§2. İqtisadi böhranların yaranma səbəbləri. İqtisadi böhranların yaranması səbəbləri haqqında söylənən fikirlər xeyli ziddiyyətlidir. Məsələn, F.Marks kapitalın təkrar istehsalının dövr xarakterə malik olmasının səbəblərini kapitalizmin təbiətindən irəli gəldiyini göstərirdi və qeyd etdi ki, böhranlı vəziyyət istehsalın ictimai xarakter daşıması, onun nəticəsinin isə ayrı-ayrı kapitalistlər tərəfindən mənimsənilməsi arasındakı ziddiyyətlərdən yaranır. Neoklassik və liberal məktəblərin nümayəndələri iqtisadi böhranlarım əsas səbəbini istehsalın tələbatdan çox olması və əhali tərəfindən onların hamısının istehlak edilməsi ilə əlaqələndirirdilər. Əslində isə istehsal edilən əmtəələrin tam istehlak edilməsi böhranın səbəbi deyil nəticə-si kimi qiymətləndirilməlidir. Bəzi iqtisadçılar iqtisadi böhranların səbəblərini “disproporsiyanın” baş verməsində “tarazlığın” pozulmasında görürdülər.Onlar istehsal sahələri arasında vacib olan düzgün proporsiyanın olmaması, sahib-karların kortəbii fəaliyyət göstərməsi səbəbindən böhranlı vəziyyətin yaran-dığını sübut etməyə çalışırdılar. “Tarazlığın plozulması” nəzəriyyəsinin tərəf-darları tarazlığın iqtisadiyyatdan kənar olan siyasi, demoqrafik, təbii şəraitlə əlaqədar olaraq pozulduğunu göstərirdilər.
Böhranların psixoloji nəzəriyyəsi də mövcuddur. Bu nəzəriyyənin tərəfdarla-rı böhranın hər bir inkişaf bazasının özünəməxsus psixoloji durumunun və ondan irəli gələn münasibətlər sisteminin mövcud olmasını əsas götürülər. Böhranlı vəziyyət investisiya yatıranları təşvişə salır və kapital qoyuluşunun həcmini kəskin aşağı salır. Bunun əksinə olaraq iqtisadiyyatda artım olduqda investorların kefi yaxşılaşır, canlanma prosesinə təkan verir, kapital qoyuluşu-nu artırmağa çalışırlar. Situasiyanın bu cür dəyişməsi qeyri-bərabər investisiya fəallığına səbəb olur və nəticədə investisiya qoyuluşu tsikli qeyri-bərabər formalaşır.
İqtisadi tsikllərin və böhranların səbəblərinin izah edilməsinə aid iqtisad elmi tərəfindən bir sıra nəzəriyyələr işlənmişdir. Məsələn, P. Samuelson “Eko-nomika” kitabında tsikllər və böhranlar nəzəriyyələri haqqında müəyyən fikirlər söylənmişdir. Onlarda ən çox tanınmışı aşağıdakılardır: