Bu gün ən mühüm məsələlərdən biri özəlləşdirilmiş müəssisələrin böhranlı vəziyyətdən çıxarılması, onların müflisləşməsinin qarşısının alınma-sıdır


§1. İsveçrə antiböhran idarəetmə təcrübəsi



Yüklə 399,8 Kb.
səhifə31/37
tarix07.01.2024
ölçüsü399,8 Kb.
#203808
1   ...   27   28   29   30   31   32   33   34   ...   37
referat 3331

§1. İsveçrə antiböhran idarəetmə təcrübəsi.
Başqa ölkələri kimi İveçrədə dünya maliyyə böhranının təsirindən qaça bilməmişdir. İsveçrənin iqtisadiyyatı 2009-cu ildə 2,5% aşağı düşmüşdür. Ölkədə işsizlik artmağa başlamış və fəal əhalinin 3%-ni təşkil etmişdir. Bütün bunlara baxmayaraq bu ölkə dünyada ən yaxşı vəziyyətdə olan ölkə sayılır. Fəallığın aşağı düşməsi inflyasiyanın keçən ilki (2008) 2%-dən -0,5%-ə düşməsinə səbəb olmuşdur.
İsveçrə dünya iqtisadi böhranın fəsadlarından 2 əsas əlaqəli səbəblərə görə qaça bilməmişdir: I səbəb İsveçrənin iqtisadiyyatının dünya iqtisadiyyatına ən çox inteqrasiya olunmasıdır. İsveçrə ixrac ölkəsidir. Onun ixracının həcmi ÜDM-un 50%-dən çox olur. Ölkə sənayesinin bəzi sahələrində ixracatın həc-mi 80-90% təşkil edir. Dəqiq instrumentlər, dərmanlar, saatlar ixracında aparıcı mövqeyə malikdir. Məhsullarının hissəsini Avropaya, ABŞ-a ixrac edir. Həmin ölkələrdə tələbatın aşağı düşməsi İsveçrənin maşın və avadanlıq isteh-salının və ixracının həcminin kəskin aşağı salmışdır. II səbəb İsveçrənin dünyanın aparıcı maliyyə mərkəzlərindən biri olmasıdır. Məhz İsveçrənin ən böyük olan “Ю-Би-Эс” bankı birinci olaraq ABŞ-ın ipoteka kreditləri bazarında baş verən böhrandan xeyli vəsait itirmişdir. Çünki həmin bank ABŞ ipoteka kreditləri bazarında böyük həcmdə vəsait yerləşdirmişdir. Həmin banka dövlət dəstəyi verilməsəydi və 2008-ci ildə Sinqpur fondundan 11 mlrd ABŞ dolları dəyərində istiqraza vəsait yatırılmasaydı və bankın 10% kapitalına sahib çıxmasaydı, yəqinki müflisləşə bilərdi.Ölkənin II böyük bankı “Kredit Suiss” isə riskli qiymətli kağızlara resurs yerləşdirməsi də 2008-ci ildə II neqativ effektlər hesabına xeyli 7,7 mlrd İsveçrə frankı vəsait itirmişdir. Bu iki amil – maliyyə böhranı və iqtisadi tənəzzül başqa ölkələrdə olduğu kimi situasiyanı çox dərinləşdirmişdir. Dünya maliyyə bazarında situasiyanın pisləşməsi və ölkədə iqtisadi tənəzzülün başlanması höküməti vəziyyəti sabitləşdirmək üçün aşağıdakı göstərilən istiqamətlərdə fəaliyyətə vadar etmişdir:
1. Maliyyə-siyasi tədbirlərin həyata keçirilməsinə;
2. İqtisadi artımın stimullaşdırılmasına yönəldilən tədbirlərin işlənməsinə;
3. Ölkədə xarici iqtisadi fəaliyyətin aktivləşdirilməsinə yönəldilən siyasətin formalaşdırılmasına.
Ölkədə həyata keçirilən maliyyə-siyasi tədbirlər kompleksinə aşağıdakılar daxil edilmişdir:
1.Ölkənin bank sisteminin baza institutu olan “Ю-Би-Эс” bankına ekstern qaydada dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi. Bu məqsədlə İsveçrə Mərkəzi bankı həmin banka 60 mlrd ABŞ dolları həcmində vəsait ayrılmışdır. Bu vəsaitlər hesabına bankın amerika ipoteka bazarında yerləş-dirilən qeyri-likvid aktivlərinin alınması nəzərdə tutmuşdur. İsveçrənin “Kredit Suiss” bankı isə dövlətin birbaşa maliyyə yardımından imtina edərək və öz kapitalını ayrı-ayrı investorların vəsaitlərinin cəlb edilməsi yolu restruktu-rizasiya etmişdir. Bu yolla bankın kapitalının həcmi 10 mlrd İsveçrə frankı qədər artırılmışdır. Maliyyə sağlamlaşdırılması tədbirləri ölkədən maliyyə bazarındakı gərginliyi azaltsada problemi aradan qaldırmadı və 2008-ci ildə İsveçrənin 2 bankı ili zərərlə başa vurdu, işçilərinin sayını azaltdı, xərclərin aşağı salınması proqramını qəbul etdi. Bankların baş menecerləri 2008-ci ilin yekununa görə olacaqları bonusdan imtina etdilər. 2008-ci ildə Milli bank ölkənin maliyyə-kredit siyasətini yumuşaltmağa başladı. Faiz dərəcələrini tədricən azaltdı, İsveçrə frankını devalvasiya etmək üçün beynəlxalq valyuta brijasına intervensiya etdi. Bu tədbir ölkədaxili istehsalı stimullaşdırmağı və ixracatın rəqabət qabiliyyətini yüksəltməyi nəzərdə tuturdu.
2. İqtisadi artımın stimullaşdırılması məqsədlərinə 1,5 mlrd İsveçrə frankın ayrılması nəzərdə tutulmuşdur. Dövlətin bu istiqamətdə aparılan antiböhran tədbirləri 3 fazaya ayrılmışdır: I faza 2009-cu ilin yanvarından başlamışdır və büdcə xərclərinin 350 mln İsveçrə frankı qədər artırılmasını nəzərdə tuturdu. Həmin vəsaitlərin müxtəlif sosial və infrastruktur layihələrin həyata keçirilməsinə sərf olunması planlaşdırılmışdır.

Yüklə 399,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin