1.Antiböhran idarəetmə funksiyaları. Onlara idarəetmə predmetini, istiqamə-tini və nəticələrini əks etdirən idarəetmə fəaliyyətinin növləri aid edilir. Anti-böhran idarəetmə funksiyalarına daxildir: böhran ərəfəsində idarəetmə; böhranlı şəraitdə idarəetmə; böhrandan çıxmaq proseslərinin idarəedilməsi; qeyri-dayanaqlı situasiyanın sabitləşdirilməsinə yönəldilən idarəetmə; itkilərin minimuma endirilməsi və əldən verilmiş imkanların qiymətləndirilməsi; qərar-ların vaxtı-vaxtında qəbul edilməsi ( şəkil 6.4 ).
Bu idarəetmə funksiyalarının ( fəaliyyət növlərinin ) hər birinin konkret predmeti, özünəməxsus xüsusiyyətləri olmaqla antiböhran idarəetmənin mahiy-yətini və məzmununu xarakterizə edirlər.
2. İdarəetmə sisteminin inkişafının bir-birinə əksi olan, dialektik əlaqədə olan və sistemin- inkişaf dinamikasını təyin edən tərəfləri-inteqrasiya və diferensasiya olunmaq imkanları mövcuddur. İnteqrasiyanın güclənməsi diferen-sasiyanın zəifləməsinə, bunun əksi isə diferensasiyanın genişlənməsinə gətirib çıxarır. Bu inkişaf faktorlarından hər hansı birindən istifadə olunması idarə-etmə sisteminin yeni təşkilat formasının və yaxud antiböhran idarəetmə stra-tegiyasının yeni tipinin, istiqamətinin formalaşmasını xarakterizə edir. Qeyd etmək lazımdır ki,qarşılıqlı əlaqədə olan inkişaf amilləri arasında keçid məqa-mını əks etdirən bir hal yarandıqda təşkilatda böhranlı vəziyyətin baş verdiyi- ni qəbul etmək olar. Bu hal bir qayda olaraq təşkilatın əsaslarının dağılma təhlükəsinin və təşkilatın parçalanmasının labüd olacağından xəbər verir. Belə-liklə böhrandan çıxmaq üçün idarəetmə sistemində inteqrasiya və diferensasiya faktorları arasındakı nisbəti dəyişdirmək və yeni tipli təşkilati əsaslara keçmək mütləq lazım gələcəkdir.
3. Təşkilatdaxili və xarici məhdudiyyətlər qoyulmadan idarəetmə mümkün deyildir. Bu məhdudiyyət qrupları arasında müəyyən və dəyişkən olan nisbət formalaşır. Belə nisbətin necə olmasından və hansı istiqamətdə getməsindən asılı olaraq böhranlı vəziyyətin yaranması ehtimalı dəyişir. Belə hallarda məhdu-diyyətləri tənzimləmək yolu ilə antiböhran idarəetməni həyata keçirmək olar. Bu zaman antiböhran idarəetmə imkanlarından: personalın seçilməsi və peşəkarlığın artırılması; motivləşdirmə sisteminin təkmilləşdirilməsi; idarəetmə sisteminin informasiya təminatının yaxşılaşdırılması və s.dən istifadə etməklə təşkilatdaxili məhdudiyyətlər aradan götürülə bilər, idarəetmənin səmərəliliyi yüksəldilə bilər.
Təşkilatxarici məhdudiyyətlər marketinq tədqiqatlarının aparılması, təşkilatın malgöndərən təşkilatlarla, debitorları, kreditorları və investorları ilə münasibəti-nin tənzimlənməsi, SWOT-analizin aparılması, xarici-iqtisadi fəaliyyətinin yaxşı-laşdırılması və s. hesabına tənzimlənə bilər.
Təşkilatdaxili və xarici məhdudiyyətlərin müəyyən edilməsi və uçota alınması antiböhran idarəetmənin mühüm məsələlərindəndir. Onlar menecment-də kritik amillər kimi qiymətləndirilir.Burada məhdudiyyətlərə mürəkkəb prob- lemlər, çətin idarə olunan proseslər, təbii yolla, öz axarı ilə həll edilən, təkamülü ilə gedən proseslər aid edilir.
4. Antiböhran idarəetmənin əsas xarakterik xüsusiyyətindən birini formal və qeyri-formal idarəetmənin qarşılıqlı əlaqələndirilməsi təşkil edir. Bu zaman antiböhran idarəetmənin səmərəli təşkil edilməsinə şərait yaradan formal və qeyri-formal idarəetmə sistemləri arasında rasional əlaqələndirmə zonasının, səviyyəsinin müəyyən olunması vacibdir.Bu səviyyə nə qədər düzgün müəyyən edilərsə bir o qədər böhranlı vəziyyətdən çıxmaq asan olar.
5. Antiböhran idarəetmənin həyata keçirilməsində rasional inkişaf strategiya-sının seçilməsinin və formalaşdırılmasının daha perspektivli və əhəmiyyətli olması məqsədə uyğundur. Müxtəlif antiböhran idarəetmə startegiyaları mövcuddur. Onlardan ən mühümü aşağı-dakılardır:
- böhranın qabaqcadan müəyyən olunması və onun baş verməsinə hazırlıq strategiyası;
- böhranın tam yetişməsinin gözlənməsi və Böhranlı vəziyyətdən çıxma problemlərinin müvəffəqiyyətlə həll edilməsi strategiyası;
- böhranlı hallara qarşı təsir göstərmək və onun baş verməsi prosesini lən-gitmək strategiyası;
- mövcud ehtiyatlardan və əlavə resursların cəlb edilməsindən istifadə olun- maqla situasiyanın sabitləşdirilməsi strategiyası;
- böhranlı vəziyyətləri yaradan risk amillərinin müəyyən edilməsi və risk-lərin qiymətləndirilməsi strategiyası;
- böhranın baş verəcəyinin qabaqcadan müəyyən edilməsi və onun aradan qaldırılması üçün vacib olan şəraitin yaradılması strategiyası.
Bu və ya digər strategiyanın seçilməsi böhranın xarakterindən və dərinliyindən asılı olaraq müəyyənləşdirilir. ( 6.8 şəkil ).