Bu gün ən mühüm məsələlərdən biri özəlləşdirilmiş müəssisələrin böhranlı vəziyyətdən çıxarılması, onların müflisləşməsinin qarşısının alınma-sıdır


§2.Antiböhran idarəetmənin vacibliyi, imkanları və problemləri



Yüklə 399,8 Kb.
səhifə12/37
tarix07.01.2024
ölçüsü399,8 Kb.
#203808
1   ...   8   9   10   11   12   13   14   15   ...   37
referat 3331

§2.Antiböhran idarəetmənin vacibliyi, imkanları və problemləri.
Real iqtisadi həyat göstərir ki. istənilən vaxt böhran təhlükəsi ilə qarşılaş-maq olar. Onun bu xüsusiyyəti böhranın faktiki olmadığı hallarda da baş vermə riskinin mövcud olduğunu göstərir. Sosial-iqtisadi sistemlərdə böhran-ların baş verməsi riskinin yüksək olması idarə olunan və olunmayan proses-lər arasında nisbətin dəyişməsindən və belə sistemlərin inkişafının tsiklik xarakter daşımasından irəli gəlir. Sosial-iqtisadi sistemlərə xas olan belə xüsusiyyətlər insanların və onların tələbatının, maraqlarının dəyişməsi ilə izah edilir. Bunları nəzərə alaraq qeyd etmək olar ki, sosial-iqtisadi sistemlərin idarə olunması sistemi həmişə antiböhran idarəetmə imkanlarına malik olmalıdırlar.
Antiböhran idarəetmə - elə idarəetmədir ki, bu zaman böhran təhlükəsinin müəyyən əlamətlərini və simptomplarını təhlil əsasında qabaqcadan müəyyən-ləşdirmək və onun mənfi fəsadlarının təsirinin azaldılmasına və son nəticədə sistemin inkişafına səbəb ola biləcək antiböhran idarəetmə tədbirlərinin həya-ta keçirilməsi mümkün olsun.
Antiböhran idarəetmənin mümkün olması ilk növbədə insan amili ilə, onun idarəetmə təcrübəsi ilə, analtik düşüncələrinə və yaranmış böhranlı vəziyyəti düzgün qiymətləndirmək və ondan irəli gələn qərarlar qəbul etmək bacarığı ilə müəyyən edilir. İdarə olunan prosesləri hərtərəfli öyrənib dərk edən insan (menecer) böhranlı vəziyyətdən çıxmaq üçün yollar axtarır,topladığı təcrübəni və əsas diqqətini mürəkkəb problemlərin həllinə yönəldir, yaranmış və tam aydın olmayan situasiyaya uyğunlaşmağa çalışır.
Antiböhran idarəetmə imkanları əksər hallarda sosial-iqtisadi sistemlərin inkişafının tsiklik xarakter daşımasının dərk edilməsi və böhranlı vəziyyət-lərin əlamətlərinin qabaqcadan aydınlaşdırılmasından və müəyyən qabaqlayıcı tədbirlərinin vaxtında görülməsindən bilavasitə asılıdır. Belə imkanların mövcud olmasına baxmayaraq gözlənilməz böhranların baş verməsi daha çox təhlükəli olur.
Antiböhran idarəetmənin vacib olması sosial-iqtisadi sistemlərin inkişaf etdi-rilməsi məqsədlərindən irəli gəlir. Məsələn, ekoloji böhranlar insanların sağ-lamlığına təhlükə yaratdığı üçün onların aradan qaldırılması məqsədilə ekoloji mühafizə texnologiyaları, tədbirləri hazırlanır və həyata keçirilir. Eləcə də atom energetikasında personalın peşəkarlığının artırılması,qaydaların möhkəmləndiril-məsi, yeni texnoloji vasitələrin və üsulların yaradılması yolu ilə böhranlı vəziyyətdən çıxmaq üçün məqsədyönlü antiböhran idarəetmə həyata keçirilir.
Antiböhran idarəetmə problemləri çoxşaxəlidir, genişdir və mürəkkəbdirlər. Antiböhran idarəetmə problemləri 4 qrupa ayırmaq olar:

Yüklə 399,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin