Bu gün ən mühüm məsələlərdən biri özəlləşdirilmiş müəssisələrin böhranlı vəziyyətdən çıxarılması, onların müflisləşməsinin qarşısının alınma-sıdır


Mövzu 1: İqtisadiyyatda böhranlı vəziyyətlərin ümumi xarakteristikası



Yüklə 399,8 Kb.
səhifə3/37
tarix07.01.2024
ölçüsü399,8 Kb.
#203808
1   2   3   4   5   6   7   8   9   ...   37
referat 3331

Mövzu 1: İqtisadiyyatda böhranlı vəziyyətlərin ümumi xarakteristikası
§1. Dünyada baş vermiş iqtisadi böhranlar və onların səbəbləri.
Müəssisələrin fəaliyyəti dövründə böhranlı vəziyyətlər və hallar tez-tez yaranır. İqtisadi böhranların baş verməsinin ilkin səbəblərindən birini əmtəə istehsalı ilə istehlakı arasında əlaqənin pozulması təşkil edir.
İqtisadi böhranın mahiyyəti əmtəə istehsalı həcminin ödənc qabiliyyətli tələbatdan yüksək olması; ictimai kapitalın təkrar istehsalı şəraitlərinin pozul-ması; şirkətlərin kütləvi şəkildə müflisləşməsi; işsizliyin artması və digər so-sial-iqtisadi təlatümlərin baş verməsi ilə xarakterizə olunur.
Birinci iqtisadi böhran 1825-ci ildə, kapitalizmin əsas ictimai quruluş olduğu zaman İngiltərədə baş vermişdir. Sonrakı böhran 1836-cı ilə təsadüf olunur və İngiltərəni və ABŞ-ı əhatə etmişdir. 1847-ci ildə baş verən iqtisadi böhran bütün Avropa ölkələrinə təsir göstərmişdir.
Birinci dünya iqtisadi böhranı 1857-ci ildə baş vermişdir və kapitalizmin inkişaf dövründə ən dərin böhranlı vəziyyətdən ibarət olmuşdur. 1873-1878-ci illərdə Avropa ölkələrini və ABŞ-i əhatə edən böhran uzunmüddətli olmasına görə fərqlənir. Ən dərin dünya iqtisadi böhranı 1900-1903-cü; 1907-ci; 1920-ci illərin böhranları 1929-1933-cü illərin böhranı ilə heç bir müqayisəyə gəlmirdi. O, 4 ildən çox müddəti əhatə etməklə kapitalizm dünyasının iqtisa-diyyatının bütün sahələrini əhatə etmişdir. Bu dünya iqtisadi böhranı dövründə kapitalist ölkələrinin sənaye məhsulları istehsalı həcmi 46% aşağı düşmüşdür; o cümlədən poladtökmə 62% ; daş kömür hasilatı 31%; gəmi-qayırma 83% aşağı düşmüşdür. Xarici iqtisadi əmtəə dövriyyəsi 67% azalmış; işsizlərin sayı 26 milyin nəfər və ya 25% təşkil etmiş; əhalinin real pul gəlir-ləri orta hesabla 58% aşağı düşmüşdür. Bu böhranın nəticəsində müflisləşən şirkətlərin sayı həddindən çox olmuşdur. Təkcə ABŞ-da 109 min şirkət bankrot olmuşdur.
Bu böhrandan sonra uzun müddətli durğunluq ( depresiya) başlamışdır. 1937-ci ildə müəyyən canlanmadan sonra yenidən böhranlı vəziyyət yaranmışdır və canlanma fazası müşahidə olunmamışdır. Yeni böhran əvvəlkindən zəif olsa da çox kəskin xarakterdə olmuşdur. Bu zaman kapitalist ölkələrində sənaye istehsalı 11% aşağı düşmüşdür. ABŞ-da sənaye məhsulları istehsalı 21%; avtomobil buraxılışı 40% aşağı düşmüşdür. II Dünya müharibəsinin (1939 -1945) başlanması bu böhranın inkişafının və kəskin xarakter almasının qarşısını almışdır.
Müharibədən sonra ABŞ və Kanadanı əhatə edən lokal xarakterli iqtisadi böhran başlamışdır. Bu zaman sənaye məhsulları istehsalı ABŞ-da 18,2% ; Kanada isə 12% aşağı düşmüşdür. Kapitalist ölkələrinin sənaye məhsulları istehsalı həcmi 6% azalmışdır.1953-1954; 1957-1958-ci illərdə də iqtisadi böh- ranlar olmuşdur. 1973-1975-ci illərdə ən dərin keçən böhran olmuş və bu zaman yüksək olan inflyasiya bütün kapitalist ölkələrini əhatə etmişdir. Bu böhranın xarakterik cəhətinə energetika, xammal hasilatı sahələri kimi mühüm istehsal sferalarını əhatə etməsi və valyuta sistemini iflic vəziyyətinə salan dərin struktur böhranının baş verməsi aid edilə bilər.

Yüklə 399,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin