Bu gün ən mühüm məsələlərdən biri özəlləşdirilmiş müəssisələrin böhranlı vəziyyətdən çıxarılması, onların müflisləşməsinin qarşısının alınma-sıdır



Yüklə 399,8 Kb.
səhifə9/37
tarix07.01.2024
ölçüsü399,8 Kb.
#203808
1   ...   5   6   7   8   9   10   11   12   ...   37
referat 3331

4. Psixoloji böhranlar müasir sosial-iqtisadi idarəetmə sistemlərində özünü biruzə verir. Onlar insanların psixoloji durumu ilə əlaqədar olan böhranlı vəziyyətlər əks etdirir. Onlar stresin kütləvi xarakter aldığı insanların panika-ya düşdüyü, özünə inamın olmadığı, gələcəyə görə qorxu hissinin böyük olduğu, işindən razı olmadığı, hüquqi baxımdan müdafiə olunmadığı və sosial müdafiə tədbirlərinin olmadığı hallarda özünü daha qabarıq göstərir və dərin-ləşir. Cəmiyyətdə və əmək kollektivində sosial-psixoloji mühit pisləşdikcə belə böhranların yaranması labüddür.
5. Texnoloji böhranlar yeni texnoloji ideyaların meydana gəlməsi, yeni tex-nologiyaların tətbiq edilməsi vacibliyi dərk edilməsi ilə əlaqədar ortaya çıxır. Onlara misal olaraq məhsul istehsalında texnoloji uyğunsuzluğun olmadığı və yaxud yeni texnoloji qərarların rədd edilməsi ilə əlaqədar yaranan böhranlı vəziyyətlər aid edilə bilər. Daha geniş halda elmi-texniki tərəqqidən faydalan-maq ilə əlaqədar olan böhranlı vəziyyətlər – ETT-nin meylləri, onlardan isti-fadə imkanları və mümkün nəticələrilə əlaqədar ziddiyyətlər, məsələn atom stansiyalarının tikilməsi ideyası ilə əlaqədar ideyaların reallaşdırılması böhranı və s. aiddir.
Yaranma səbəblərindən asılı olaraq təbii, ictimai, ekoloji böhranlara ayrılır.
Təbii böhranlar insanların yaşayış və fəaliyyət şəraitinə təsir edən təbii hadisələr nəticəsində yaranır. Belə böhranlar zəlzələlər, tufanlar, yanğınlar, iqlimin kəskin dəyişməsi, subasması kimi səbəblərdən yaranır. Belə səbəblər iqtisadiyyata, insanların psixologiyasına, sosial və siyasi vəziyyətə və digər proseslərə əsaslı təsir göstərir və müəyyən həddə çatdıqda böhranlı vəziyyət-lər yaradır. Cəmiyyətlə ictimai münasibətlərin pisləşməsi hallarında da böhranlı vəziyyətlər yarana bilər.Müasir dövrdə insanların təbiətlə münasibətlərindən qarşıya çıxan ekoloji böhranların mahiyyətinin dərk edilməsi böyük əhəmiy-yət kəsb edir. Belə böhranlar insan fəaliyyəti nəticəsində təbii mühitin dəyiş-məsi, təbii resursların tükənməsi, ətraf mühitin çirklənməsi, təhlükəli texnologi-yaların tətbiqi, təbiətin tarazlıq qanununun tələblərinin nəzərə alınması və s. nəticəsində yaranır.

Yüklə 399,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin