Bu gün ən mühüm məsələlərdən biri özəlləşdirilmiş müəssisələrin böhranlı vəziyyətdən çıxarılması, onların müflisləşməsinin qarşısının alınma-sıdır



Yüklə 399,8 Kb.
səhifə27/37
tarix07.01.2024
ölçüsü399,8 Kb.
#203808
1   ...   23   24   25   26   27   28   29   30   ...   37
referat 3331

Müəssisə xarici amillərə aşağıdakılar aiddir:
- iqtisadi fəaliyyət mühitinin təsiri;
- ödənc qabiliyyətli tələbat və istehlakçıların gəlirlərinin səviyyəsi;
- dövlətin vergi, kredit siyasəti;
- hüquqi aktlar və müəssisələrin fəaliyyətinə nəzarət;
- xarici-iqtisadi əlaqələr.
Bu amillərə müəssiə təsir göstərə bilmir, ancaq belə mühitə adaptasiya olunub uyğunlaşa bilər.
Maliyyə dayanıqlığının təmin olunması üçün müəssisənin kapitalının quruluşu çevik olmalı və elə hərəkət etməlidir ki, gəlirləri həmişə xərclərini üstələsin, təkrar istehsalı davam etdirmək üçün vacib olan ödənc qabiliyyətini daim saxlaya bilsin.
Müəssisənin maliyyə dayanıqlığı onun istehsal, kommersiya və maliyyə fəaliyyətinin son nəticələrindən bilavasitə asılıdır. Müəssisənin maliyyə dayanıqlılığının təmin olunması üçün:
- pul və əmtəə axınlarının balanslaşdırılması;
- gəlirlərinin və xərclərinin balanslaşdırılması;
- aktivlərinin və passivlərinin balanslaşdırılması vacib məsələlərdən hesab olunmalıdır.
Müəssisənin maliyyə dayanıqlığının təhlil edilməsinin başlıca məsələlərinə aşağıdakılar aid edilir:
- müəssisənin maliyyə resurslarının formalaşdırılmasının və istifadə olunma-sının qiymətləndirilməsi;
- müəssisənin maliyyə resursları ilə təmin olunması səviyyəsinin qiymətlən-dirilməsi;
- müəssisənin özünəməxsus vəsaitlərlə təmin edilməsi səviyyəsinin qiymət-ləndirilməsi;
- təhlil məlumatları əsasında müəssisənin ödənc qabiliyyəti haqqında nəticə çıxarmaq;
- müxtəlif iqtisadi situasiyadan asılı olaraq müəssisənin maliyyə resurslarına olan tələbatının maliyyə dayanıqlığı modellərinin köməyilə proqnozlaşdırıl-ması.
Müəssisənin maliyyə dayanıqlığı və ödənc qabiliyyəti haqqında təhlil məlu-matlarının istifadəçilərinə investorlar, mülkiyyət sahibləri, auditorlar, müştərilər, malgöndərənlər və müəssisənin menecerləri daxildir. Maliyyə dayanıqlığının təhlilinin informasiya bazasını mühasibat hesabatlarının, idarəetmə uçotunun, sahə müəssisələrinin göstəriciləri təşkil edir. Müəssisənin maliyyə dayanıq-lığını müəyyən etdikdə aşağıdakı mütləq və nisbi göstəricilərin hesablanması lazım gəlir:
1). Müəssisinin dövriyyədə olan özünəməxsus vəsaitlərinin həcmi;
2). Müəssisənin özünməxsus dövriyyə vəsaitləri hesabına ehtiyatlarının və xərclərinin formalaşdırılması əmsalı;
3). Özünəməxsus və borc vəsaitləri hesabına ehtiyatlarının və xərclərinin formalaşdırılması əmsalı;
4). Maliyyə dayanıqlığı əmsalı;
5). Avtonomluq əmsalı.

Yüklə 399,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin