Bu gün ən mühüm məsələlərdən biri özəlləşdirilmiş müəssisələrin böhranlı vəziyyətdən çıxarılması, onların müflisləşməsinin qarşısının alınma-sıdır


§1. Antiböhran idarəetmə qərarlarının qəbul edilməsi texnologiyası



Yüklə 399,8 Kb.
səhifə37/37
tarix07.01.2024
ölçüsü399,8 Kb.
#203808
1   ...   29   30   31   32   33   34   35   36   37
referat 3331

§1. Antiböhran idarəetmə qərarlarının qəbul edilməsi texnologiyası.
Müəssisənin böhranlı vəziyyətdən çıxarılmasının mühüm mərhələlərindən birini idarəetmə qərarlarının qəbul edilməsi təşkil edir.İdarəetmə qərarlarının kefiyyəti bir çox faktordan asılıdır. Daha böyük əhəmiyyətə malik olan amil-lərə aşağıdakıları aid edə bilərik.
1.Antiböhran idarəetmə problemlərinin kateqoriyaları: standart problemlər; tipik problemlər; evristik problemlər (idarəetmədə innovasiya elementlərindən istifadə).
2. Antiböhran idarəetmə qərarlarından istifadə şəraitinin müəyyənləşdirilməsi və nəzərə alınması. Onlara kvazistabil (yaxşı) şərait; ekstremal şərait aid edilir
3. Antiböhran idarəetmə üçün lazım olan informasiyanın kateqoriyalarının ayrılması: istifadə edilən informasiyanın kifayət qədər olması; informasiyanın kifayət qədər olmaması; informasiyanın həddindən çox olması (izafi olması).
4. Antiböhran idarəetmədə giriş məlumatlarının dəqiqlik səviyyəsinin müəyyən edilməsi: məlumatlar dəqiq deyildir; məlumatlar kifayət qədər dəqiqdir; məlumatlar tamamilə dəqiqdir.
5. Antiböhran idarəetmə problemlərinin miqyası: qlobal xarakterli problemlər;
mikrolokal problemlər.
6. Antiböhran idarəetmə sisteminin texniki təminatı: texniki təminat yoxdur; texniki təminat kifayət deyildir; texniki təminat kifayət qədərdir.
Yuxarıda sadalanan amillər qarşıda qoyulmuş antiböhran idarəetmə məqsədindən, yaranmış problemlərdən və onların həlli şərtlərindən asılı olaraq, genişləndirilə bilər.
Antiböhran idarəetmə qərarlarının qəbul edilməsi ardıcıllığı 13.2.-ci şəkildə verilmişdir:
1-ci blok: Bu blok təşkilatın böhranlı vəziyyətdən çıxarılmasına yönəldilən tədbirlər sisteminin hazırlanmasını nəzərdə tutur;
2-ci blok: Təşkilatın mövcud vəziyyətini əks etdirən məlumatların toplan-masını və təhlil edilməsini nəzərdə tutur;
3-cü blok: Təşkilatın böhranlı vəziyyətdən çıxarılması üçün struktur - morfoloji təhlilin aparılması;
4-cü blok: Təşkilatın böhranlı vəziyyətdən çıxarılmasının məqsədəuyğunluğu və yollarının müəyyən edilməsi;
5-ci blok: Təşkilatın reorqanizasiya olunması məqsədinin müəyyən olunması;
6-cı blok: Reorqanizası üçün vacib olan resursların müəyyən edilməsi;
7-ci blok: Qarşıda qoyulmuş məqsədin həyata keçirilməsinə yönəldilən tədbirlərin işlənməsi;
8-ci blok: Qarşıda qoyulmuş məqsədin təmin edilməsi imkanlarının yoxlanması;
9-cu blok: Təşkilatın böhranlı vəziyyətdən çıxarılması üçün antiböhran idarəetmə qərarının hazırlanması.



Yüklə 399,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin