Bu gün ən mühüm məsələlərdən biri özəlləşdirilmiş müəssisələrin böhranlı vəziyyətdən çıxarılması, onların müflisləşməsinin qarşısının alınma-sıdır



Yüklə 399,8 Kb.
səhifə25/37
tarix07.01.2024
ölçüsü399,8 Kb.
#203808
1   ...   21   22   23   24   25   26   27   28   ...   37
referat 3331

II qrup əsas vəsaitlərin vəziyyətini və maliyyə asılılığının olmaması dərəcə-sini əks etdirən göstəriciləri birləşdirir. Onlara aiddir:
- daimi aktivlər indeksi;
- borc vəsaitlərinin uzunmüddətli cəlb edilməsi əmsalı;
- köhnəlmə əmsalı;
- əmlakın real dəyəri əmsalı;
- maliyyə asılılığı dərəcəsi;
- avtonomluq əmsalı;
- borc vəsaitlərinin özünəməxsus vəsaitlərə nisbəti əmsalı.
Bu əmsalların faktiki qiymətləri normativ qiymətləri ilə müqayisə edilir, keçən hesabat dövrünün göstəriciləri ilə tutuşdurulur, analoji müəssisənin gös-təriciləri ilə müqayisə olunur. Beləliklə müəssisənin real maliyyə vəziyyəti, güclü və zəif cəhətləri müəyyənləşdirilir.
1. Özünəməxsus vasitələrlə təmin olunma əmsalı müəssisənin dövriyyə ak-tivlərinin hansı hissəsinin özünəməxsus vasitələr hesabına maliyyələşdirilməsini göstərir. Bu əmsalın qiyməti 0,1-dən çox olduqda normal hal sayılır.Onun qiymətini tapmaq üçün müəssisənin özünəməxsus dövriyyə vəsaitlərini döv-riyyə aktivlərinin dəyərinə bölmək lazımdır.
2. Özünəməxsus kapitalla(vasitələrlə)manevr etmək əmsalı müəssisənin özünə-məxsus dövriyyə vasitələrinin hansı hissəsinin sərbəst şəkildə manevr etmək üçün mobil formada olduğunu göstərir. Onun qiymətini toplamaq üçün müəs-sisənin özünəməxsus dövriyyə vəsaitlərini özünəməxsus kapitalın həcminə bölmək lazımdır. Bu əmsalın qiymətinin vahidə bərabər olması, yəni müəssisə-nin cari aktivlərinin özünəməxsus kapital hesabına təmin etməsi qeyri sabit kreditləşdirmə mühitində maliyyə vəziyyətinin dayanıqlığının qarantiyasıdır. Əmsalın qiymətinin yüksək olması müəssisənin maliyyə vəziyyətinin yaxşı olduğunu xarakterizə edir. Bəzən əmsalın 0,4-0,6 qiymətlərini optimal kimi qəbul edirlər.
3. Daimi aktivlər inkdeksi müəssisənin özünəməxsus vəsaitlərinin əmələ-gəlmə mənbələrində əsas və dövriyyədən kənar aktivlərinin payını göstərir. Onun qiymətini tapmaq üçün dövriyyədənkənar aktivlərin dəyərini müəssisənin özünəməxsus kapitalına bölmək lazımdır.
4. Borc vəsaitlərinin uzunmüddətli cəlb edilməsi əmsalını tapmaq üçün uzunmüddətli passivlərin dəyərini müəssisənin cari öhdəçilikləri ilə özünə-məxsus kapitalın cəminə bölmək lazımdır. Bu əmsal istehsal istehsal proseslə-rinin yeniləşdirilməsi və genişləndirilməsi məqsədilə borc vəsaitlərindən müəs-sisənin nə dərəcədə intensiv istifadə etdiyini göstərir.
5. Avtonomluq, maliyyə asılılığının olmaması, kapitallaşdırma və yaxud özü-nəməxsus kapitalların konsentrasiyası əmsalı müəssisənin özünəməxsus kapita-lının balansın yekununa bölünməsi yolu ilə tapılır. Bu göstərici müəssisənin maliyyə vəziyyətini xarakterizə edən əsas əmsallardan biri olmaqla müəssisə-nin borc vəsaitlərindən asılı olmadığını, kreditləşdirmə ilə əlaqədar maliyyə riskinin nə dərəcədə olduğunu göstərir. O, müəssisənin öz kapitalının balansın ümumi yekunda xüsusi çəkişini əks etdirir. Avtonomluq əmsalının minimal qiyməti 0,5-dən yüksək olması qəbul edilmişdir. Bu şərtin ödənməsi müəssisənin borc vəsaitlərinin öz vasitələri ilə ödəmək qabiliyyətinə malik olduğunu göstərir. Onun qiymətinin yüksək olması müəssisənin maliyyə dayanıqlığının yüksək olmasını əks etdirir. ABŞ-da və Qərb ölkələrində əmsa-lın 0,6-dan çox olması norma kimi qəbul olunmuşdur.
6. Borc vəsaitlərinin özünəməxsus vəsaitlərə nisbəti əmsalı və yaxud özünə-məxsus vəsaitlərlə müqayisədə borc əmsalı müəssisənin fəaliyyətinin hansı hissəsinin kreditorlar tərəfindən maliyyələşdirildiyini göstərir. Başqa sözlə müəssisənin bir manatlıq öz vəsaitinin payına nə qədər borc vəsaiti düşdü-yünü əks etdirir. Bu göstəricidən istifadə edərək müəssisənin borc və yaxud özünəməxsus vəsaitlərinin çox olduğunu müəyyən edirlər. Əmsalın ən böyük qiyməti (vahidə bərabər olması) müəssisənin aktivlərinin yarısından çoxunun borc vəsaitləri hesabına formalaşdığını əks etdirir və xoşagəlməz hal kimi qiymətləndirilir.
Yuxarıda göstərilən mütləq göstəricilərə əlavə olaraq müəssisənin maliyyə dayanıqlığını əks etdirən bir sıra göstəricilərin dinamikasınıda təhlil etmək məqsədəuyğundur. Belə göstəricilərdən istifadə edərək tədqiqat dövründə müəs-sisənin maliyyə vəziyyətində baş verən müsbət və yaxud mənfi dəyişikliklərin (meylləri, dinamikanı) baş verməsini müəyyən etmək mümkündür. Maliyyə dayanıqlığı göstəricilərinin orta sahə normativ qiymətləri müəyyən edildiyi hallarda onlarda kənarlaşmalara nəzarət etməklə böhranlı vəziyyətlərin ilkin əlamətlərini müəyyən edərkən müəssisənin maliyyə dayanıqlığının möhkəm-lənməsinə gətirib çıxara bilən tədbirlər kompleksi işlənib həyata keçirilə bilər.
Müəssisənin fəaliyyət dayanıqlığının inteqral qiymətləndirilməsi göstəricisini hesablamaqda faydalıdır. Bu göstərici belə hesablanır:
Z=1,2× X1+1,4× X2+3,3× X3+0,6×X4+1,0×X5
Burada :X1 – işçi kapitalın səmərəlilik göstəricisi;
X2 – toplanmış kapitalın səmərəlilik göstəricisi;
X3 – istehsalın rentabelliyi;
X4borc öhdəçilikləri göstəricisi;
X5 – aktivlərin səmərəlilik göstəricisi.
X1= = ;
X2= = ;
X3 = = ;
X4= ;
X5= = .
Qeyd edilən göstəricilər müəssisənin fəaliyyətinin səmərəlilik göstəriciləri kimi istifadə edilə bilər. Müəssisənin dayanıqlıq göstəricisinin köməyilə ABŞ iqtisadçıları müflisləşmiş korporasiyaların 90%-ni ( bir il əvvəl), 70%-ni 2 il əvvəl; 50%-ni 5 il qabaqcadan proqnozlaşdıra bilmişdir.
Z > 3 dən böyük olduqda müəssisə dayanıqlı,
Z < 1,8 dən kiçik olduqda isə dayanıqsız hesab olunur.

Yüklə 399,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin