Mövzu 2: Böhranların növləri. §1. Böhranların təsnifatı və tipologiyası. Böhranları təsnifləşdirmədən onların idarə edilməsi qaydalarını və vasitələ-rini konkretləşdirmək mümkün deyildir. Böhranları tiplərə ayırmaq və mahiy-yətini dərk etmək xarakterlərini müəyyən etmək yolu ilə onların kəskin olmasını aşağı sala, təhlükəsiz ötüşməsinə, davam etmə vaxtını qısaltmağa şərait yarada bilərik. Böhranların tipologiyası 1.4 şəkildə verilmişdir.
Təcrübə göstərir ki, böhranlar təkcə səbəblərinə və nəticələrinə görə deyil həm də öz mahiyyətlərinə görə fərqlənirlər. Miqyasına görə ümumi və lokal böhranlara ayrılır. Ümumi böhranlar bütün sosial-iqtisadi sistemi əhatə edir. Lokal böhranlar isə sosial-iqtisadi sistemin müəyyən hissəsini əhatə edir.
Böhranların idarə edilməsi zamanı onların sosial-iqtisadi sistemi əhatə etmə-si dairəsini, sərhəddini, strukturunu və həmin sistemin fəaliyyət göstərdiyi mühitin xarakterini öyrənmək və təhlil etmək vacibdir.
Böhran problemindən asılı olaraq makro və mikro böhranlara ayrılır. Makro böhranlar üçün böyük həcmli və miqyaslı problemlərin qarşıya çıxması xarakterik haldır. Mikro böhranlara ayrı-ayrı problemlərin və ya bir qrup problemin qarşıya çıxması xarakterikdir.
Böhranlar üçün xarakterik olan əsas cəhət ondan ibarətdir ki, onların lokal və yaxud mikro səviyyədə baş verməsindən asılı olmayaraq böhranlar zəncir-vari qaydada bütün sosial-iqtisadi sistemə yayıla və yaxud bütün inkişaf problemlərini əhatə edə bilər. Çünki sosial-iqtisadi sistemin bütün elementləri arasında sıx qarşılıqlı əlaqə mövcuddur, problemləri ayrı-ayrılıqda deyil birgə həll etmək müsbət nəticələr verir. Böhranların lokallaşdırılması kəsərliliyinin aşağı salınması vasitələri mövcud olmadıqda böhranlı vəziyyət daha da gər-ginləşir, idarə edilməsi çətinləşir.
Sosial-iqtisadi münasibətlərsistemlərinin quruluşuna, onun inkişaf problem-lərinin diferensiallaşdırılma dərəcəsinə görə iqtisadi, sosial, təşkilati, psixoloji, texnoloji böhranlar qrupuna ayrılır: