Bu gün ən mühüm məsələlərdən biri özəlləşdirilmiş müəssisələrin böhranlı vəziyyətdən çıxarılması, onların müflisləşməsinin qarşısının alınma-sıdır



Yüklə 399,8 Kb.
səhifə8/37
tarix07.01.2024
ölçüsü399,8 Kb.
#203808
1   ...   4   5   6   7   8   9   10   11   ...   37
referat 3331

1.İqtisadi böhranlar ölkə iqtisadiyyatında və yaxud ayrıca bir müəssisədə, şirkətdə qarşıya çıxan ciddi ziddiyyətli halları əks etdirir. Belə hallara əmtəə istehsalı və satışı, iqtisadi agentlərin qarşılıqlı münasibətləri, rəqabətdə üstün-lüklərin itirilməsi, ödənc qabiliyyətinin aşağı düşməsi və s. ilə əlaqədar böh-ranlı vəziyyətlərin yaranması aid edilir. İqtisadi böhranlar qrupunda maliyyə böhranını xüsusi qeyd etmək lazımdır. Maliyyə böhranları maliyyə sisteminin mövcud vəziyyətində özünü biruzə verən ziddiyyətli halları və yaxud şirkətin maliyyə imkanlarının məhdudlaşması halları ilə xarakterizə olunur.
2. Sosial böhranlar müxtəlif sosial qruplar arasında ziddiyyətlərin kəskin-ləşməsi və yaxud onların maraqlarının toqquşması, üst-üstə düşməsi nəticə-sində baş verir. Belə böhranlar iş verənlərlə işçilər; sahibkarlarla həmkarlar təşkilatları; menecerlərlə personallar; müxtəlif peşə sahibləri və s. arasında baş verir. Sosial böhranlar əksər hallarda iqtisadi böhranların davamı kimi özünü biruzə verir. Sosial böhranlar idarəetmə tsiklinə, iş şəraitinin pis olmasına, ekoloji durumunun pis olmasına və eləcədə vətəndaşların patriotik hissələrinə görə baş verə bilər. Sosial böhranlar qrupunda siyasi böhran xüsusi yer tutur. O cəmiyyətin siyasi quruluşu, hakimiyyət böhranı, sosial qrupların, siniflərin maraqlarının təmin edilməsində, cəmiyyətin idarə edilməsi böhranlı vəziyyətin yaranması səbəbindən baş verir. Sosial böhranlar bir qayda olaraq iqtisadi böhranlara gətirib çıxarır.
3. Təşkilati böhranlar regionların, inzibati idarəetmə vahidlərinin, şirkətlərin, funksional struktur bölmələrinin fəaliyyətinin reqlamentləşdirilməsi, inteqrasiyası funksiyalarının bölüşdürülməsi hallarında təşkilati xarakterli böhranlar kimi özünü biruzə verir. Belə ki, istənilən sosial-iqtisadi sistemdə struktur dəyişik-liklərinin aparılması təşkilati münasibətləri gərginləşdirə bilər və nəticədə işgüzar münaqişələr, qarmaqarışıqlıqlar, cavabdehsizlik, icraya nəzarətin çətin-ləşməsi halları baş verə bilər. Sosial-iqtisadi sistemlərin hədsiz dərəcədə və qısamüddətdə iriləşməsi səbəbindən idarəetmə mürəkkəbləşə, bürokratizm dərin-ləşə, sistemin fəaliyyəti çətinləşə bilər ki, bu da müəyyən böhranlı vəziyyətə gətirib çıxarar. Təşkilati böhran müəssisənin fəaliyyətini iflic edə bilər.

Yüklə 399,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin