Bu gün ən mühüm məsələlərdən biri özəlləşdirilmiş müəssisələrin böhranlı vəziyyətdən çıxarılması, onların müflisləşməsinin qarşısının alınma-sıdır


§4. Antiböhran idarəetmənin məqsədi və mexanizmləri



Yüklə 399,8 Kb.
səhifə20/37
tarix07.01.2024
ölçüsü399,8 Kb.
#203808
1   ...   16   17   18   19   20   21   22   23   ...   37
referat 3331

§4. Antiböhran idarəetmənin məqsədi və mexanizmləri.
Böhranlı vəziyyətdən çıxmaq üçün müəssisənin idarə edilməsinin xüsusi üsulunun hazırlanması tələb olunur. Bununla əlaqədar olaraq müəssisələrin müflisləşməsinin qarşısının alınmasına şərait yaradan diaqnostika üsulları işlənmişdir. Bu yolla müəssisələrin müflisləşmə ehtimalı qabaqcadan müəyyən olunur. Bu qarşıya çıxan problemə vaxtında reaksiya verməyə və müdafiə mexanizmlərindən istifadə etməyə şərait yaradır. Müdafiə mexanizmləri müəs-sisənin maliyyə vəziyyətini yaxşılaşdırmadığı hallarda məcburən və yaxud öz istəyilə müəssisənin ləğv olunması məsələsi qaldırılır. Sonra isə qanunauyğun şəkildə müflisləşmə prosedurları işə salınır.
Antiböhran idarəetmə məqsədi aşağıdakı şəkildə qoyula bilər: müəssisənin ödənc qabiliyyətinin bərpa edilməsi və maliyyə dayanıqlığının səviyyəsinin yüksəldilməsi. Müəssisənin müflisləşmə təhlükəsinin qarşısının alınması üçün antiböhran idarəetmə siyasəti aşağıdakı ardıcılıqla həyata keçirilə bilər:
1. Müflisləşmə təhlükəsinin və böhranın əlamətinin vaxtında müəyyən edil-məsi üçün müəssisənin maliyyə vəziyyətinin dövrü olaraq tədqiq olunması.
2. Müəssisənin böhranlı vəziyyətinin miqyasının müəyyən olunması.
3. Müəssisənin böhranlı inkişafını şərtləndirən əsas amillərinin öyrənilməsi.
4. Müflisləşmə təhlükəsi yarandıqda müəssisənin maliyyəsinin antiböhran idarəetmə mexanizmlərinin seçilməsi və məqsədyönlü istifadəsi.
5. Müəssisədə maliyyə sabitləşdirilməsini təmin edən mexanizmlərin tətbiqi.
6. Müəssisənin sanasiyasının səmərəli formalarının seçilməsi.
7. Müəssisə müflisləşdikdə ləğvetmə prosedurlarının maliyyə resursları ilə təmin olunması.( Bu məsələ ləğvetmə komissiyasının səlahiyyətinə daxildir).
Müəssisənin müflisləşmə təhlükəsinin qiymətləndirilməsində geniş istifadə olunan inteqral üsuldan biri Altmanın beş faktorlu modelidir. Bu model də müəssisənin müflisləşmə təhlükəsini müəyyən etmək üçün aşağıdakı göstə-ricilərdən istifadə olunur:
1. İşçi kapitalın müəssisənin bütün aktivlərinin dəyərinə olan nisbəti.Bu göstərici müəssisənin aktivlərinin likvidlik səviyyəsini əks etdirir.
2. Müəssisənin aktivlərinin və yaxud işçi kapitalının rentabellik səviyyəsi, yəni xalis mənfəətin istifadə olunan aktivlərin (kapitalın) orta dəyərinə nisbəti. Bu gösətrici aktivlərin və ya kapitalın mənfəət generasiya etməsi səviyyəsini əks etdirir.
3.Aktivlərin gəlirlilik səviyyəsi və yaxud bütün kapitalın gəlirlilik səviyyəsi. Bu göstərici xalis gəlirin istifadə edilən aktivlərin orta dəyərinə və yaxud bütün kapitalın dəyərinə nisbətini əks etdirir. Onun mahiyyəti müəssisənin cari xərclərinin və mənfəətinin gəlirlərinə dərəcədə ötürüldüyünü göstərir.
4. Aktivlərin və ya kapitalın dövretmə sürəti. Bu məhsul satışı həcminin istifadə edilən aktivlərin orta dəyərinə və yaxud istifadə olunan bütün kapitalın dəyərinə nisbəti.
5. Müəssisənin özünəməxsus kapitalının borc kapitalına (vəsaitlərinə) nisbətini göstərən əmsalın səviyyəsi.
Bu göstəricilərin əsasında müəssisənin müflisləşmə ehtimalı qiymətləndirilir.

Yüklə 399,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin