Bu gün ən mühüm məsələlərdən biri özəlləşdirilmiş müəssisələrin böhranlı vəziyyətdən çıxarılması, onların müflisləşməsinin qarşısının alınma-sıdır



Yüklə 399,8 Kb.
səhifə10/37
tarix07.01.2024
ölçüsü399,8 Kb.
#203808
1   ...   6   7   8   9   10   11   12   13   ...   37
referat 3331

Baş verməsinə görə gözlənilən ( qanunauyğun ) və gözlənilməyən ( təsadüfi) böhranlara ayrılır. Gözlənilən böhranlar onların yaranmasına səbəb olan obyektiv amillərin- istehsalın restrukturizasiyası, ETT-nin təsiri altında tələbatın, maraqların strukturunun dəyişməsi nəticəsində proqnozlaşdırıla bilən böhranlar-dır. Gözlənilən böhranlara baş vermə səbəbləri öyrənilən, tsikllərə bölünən böhranlar aid edilir.Onlar dövrü olaraq baş verir, müəyyən yaranma və davam etmə fazalarına malik olur. Gözlənilməyən ( təsadüfi ) böhranlar idarəetmədə buraxılan kobud səhvlər və yaxud hər hənsı təbii hadisə, iqtisadi asılılıqlar nəticəsində lokal böhranların genişlənməsi nəticəsində yaranır.
Aydın olangizli olan böhranlarda ayrılır. Birinci tez müəyyən olunur və aydın müşahidə edilir. İkinci gizlin baş verib hiss olunmadan davam etdiyi üçün çox təhlükəlidir. Dərin və yüngül keçən böhranlar fərqləndirilir. Dərin böhranlar sosial-iqtisadi sistemlərin dağıdır. Belə böhranlar özündə yüksək gərginlik toplayır və ziddiyyətləri cəmləşdirərək qeyri-səlis və mürəkkəb vəziyyətdə keçir. Yüngül və yumuşaq böhranlar ardıcıl mərhələlərlə və ağrısız, problemsiz ötüşür. Onları görmək və rahat idarəetmək mümkün olur. Böhranlar qısa və uzunmüddətli böhranlara ayrılır. Vaxt amilini böhranlarda nəzərə almaq vacibdir. Uzunmüddətli böhranlar mürəkkəb vəziyyətdə və çox çətin keçir. Onlar böhranlı vəziyyətlərdə idarəetmənin çətin olması, böhranın mahiyyətinin və xarakterinin səbəblərinin və mümkün nəticələrinin dərk edilməsi ucbatından mürəkkəb problemlər yaradır.
§2. Böhranların əlamətləri: dərk edilməsi və böhranlı vəziyyətdən çıxmaq imkanları.
Böhranların təsnifləşdirilməsi əlamətləri onların xarakterik parametrlərinin və yaxud böhranlı halların qiymətləndirilməsi üzrə müvafiq qərarların qəbul edilməsi üçün seçim edilməsi əlamətləri kimi qiymətləndirilə bilər. Böhran təhlükəsi həmişə mövcuddur. Bununla əlaqədar olaraq böhranlı halların əlamət- lərinin və onların aradan qaldırılması imkanlarının öyrənilməsi və qiymətlən-dirilməsi vacib məsələlərdən biridir. Məlumdur ki, sosial-iqtisadi sistemlər özü-özünü tənzimləyən sistemlərdir. Bu o deməkdir ki, belə sistemlərin fəaliy-yətində vacib olan tarazlığın saxlanılması üçün müəyyən mexanizmlər möv-cuddur.İdarəetmə də ondan ötrüdür ki, belə mexanizmlərdən istifadə edərək sosial-iqtisadi sistemin davamlı və problemsiz fəaliyyətini təmin etmək müm-kün olsun. Ancaq belə idarəetmə o vaxt mümkün olur ki, sosial-iqtisadi sistemin vəziyyətini xarakterixə edən əlamətləri, onun inkişaf meyllərini və özünü aparmasını müəyyən edən parametrləri müəyyən etmək və müvafiq idarəedici tədbirlər görmək mümkün olur. Məhz bu yolla böhranlı halları müəyyən etmək və müvafiq antiböhran idarəetmə proseslərini həyata keçir-mək olar. Böhranlı vəziyyətdən çıxmaq idarəetmə prosesidir. Bunu insanlığın, istehsalın, iqtisadiyyatın, inkişafı tarixində baş verən böhranlar sübut edir. İdarəetmənin səmərəli olması böhranların mahiyyətinin və baş vermə simp-tomlarının əlamətlərinin vaxtında aşkar edilməsindən bilavasitə asılıdır. Böhranların əlamətləri ilk növbədə onların tipləri, əhatə miqyası və problemləri, kəskinliyi, yaranma səbəbləri, mümkün nəticələri, davametmə fazaları ilə diferensiasiya olunur. ( 1.5 şəkilə bax) .
Böhranların dərk edilməsində qarşıya çıxan problemlərin mahiyyətinin və qarşılıqlı əlaqələrinin düzgün qiymətləndirilməsinin əhəmiyyəti böyükdür. Problemlərin qarşılıqlı əlaqəsinin öyrənilməsi böhranın xarakterinin və təhlükə-sinin müəyyən edilməsinə şərait yaradır. Sosial-iqtisadi sistemlərin idarəe-dilməsində antiböhran inkişafın monitorinqinin təşkili vacibdir. Bu yolla anti-böhran idarəetmə meyarları və meyllərini müəyyən etmək mümkün olur. Havanın, zəlzələlərin, günəşin aktivliyinin proqnozlaşdırılması kimi idarəetmə sistemində də böhranların idarəedilməsi işləri ilə peşəkarcasına məşğul ola bilən xüsusi struktur bölmələrinin yaradılması vacibdir. Müəyyən təhlillərin aparılması və proqnozlar verilməsi üçün böhranlı inkişaf göstəricilərinin və əlamətlərinin dairəsinin dəqiq təyin edilməsi və onların qiymətləndirilməsi metodologiyasının işlənməsi vacibdir.
Böhranların baş verməsinin qabaqcadan söylənməsi yaranmış situasiyanın təhlil olunması və özünü qabarıq göstərən meyllərin aşkar edilməsi nəticəsin-də mümkündür. Ümumiyyətlə böhranlı halların aşkar edilməsində sosial-iqtisadi sistemin vəziyyətini xarakterizə edən bütün göstəricilər iştirak edir. Böhranın yaranmasının təyin edilməsi idarəetmədə istifadə olunan göstəricilər əsasında və yaxud da böhranların baş verməsini təyin etmək üçün yaradılan xüsusi göstəricilər sistemi vasitəsilə mümkün ola bilər. Məsələn, əmək məhsul-darlığının və yaxud istehsalın səmərəliliyinin aşağı düşməsi böhranlı vəziyyətin yaranması kimi qiymətləndirilə bilməz. Çünki belə hal təsadüfi və epizodik ola bilər və onu böhranlı inkişaf meyli kimi qəbul etmək olmaz. Hal-hazırda müəssisələrin inkişafını xarakterizə edən göstəricilər sistemi böhranlı halların müəyyən edilməsi üçün yararlı deyildir. Ona görə də , müəssisələrdə böhranlı vəziyyətin yaranmasını vaxtında və çox dəqiq müəyyən etməyə şərait yara-dan yeni göstəricilər sisteminin və qiymətləndirmə üsulunun işlənməsinə böyük ehtiyac vardır. Bu istiqamətdə metodoloji işləmələrin davam etdirilmə-sinə böyük ehtiyac vardır. Antiböhran idarəetmə mexanizmlərinin yaradılması məqsədləri və təyinatı müxtəlif ola bilər. Lakin bütün hallarda müəyyən problemlərin həllinə yönəldilən çevik təhlil və qiymətləndirmə mexanizmlə-rinin yaradılması prespektivli ola bilər.

Yüklə 399,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin