sadalanan təşkilatlara çatdırılması üçün standart forma mövcuddur.
Yayılma komponentinin qurulması prosesində ən yaxşı yanaşma yaxınlaşan fəlakətlər barədə icmalara həyəcanların verilməsində, cavab və xilasetmə tədbirlərinin əlaqələndirilməsində və təsir azaltma proqramları və layihələrinin əlaqələndirilməsində mövcud İKT alətlərindən istifadəni maksimuma çatdırmaq ola bilər. Lakin bu halda mövcud əlçatımlı İKT alətləri qeyri-qənaətbəxş görünür. Məlumatların, xüsusilə daşqın hadisələri vaxtı bölüşülməsi üçün veb əsaslı platformanın yaradılması ətraflı şəkildə nəzərdən keçirilməlidir. Bundan əlavə, icmaları xəbərdar etmək üçün mobil telefon kommunikasiyasından istifadə də qeyri-kafi görünür. Bu kommunikasiya metodu daha adi və kiçik hadisələr üçün kifayət etsə də, mürəkkəb və geniş yayılan təsirlərə malik kəskin daşqınlar daha kompleks yanaşma tələb edir. Bu yanaşma həm spesifik hədəri olan xəbərdarlıq mesajları, həm də müxtəlif yayma kanalları, o cümlədən internet veb səhifələrini, səsgücləndiriciləri, faks və kompyuter, qapıdöymə və hətta uzun reaksiya müddəti olan hadisələrdə qəzetləri ehtiva edir. Rejimlərin seçimi başlama vaxtı, daşqının gözlənilən kəskinliyi və icmanın təbiətindən asılı olacaq, lakin ümumilikdə insanlar məlumatları qəbul etməyə xidmət edən müxtəlif vasitələri müxtəlif dərəcədə eşitdiyi və cavab verdiyi üçün metodlardan təbəqələrlə istifadə prinsipinə əməl edilməlidir. Müxtəlif yayılma mesajlarından istifadə həm də təsdiqetmə ehtiyacını qarşılamağa kömək edir. İnsanların aydınlaşdırma, təkraretmə və ya digər yardım üçün zəng edə biləcəyi və ya baş çəkə biləcəyi telefon nömrəsi və ya veb səhifənin olması da tövsiyə edilir. Abunə xidmətləri də nəzərdən keçirilməlidir. Zəruri olduqda və müxtəlif növ mesajlar müxtəlif resipientlər üçün konfiqurasiya edildikdə bu xidmətlər mesajı müvafiq tərəfə ünvanlamaqda kömək edəcək. Həmçinin, təxliyənin zəruri olacağı gözlənilərsə, insanların boşaltmalı olacağı binalara məlumatı qapı-qapı gəzmək üsulu ilə fərdi şəkildə çatdırılmasını nəzərdə tutan sistemin yaradılması tövsiyə oluna bilər. Şəxsən qəbul olunan xəbərdarlıqlar uzaq məsafədən alınan məlumatlara nəzərən daha anlaşılan, inanılan və bu səbəbdən tədbir görülən olduğu üçün təhlükəsizlik tələbinin optimal şəkildə çatdırılmasını təmin ediləcək.
Yayma komponentinin layihələndirilməsi üçün əvvəlki məlumat mübadilələrinə dair tələblər təfsilatlı şəkildə müəyyən olunmalıdır. Bura daşqın müddətində və daşqından əvvəlki məlumat mübadilələri daxildir. Bu tələblər digər tapşırıqlarla əlaqələndirilmiş şəkildə, xüsusilə xəbərdarlıqların yayılması və hazırki daşqın hadisələri üzrə idarəetmədə iştirak edən əsas maraqlı tərəflərlə məsləhətləşdirilmiş şəkildə işlənib hazırlanmalıdır (həm milli, həm də regional və icma sxemi səviyyəsində). Bu tələblərə aşağıdakılar daxil edilməlidir:
-
kritik vaxtlarda tələb olunan səsli zənglərin maksimum təxmini sayı
-
kritik vaxtlarda tələb olunan maksimum internet sürəti
-
xəbərdarlıqlara cavab verilmədikdə gücləndirmənin vaxtı ilə bağlı tələblər
-
bütün zəruri məlumat kanallarının təhlili
Hazırki kommunikasiya vasitələri, mövcud İKT infrastrukturu da quraşdırma müddətində təfsilatlı şəkildə təhlil olunmalıdır. Bu təhlilə aşağıdakıların qiymətləndirilməsi daxil olmalıdır:
-
potensial
-
etibarlılıq (xüsusilə fövqəladə hallara nəzərən)
-
xərc
-
istifadəyə yararlılıq
Yuxarıdakı tələblərin təhlilinin və hazırki təchizat qiymətləndirməsinin nəticələri yeni təchizat tələblərinin müəyyən olunmasının əsasını təşkil edəcək.
Tapşırıq 6 – İcma əsaslı daşqın xəbərdarlıq sxemlərinin yaradılması
Tapşırıq 3, 4 və 5 çay və yağıntı şərtlərinin monitorinqi, milli səviyyədə daşqın xəbərdarlığı əməliyyatları, eləcə də milli, rayon və icma səviyyəsində xəbərdarlıqların verilməsi texnologiyaları üzərində cəmləşmişdir. Bu tapşırıq çərçivəsində əsas fəaliyyət icma səviyyəsində təmin olunmuş məlumatdan və tələb olunan istənilən əlavə avadanlıqdan (əllə oxunan hidroloji və yağış ölçmə cihazları, mobil telefonlar yaxud meqafonlar kimi) ən yaxşı necə istifadə etməyə dair qərar vermək olacaq.
Bu halda, daha əvvəl Tapşırıq 0-da qeyd olunduğu kimi, müəyyən olunmuş qalıq vaxta görə icmaların tədqiqat ərazisində iştirakı cavab komponenti ilə məhdudlaşdırılacaq. Bununla belə, icmaların risk və məlumat yayma komponentində iştirakı nəzərdən keçirilməlidir. Lakin icmaların monitorinq və proqnoz komponentində tam iştirakı qalıq vaxtla əlaqədar olaraq, çətin olacaq. Bu səbəbdən çay ölçmə cihazlarından istifadə məhdudlaşdırılmalı və məsləhət görülməməlidir. Həmçinin, su hövzəsinin mümkün qədər yuxarı axarındakı yağıntı məlumatları tövsiyə olunduğu üçün icmanın yağış ölçmə cihazlarından istifadə məsləhət görülmür.
Bu sxemlərdən faydalanacaq icmalar yuxarıda Tapşırıq 0-da müəyyən edilmişdir. Risk barədə məlumat tapşırığından (Tapşırıq 2) və məlumatların toplanmasından (Tapşırıq1) əldə olunmuş informasiyadan istifadə edərək hadisələrin tezliyi ilə əlaqədar sonrakı qiymətləndirmə aparılmalıdır. Bu, hər bir icmada istifadə olunacaq vasitə və alətlərin yekun müəyyənləşdirilməsinə kömək edəcək. İlk yanaşma kimi (Tapşırıq 3-də təsvir olduğu kimi) bütün icma əsaslı sxemlər mənbə ərazidə telemetriyalı ən azı bir yağış ölçən cihaza malik olacaq. Bu məlumat kompleks daşqın proqnozlaşdırma sisteminə (bax Tapşırıq 8) ötürüləcək və digər (qlobal) mənbələrdən sonrakı məlumatlar və sistemin modelləşdirmə komponentinin nəticələri əldə olunduqdan sonra sonra müəyyən olunmuş həddlər keçilmişsə, xəbərdarlıq və həyəcanlar veriləcək.
.
Dostları ilə paylaş: |