İş planı
Monitorinq şəbəkəsinin layihəsi təsdiq edildikdən sonra, şəbəkənin qurulması və istifadəsi üzrə iş planı aşağıda tam təsvir edilir. İş planına aşağıdakılar daxil olmalıdır:
-
Alış, quraşdırma, yığma
-
Nəzarət stansiyasının proqram təminatı
-
Tikinti-mühəndislik işləri
-
Daşıma
-
Anbar və saxlanc
-
Ölkə daxili daşıma
-
Sınaqdan keçirmə və qəbul
-
Telekommunikasiya
-
Təlim
-
Texniki xidmət
Tapşırıq 4 - Daşqın xəbərdarlığının verilməsi üçün məlumatların təsviri və prosedurlar
Bu tapşırığın əsas məqsədi daşqın və quraqlıqlar üzrə təkmilləşdirilmiş erkən xəbərdarlıq xidmətinin işi üçün tələb olunan fəaliyyət prosedurları və qurumlararası əməkdaşlıq hazırlamaqdır. Bu tələblər aşağıda gsötərilənlərin hazırlanması və razılaşdırılmasını əhatə edir, lakin bununla məhdudlaşmır. Əsas alt-tapşırıqlar əsas maraqlı tərəflərin müəyyən edilməsi, tələblərin ilkin siyahısının təklif edilməsi, bir sıra görüşlər və/yaxud seminarlarda həmin maraqlı tərəflərdən rəylərin toplanması və istifadə edilməsi və qəbul edilmiş şərhlər əsasında tələblərin yekunlaşdırılması olmalıdır.
Xidmət səviyyəsi razılaşmaları / Anlaşma memorandumları
Daşqınlar üzrə xəbərdarlıq sistemi bir çox elementlərdən ibarətdir. Çünki daşqın xəbərdarlığı ümumiyyətlə çoxölçülü tədbirdir və bir çox müxtəlif təşkilati və peşəkar mənbələrdən töhfələr tələb edir. Texniki maraqlar, eləcə də sosial və davranış elmləri, fövqəladə halların idarə olunması ilə bağlı maraqlar olacaq. Bu töhfələrin effektivliyi və hər birinin optimal şəkildə hazırlanması sistemin hazırlanmasında əsas məsələlərdən biri olacaq. Eləcə də, müvafiq daşqın icmasından töhfələr də tələb olunacaq.
Aşağıdakı bəndlər müəyyən edilmişdir:
-
Daşqın xəbərdarlıqları, daşqınların proqnozlaşdırılmasında istifadə üçün hava proqnozlarının, peyk məlumatlarının və meteoroloji müşahidələrin rayon və icmalara çatdırılması və leysan yağışları. Hava proqnozları üçün mümkün mənbələr Tapşırıq 8-də təsvir ediləcək. Qeyd edək ki, ETSN artıq bir neçə mənbədən, o cümlədən aşağıdakılardan məlumatlar alır:
-
Kosmik şəkillər: Meteosat-dan bulud örtüyünə və atmosferdəki su buxarı tərkibinə dair məlumatlar
-
Türkiyə Meteorologiya Xidmətindən MM5 hava proqnozu məlumatları
-
Avropa Orta Müddətli Proqnozları Mərkəzindən hava proqnozu məlumatları
-
Leysan yağışları xəbərdarlıqları və digər kəskin hava proqnozları üçün meyarlar/hədlər. Seçilmiş hədlərdən asılı olaraq, xəbərdarlıqlar verilə və ya verilməyə bilər. Bu hədlərin seçilməsi meyarları tam qiymətləndirilməlidir. Çoxillik və modelləşdirmə məlumatları bu hədləri əldə etmək üçün yenidən gözdən keçirilməlidir. Yağış səviyyələri, qarın dərinlik məlumatları, torpağın nəmliyi, əvvəlki şərtlər, su səviyyəsi məlumatları və digərləri nəzərdən keçiriləcək.
-
Çay ölçmə müşahidə məlumatlarının rayonlara və icma əsaslı sxemlərə və digər qruplara təmin edilməsi (hədlər keçildikdə). Bütün monitorinq şəbəkəsinin və proqnozlaşdırma məlumatlarının dərhal müşahidə edilə biləcəyi açıq veb saytın hazırlanması təklif edilir. Eyni zamanda, yalnız çay səviyyəsi məlumatlarının təhlükəli səviyyələr barədə istiqamətləndirici məlumatlarla birlikdə ictimaiyyətə çatıdırılması üçün istifadəyə rahat versiya olmalıdır.
-
Texniki və digər dəstək səviyyəsinin icmalı. İcmal icma əsaslı daşqın xəbərdarlıq sxemlərinin (məsələn, layihə ölçmə qurğularının, kommunikasiya vasitələrinin təmin edilməsi və fövqəladə hallara cavab tapşırıqları) QHT-lərə çatdırılmaldıır.
-
Böyük daşqın hadisələrindən sonra hadisə sonrası təhlilin aparılması hər təşkilatdan gözlənilən töhfələr üçün meyarlar. Bu Tapşırıq 9-da ətraflı izah edilir.
-
Daşqın xəbərdarlıq xidməti üçün xidmət standartları
İş təlimatları / Direktivlər / Standart iş prosedurları
Daşqın və quraqlıqlar üzrə erkən xəbərdarlıq sistemi üçün müxtəlif iş təlimatları və standart iş prosedurları müəyyən edilməlidir. Bütün müxtəlif prosedurlar diqqətlə qiymətləndirilməli və bu qiymətləndirməyə aşağıdakılar daxil edilməlidir:
-
Yağıntı dərinliyi-müddət hədlərinin müəyyən edilməsi: Digər dəyişənlərlə kombinasiyalı şəkildə, yağıntı-dərinlik hədləri müəyyən edilməlidir. Torpağın nəmliyi və qar dərinliyi, keçmiş şərtlər buraya daxil edilməlidir. Hədlərin müəyyən edilməsinə kömək kimi, yuxarıdakı göstəricilərin bir neçə kombinasiyası şəklində cədvəl hazırlana bilər.
-
Yağıntı və çay ölçmə məlumatlarının (sərf əyriləri daxil olmaqla) idarə edilməsi, yoxlanıb təsdiqlənməsi və təfsiri: bu prosedur hidroloji və meteoroloji müşahidə məntəqələrindən toplanmış məlumatlara dair müxtəlif aspektləri əhatə etməlidir. Bu prosedurların bəziləri artıq müşahidə şəbəkəsinin qurulması üzrə iş planında daxil edilmişdir.
Toplanmış məlumatların düzgün idarə edilməsi şəbəkənin özünün və EXS-in uğurlu işi üçün böyük önəm kəsb edir. Telekommunikasiya protokolları qüvvədə olmalı və müxtəlif hava şərtlərində ötürmənin keyfiyyəti sınaqdan keçirilməlidir. Məlumatların saxlanması və məlumatlar bazası sistemləri Tapşırıq 8-də nəzərdən keçiriləcək.
Yerləşdirilmiş sensorların düzgün qeydəalma və ölçmə şərtlərinin yoxlanıb təsdiqlənməsi də həyata keçirilməlidir.
Nəhayət, ölçülərin təfsiri müxtəlif hədlərin müəyyən edilməsi ilə əlaqələndirilə bilər.
-
Daşqınlar üzrə xəbərdarlıq məqsədləri üçün çay ölçmə/ADCP gur axın ölçən qurğuların yerləşdirilməsi araşdırılmalıdır. Qalıq vaxtlarının qısa olması bu məntəqələrin xəbərdarlıq üçün istifadəsini məhdudlaşdıra bilər, lakin qeyd olunduğu kimi, bu ətraflı tədqiq edilməlidir. Bununla belə, çayın monitorinq bu sistemin çox mühüm bir komponenti hesab edilir.
-
Daşqın proqnozlaşdırma modellərinin hazırlanması və işlədilməsi və nəticələrin daşqınlar üzrə xəbərdarlıq prosesində istifadəsi (Tapşırıq 8).
-
Əsas məsul şəxslərin vəzifə və öhdəlikləri
-
Ölçmə qurğularının müşahidəçilərinin vəzifələri və akkreditasiyası və əlaqdar hazırlıq tələbləri
-
Performansın monitorinqi və hadisə sonrası təhlillər/hesabat (tapşırıq 9)
-
Fövqəladə hadisəyə cavab məşqinin təşkili və idarə edilməsi (taışırıq 9)
-
Fövqəladə kommunikasiya avadanlıqlarından istifadə, o cümlədən əsas daşqın mövsümündən kənarda müntəzəm sınaqdan keçirmə (Tapşırıq 9)
-
Daşqın məlumatlarının toplanması (daşqının miqyası, təsirləri və s.): Daşqın məlumatı qeydi hündürlük və təsirlərin sadalanması üçün layihələnmiş kartlarda faydalı şəkildə saxlanıla bilər. Bəzi məqamlarda daşqının spesifik bir nəticəsi müxtəlif daşqınlarda müxtəlif ölçmə hündürlüklərində baş verə bilər. Müxtəlif hündürlük sırası tək bir göstəriciyə nisbətən daha münasib və daha istiqamətləndirici ola bilər. Yaxşı daşqın təsvirləri mükəmməl ümumi mənzərə yaradır və kameral tədqiqatlara nisbətən xəbərdarlıqların hazırlanması üçün daha yaxşı əsas yaradır.
-
Keçmiş hadisələrin sinoptik vəziyyətinin təhlili
-
“Ötürülmüş (proqnozlaşdırılmamış)” keçmiş hadisələrin təhlili
-
Adi və daşqın vəziyyətilərində sağlamlıq və təhlükəsizlik
-
Daşqın məlumatlarının təfsiri: Daşqın proqnozlarını anlamaq və onun çatdırılması üçün praktiki əsas yaratmaq məqsədilə ölçmə qurğusunun hündürlük şərtlərində verilmiş hər hansı proqnoz subasmaya məruz qalacaq ərazidə olacaq daşqının gözlənilən nəticələrini təsvir edən şərtlərə çevrilməlidir. Bu, proqnoza üfüqi ifadə və məna verməklə ona dəyər əlavə etmək deməkdir.
-
Daşqın xəbərdarlıq mesajlarının müəyyən edilməsi: İnsanları xəbərdar edərkən dəqiq olaraq nələrin deyilməsi və mesajların necə qurulması əsas prosedurları təşkil edir. Bəzi mesajlar həddindən artıq bürokratik olur və daşqın xarakteristikasının (proqnozlaşdırma və təfsir) qiymətləndirilməsi və qoruyucu davranışla bağlı qərarların verilməsi arasında lazımi körpünü qura bilmir. Mesajlar istifadəçi üçün rahat olmaya, inandırıcı olmaya və bütün lazımi məlumatları əks etdirməyə bilər. Buna görə də, xəbərdarlıq mesajları yaxınlaşmaqda olan daşqını təsvir etməli, bunun daşqına məruz qala biləcək insanlar üçün nə demək olduğu bildirməli və hansı tədbirləri görməli olduqlarını göstərməlidir. Sadə, lakin göz önündə canlanan dil istifadə edilməli, oyadıcı təsir yaratmalı, laqeydlik və imtinanı üstələməlidir. Mümkün olduqda “İcma yaddaşı”na daxil olmaq, məlum keçmiş daşqınlara istinad etmək və gələn hadisənin oxşar kəskinliyini onlara çatdırmaqdır. Daşqın xəbərdarlıq mesajları tək olmamalıdır. Yəni bütün icma üçün yalnız bir mesaj çatdırılmamalıdır. Çünki bu halda icmanın yalnız insanlardan ibarət vahid kütlə olmadığı nəzərə alınmır. Halbuki icma riskin dərəcəsi və növü, keçmiş təcrübə, dil və digər fərqləndirici xüsusiyyətlərə görə laylara bölünür. Müxtəlif qruplar məlumatların müxtəlif cür təqdim olunmasını istəyəcək. Buna görə də mesaj və qrupun uyğunlaşdırılması zəruri olacaq.
Daşqın xəbərdarlıq prosedurları / Əməliyyat konsepsiyası / Daşqınlara qarşı cavab planları
Daşqın xəbərdarlığı, əməliyyatlar və cavab planlarına dair aşağıdakı prosedurlar müəyyən edilməlidir:
-
Vəzifə və öhdəlikləri müəyyən edən daşqın xəbərdarlıq prosedurlar
-
Əməliyyat otağının açılması meyarları/ 24/7 rejiminə keçid
-
Daşqın mövsümündə heyətin gücləndirilməsi meyarları
-
Növbətçi cədvəlinin yaradılması
-
Xəbərdarlıqların verilməsi üçün hədlər,
-
Xəbərdarlıqların yayılması və qurumlararsı kommunikasiya üçün təlimatlar (telefon/radio konfransları və s.)
-
Uçotun aparılması tələbləri (hadisə və kommunikasiya qeydləri, vəziyyət hesabatları və s.)
-
Növbələr arasında təhvil-təslim işləri
-
Daşqın hadisələri zamanı və daha uzun müddətə əməliyyat mərkəzləri arasında ekspertlərin müvəqqəti ezamiyyəti
Dostları ilə paylaş: |