Bu gün ən mühüm məsələlərdən biri özəlləşdirilmiş müəssisələrin böhranlı vəziyyətdən çıxarılması, onların müflisləşməsinin qarşısının alınma-sıdır


§2. Maliyyə dayanıqlığı tipləri və onların xarakterik cəhətləri



Yüklə 399,8 Kb.
səhifə28/37
tarix07.01.2024
ölçüsü399,8 Kb.
#203808
1   ...   24   25   26   27   28   29   30   31   ...   37
referat 3331

§2. Maliyyə dayanıqlığı tipləri və onların xarakterik cəhətləri .
Müəssisələrin maliyyə dayanıqlığının müxtəlif vəziyyətləri ola bilər. Onlar müəssisənin özünəmxsus vəsaitlərinin əmələ gəlmə mənbələrinin onun ehtiyat-larını və xərclərini formalaşdırmaq üçün lazım olandan çox və yaxud az olması ilə əlaqədardır.
1. Müəssisələrdə daha az qarşıya çıxan maliyyə dayanıqlığı tipini mütləq maliyyə dayanıqlığı təşkil edir. Onun başlıca xüsusiyyəti ondan ibarətdir ki, müəssisənin bütün ehtiyatları onun özünəməxsus dövriyyə vəsaitləri hesabına formalaşdırılır. Yəni müəssisənin kredit təşkilatlarından heç bir asılığı yoxdur. Belə hal ideal hal deyildir, çünki bu mühüm əlavə maliyyələşdirmə mənbəyin-dən müəssisənin fəaliyyətinin genişləndirilməsi məqsədi ilə vəsait cəlb etmək imkanından istifadə edə bilməsinə və yaxud da bunu istəməməsinə dəlalət edir.
2. Müəssisənin maliyyə vəziyyətinin normal dayanıqlı durumda olması onun ödənc qabiliyyətinin saxlanmasına qarantiya verir. Belə hallarda öz ehtiyatla-rının formalaşdırılması üçün özünəməxsus dövriyyə vəsaitləri ilə yanaşı uzun-müddətlə borc vəsaitlərindən də istifadə edir. Ehtiyatların maliyyələşdirilmə-sinin bu tipi arzuolunan və normal maliyyə dayanıqlığı kimi qəbul olunmuşdur.
3. Maliyyə vəziyyətinin qeyri-sabit dayanıqlı durumda olması. Bu halda müəssisənin ödənc qabiliyyəti pozulmuş olur,lakin müəssisə özünəməxsus vəsait mənbələri hesabına dövriyyə vəsaitlərinin həcmini artıraraq tarazlığını qoruyub saxlamaq imkanından istifadə edə bilir. Belə hallar müəssisənin ehti-yatlarının formalaşdırılması üçün normal maliyyələşdirmə mənbələrinin möv-cud olmaması ilə xarakterizə olunur. Bu debitor borclarının azaldılması, ehti-yatlarının dövretmə sürətinin artırılması, özünəməxsus maliyyələşdirmə mənbə-lərindən istifadənin genişləndirilməsi hesabına tarazlığın bərpa oluması imka-nının mövcud olmasından xəbər verir.
Qeyri-sabit maliyyə durumu normal sayıla bilər, ancaq o vaxt ki, ehtiyatların və xərclərin formalaşdırılması üçün cəlb edilən qısamüddətli kreditlər və borc vəsaitləri müəssisənin istehsal ehtiyatları ilə hazır məhsullarının cəmini üstə-lənir. Bu şərt ödənmədikdə maliyyə durumu normal hesab edilmir və müəssi-sənin maliyyə vəziyyəti xeyli pisləşməsinə dəlalət edir.
4. Krizisli maliyyə vəziyyəti. Bu vəziyyətdə müəssisə müflisləşmə həddində olur. Belə hallarda müəssisənin pul vəsaitləri, qısamüddətli qiymətli kağızları və debitor borcları onun kreditor borclarını və vaxtı keçmiş ssudalarını ödəməyə imkan vermir.
Yaranmış maliyyə gərginliyini aradan qaldırmaq üçün müəssisənin material şəkildə olan dövriyyə vəsaitlərinin həcminin artmasının səbəblərinin təhlil nəticəsində müəyyən edilməsi vacibdir.

Yüklə 399,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin