Bu gün ən mühüm məsələlərdən biri özəlləşdirilmiş müəssisələrin böhranlı vəziyyətdən çıxarılması, onların müflisləşməsinin qarşısının alınma-sıdır



Yüklə 399,8 Kb.
səhifə19/37
tarix07.01.2024
ölçüsü399,8 Kb.
#203808
1   ...   15   16   17   18   19   20   21   22   ...   37
referat 3331

Analitik üsullar statistik məlumatların müxtəlif əməliyyatların köməyi ilə işlənməsinə əsaslanır. Analitik diaqnostika tədqiqatlarının statistik materiallar əsasında aparılmasına və kompleksli iqtisadi təhlil üsullarından, ballarla qiymətləndirmə mexanizmlərindən istifadəyə əsaslanır.
Ekspert diaqnostika üsulu toplanmış informasiyanın işlənməsinə, ümumiləşdi-rilməsinə və ekspert tərəfindən qiymətləndirilməsinə əsaslanır. Bu üsul ilə diaqnozlar qoyulduqda ekspert rəylərinin toplanması, müxtəlif qiymətləndirmə vasitələrindən və mexanizmlərindən ( xüsusi göstəricilər sistemindən, əmsallar qrupundan, iqtisadi qiymətləndirmə meyarlarından və s.) istifadə olunması lazım gəlir.
Xətti proqnozlaşdırma üsulu optimal nəticələr əldə edilməsi üçün resurs-lardan istifadənin ən yaxşı kombinasiyanın, variantının toplanmasına şərait yaradan riyazi qaydaların, aparatların tətbiqini nəzərdə tutur. Onun köməyilə proseslər optimallaşdırılır, resurslardan, vaxtdan səmərəli istifadə yolları tapılır, mənfəətin həcmi artırılır. Bu üsuldan istifadə etmək üçün məqsəd müəyyən edilməlidir, ona əsaslı təsir göstərən amillər( kəmiyyət göstəriciləri) və onların ( vaxtın, resursların, güclərin) məhdudiyyətləri riyazi qaydada, sistemli şəkildə, formal olaraq yazılmalıdır.
Dinamik proqnozlaşdırma üsulu hər hansı bir idarəetmə məsələsinin həlli ilə əlaqədar olan qərarların qəbul edilməsi zamanı çoxölçülü ( amilli) dəyişən-lərdən istifadə olunmasına əsaslanan hesablama üsuludur. Müəyyən məsələnin həllinə yönəldilən qərar qəbulu prosesinin hər bir mərhələsinə uyğun gələn funksiyanın ekstrumununun müəyyən edilməsi vacibdir. Bu yolla aparılan tədqiqat prosesi üç mərhələyə ayrılır:
- riyazi modelin qurulması. Riyazi-iqtisadi modelin köməyilə aparılan diaqnostika prosesində tədqiqat obyekti haqqında toplanmış informasiyadan (imitasiya) istifadə olunur.
- idarəetmə məsələsinin həlli;
- alınmış nəticələrin analizi və ümumiləşdirilməsi.
Müxtəlif diaqnostika üsullarından istifadə edilməsi imkanlarının mövcud olması tədqiq olunan obyektlər və proseslər haqqında prinsipial əhəmiyyətə malik olan məlumatlar kompleksinin əldə edilməsinə və onlardan idarəetmə sistemlərinin real vəziyyətinin və inkişaf meyllərinin qiymətləndirilməsinin diaqnostikasına şərait yaradır.
Böhran iqtisadi sistemin inkişafının 4 fazasından biridir və aşağıdakı əla-mətlərlə xarakterizə olunur:Birinci fazanın əlamətləri istehsal həcminin aşağı düşməsi; əhalinin məşğulluğunun aşağı düşməsi;inflyasiya; əhalinin həyat səviyyəsinin aşağı düşməsi və s. İkinci fazanın-durğunluğun əlamətlərinə istehsalın həcminin minimum səviyyədə olması; qiymətlərin artımının müşahidə olunmaması; insanların həyat səviyyəsinin aşağı səviyyədə olması. Durğunluqdan sonra canlanma baş verir. Onun əlamətlərinə məhsul istehsalının həcminin artması; əhalinin məşğuliyyətinin və gəlirinin artması. Sonuncu faza yüksəliş fazasıdır. Onun əlamətlərinə işsizliyin aradan qaldırılması; istehsal güclərinin tam yüklənməsi;ÜDM istehsalının həcminin artması; əhalinin rifahının yüksəlməsi.
Böhranın diaqnostikasının bütün mərhələləri bir-birilə sıx bağlıdır və onlar-dan birində buraxılan sahələr sonrakı mərhələlərdə özünü göstərir. Diaqnos-tikanın nəticələri aşağıdakı ardıcılıqla şərh olunur:
1. Tədqiq edilən obyektin, sistemin inkişafının ümumi iqtisadi meyllərinin müəyyən edilməsi;
2. Diaqnostika obyektinin inkişaf prosesinin fazalarının ayrılması və obyek-tin hansı inkişaf fazasında olduğunun göstərilməsi;
3. Obyektin inkişaf istiqamətinin proqnozlaşdırılması.

Yüklə 399,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin