Müəssisənin cari aktivlərinə aşağıdakılar aid olunur:
- Pul vasitələri;
- qısamüddətli və etibarlı qiymətli kağızları (veksellər);
- debitor borcları;
- istehsalat ehtiyatları, hazır məhsullar;
- gələcək dövrlərin xərcləri (avans ödənişləri).
Müəssisənin cari passivlərinə aşağıdakılar daxildir:
- kreditor borcları;
- ödəniş üçün olan veksellər;
- qısamüddətli bank kreditləri və digər kreditlər;
- vergilər və digər hesablaşmalar üzrə öhdəçiliklər;
- cari dövrdə ödəniləcək uzunmüddətli borclar.
Müəssisənin əsas likvidlik göstəricilərinə daxildir:
1. Cari likvidlik əmsalı. Bu əmsal cari aktivlərin cari öhdəçiliklərə nisbəti ilə müəyyən olunur. Onun qiyməti 2-dən yüksək olmalıdır.
2. Aralıq (təcili) likvidlik əmsalı. Bu əmsal pul vəsaitləri+qısamüddətli maliyyə qoyuluşları+debitor borcları bölünsün cari öhdəçiliklər formulu ilə tapılır. Onun qiyməti 1-dən yüksək olmalıdır.
3. Mütləq likvidlik əmsalı. Bu əmsal pul vəsaitləri+qısamüddətli maliyyə qoyuluşları bölünsün cari öhdəçiliklər yolu ilə tapılır. Onun qiyməti 0,2 dən yüksək olmalıdır.
4. Özünəməxsus dövriyyə vəsaitlərilə təmin olunma əmsalı. Bu əmsal öz kapitalı – dövriyyədənkənar aktivlər bölünsün cari öhdəçiliklər yolu ilə tapılır.Onun qiyməti 0,1-dən yüksək olmalıdır.
Mövzu 12: Müəssisənin maliyyə vəziyyətinin təhlili metodikası. Müəssisənin maliyyə vəziyyətinin təhlil edilməsinin başlıca məqsədi onun ödənc qabiliyyətinin, maliyyə dayanıqlığının, işgüzar və investisiya fəalığının, fəaliyyətinin səmərəlilik səviyyəsinin obyektiv qiymətləndirilməsidir.
1. Müəssisənin maliyyə vəziyyətinin təhlil edilməsində aşağıdakı maliyyə hesabları formalarından istifadə olunur:
- mühasibat balansı ( № 1 forma);
- mənfəət və zərər haqqında hesabat ( № 2 forma);
- pul vəsaitlərinin hərəkəti haqqında hesabat (№ 4 forma);
- mühasibat balansına əlavə (№ 5 forma);
- müəssisənin maliyyə vəziyyətinin monitorinqi zamanı alınmış digər məlumatlar.
2. Müəssisənin maliyyə vəziyyətinin təhlil edilməsi üçün onun fəaliyyətinin müxtəlif aspektlərini xarakterizə edən aşağıdakı göstəricilərdən istifadə olunur:
a. Ümumi göstəricilər:
- orta aylıq gəlir (K1);
- gəlirdən olan pul vəsaitlərinin payı ( K2);
- işçilərin orta siyahı sayı ( K3).
b. Maliyyə dayanaqlığı və ödənc qabiliyyəti göstəriciləri:
- ümumi ödənc qabiliyyətinin dərəcəsi (K4);
- bank kreditləri və borclarına görə borc öhdəçilikləri əmsalı (K5);
- digər təşkilatlar üzrə borc öhdəçilikləri əmsalı (K6);
- fiskal sistem üzrə borc öhdəçilikləri əmsalı ( K7);
- daxili borc əmsalı (K8);
- cari öhdəçiliklər üzrə ödənc qabiliyyəti dərəcəsi (K9);
- cari öhədçiliklərinin dövriyyə aktivlərilə ötürülməsi əmsalı (K10);
- dövriyyədə olan xüsusi kapital (K11);
- özünəməxsus kapitalın dövriyyə vəsaitlərində payı (öz vəsaitlərilə təmin olunma əmsalı) (K12);
- avtonomluq əmsalı (maliyyə asılılığının olmaması) (K13).
c. Dövriyyə kapitalından istifadənin, gəlirliliyin və maliyyə nəticələrinin (rentabelliyin) səmərəlilik göstəriciləri: - dövriyyə vəsaitləri ilə təmin olunma əmsalı (K14);
- istehsalatda olan dövriyyə vəsaitləri (K15).