Mövzu 7: Müəssisənin maliyyə dayanıqlığının qiymətləndirilməsi. Müəssisənin maliyyə dayanıqlığının olması həmin müəssisənin uzunmüddətli stabil fəaliyyət göstərə bilməsini əks etdirir. O müəssisənin kreditorları və in-vestorları ilə əlaqəsini xarakterizə edir. Müəssisənin özünəməxsus kapitalı ilə borc vasitələri arasında olan nisbəti göstərir. Müəssisənin özünəməxsus likvid kapitalı onun bütün borc öhdəçiliklərini örtmədiyi hallarda və iri kreditorları öz vəsaitlərinin geri qaytarılmasını tələb etdikdə müəssisənin müflisləşməsi təh-lükəsi yaranır. Eyni zamanda da borc vəsaitlərindən istifadə edilməsi müəssi-sənin maliyyə dayanıqlığı təhlil etdikdə onun gəlirlilik və risklilik səviyyə-sini əks etdirən göstəricilər sistemini təhlil edilib qiymətləndirilməlidir.
Elə müəssisələrin maliyyə dayanıqlığı mövcud olur ki, onlar öz vəsaitləri hesabına aktivlərini( əsas fondlarını, dövriyyə vəsaitlərini, qeyri-maddi aktivləri-ni) formalaşdırır, özünü doğrultmayan debitor və kreditor borc öhdəçilikləri yaratmır, borc öhdəçiliklərini vaxtında və öz vəsaitləri hesabına yerinə yetirir, ödəyir.
Maliyyə dayanıqlığının təhlil edilməsinin başlıca məsələlərinə müəssisənin aktivlərinin və passivlərinin dəyərinin və strukturunun müəyyən edilməsi aid edilir. Bu yolla müəssisənin maliyyələşmə baxımından nə dərəcədə asılı olmasını; kreditorlardan, investorlardan asılılığının artması və yaxud da azalmasını; onun aktivlərinin və passivlərinin sərbəst maliyyə-təsərrüfat fəaliy-yəti göstərməsi üçün şərait yaradıb-yaratmamasını müəyyən etmək və müvafiq nəticə əldə etmək olar. Müəssisənin aktivlərinin hər birinin həcminə və əmlakının ümumi dəyərinə görə müəssisənin maliyyə dayanıqlığının səviyyə-sini qiymətləndirmək və müvafiq qərar qəbul etmək mümkündür.
Müəssisənin maliyyə dayanıqlığının qiymətləndirilməsinin əsas meyarların-dan birini onun xərclərinin və ehtiyatlarının formalaşması mənbələrinin onlardan çox olması və yaxud çatışmaması təşkil edir və onun vəsaitlərinin əmələ gəlmə mənbələri ilə xərcləri və ehtiyatları arasındakı fərqlə müəyyən olunur. (Misal)
Müəssisənin fəaliyyət ritmi və yüksək nəticələr əldə etməsi onun dövriyyə vəsaitləri ilə təmin olunmasından bilavasitə asılıdır. Müəssisənin debitor borc-larının çox olması onun resurslarının müəssisədən kənar yayındırılmasına və səmərəsiz istifadə olunmasına gətirib çıxarır. Dövriyyə vəsaitlərinin tərkibinə həm material və həm də pul vəsaitləri daxil olunduğundan onlardan səmərəli istifadə edilməsi müəssisənin maliyyə dayanıqlığına müsbət təsir göstərir. Müəssisənin özünəməxsus dövriyyə vəsaitlərinin lazım olduğundan çoxluq təşkil etməsi onun ehtiyatlarının həcminin azalması hesabına baş verməsi müəssisənin maliyyə vəziyyətinin sabit olmasından xəbər vermir. Müəssisə cari fəaliyyətini maliyyələşdirmək məqsədilə borc vəsaitlərindən istifadə edə də, etməyə də bilər.
Əgər təhlil edilən müəssisənin dövriyyə vəsaitləri ehtiyatlarının yaradılma-sına sərf edilibsə, borc vəsaitlərindən istifadə olunubsa onda müəssisə böhranlı maliyyə vəziyyətində ola bilməz. Müəssisənin vaxtı keçmiş kreditor borcunun olmaması onun müflisləşmiş müəssisə kateqoriyasına aid edilməsinə imkan vermir.
Yuxarıda göstərilən mütləq maliyyə dayanıqlığı göstəricilərilə yanaşı nisbi maliyyə dayanıqlığı göstəricilərindən də istifadə olunur. Belə göstəriciləri iki qrupa ayırmaq olar. I qrup müəssisənindövriyyə vəsaitlərinin vəziyyətini əks etdirən göstəriciləri birləşdirir. Onlara aşağıdakılar aid edilir:
- özünəməxsus vəsaitlərlə təmin olunma əmsalı;
- özünəməxsus vəsaitlərlə material ehtiyatlarının təmin olunması əmsalı;
- özünəməxsus vəsaitlərlə manevr etmək əmsalı.