Bu gün ən mühüm məsələlərdən biri özəlləşdirilmiş müəssisələrin böhranlı vəziyyətdən çıxarılması, onların müflisləşməsinin qarşısının alınma-sıdır


§3. Dövlət tənzimlənməsi konsepsiyaları



Yüklə 399,8 Kb.
səhifə6/37
tarix07.01.2024
ölçüsü399,8 Kb.
#203808
1   2   3   4   5   6   7   8   9   ...   37
referat 3331

§3. Dövlət tənzimlənməsi konsepsiyaları.
Təkrar istehsalın tsiklik təbiətə malik olmasının tədqiq edilməsi iqtisadiyya-tın dövlət tənzimlənməsi probleminin həllinə yönəldilən yeni konsepsiyaların meydana gəlməsinə səbəb oldu. Onlara misal olaraq “tarazlaşdırılmış işgüzar tsikl” “ siyasi işgüzar tsikli” konsepsiyalarını göstərə bilərik.
I konsepsiya monetarizm ideyasının inkişaf etdirilməsinə əsaslanır. Bu kon-sepsiyaya görə dövlət istər-istəməz ona aid olan funksiyalarla yanaşı pul şoklarının generasiya edilməsinə oxşar olan fəaliyyətlə də məşğul olur ki, bu da təsərrüfatçılıq sisteminin tarazlığını pozur və ictimai istehsalda tsiklik tərəddüdlərin baş verməsinə gətirib çıxarır.
Bu konsepsiya “ rasional gözləntilər nəzəriyyəsinin” tərəfdarları tərəfindən XX əsrin 70-80-ci illərində fəal dəstəklənirdi. Monetaristlər hesab edirlər ki, dövlət insanların məlumatsızlığından istifadə edib dövlətin iqtisadi siyasətini həyata keçirən zaman tsiklik prosesin baş verməsinə səbəb ola biləcək tədbirləri gizlətməyə çalışır. Onlardan fərqli olaraq “ rasionalistlər” hesab edir ki, əhali və sahibkarlar informasiya inqilabı dövründə dövlətin tənzimləyici tədbirlərinin həqiqi növləri və nəticələrini düzgün qiymətləndirə və dərk edə bilir və bundan asılı olaraq belə hallarda öz xeyirlərinə olan reaksiya verməyi bacarırlar. Sonda dövlətin tənzimləyici qərarlarından gözlənilən nəticələr əldə edilmir və istehsalda tənəzzülün və yaxud artımın baş verməsi daha da intensiv xarakter alır.
II konsepsiya işsizliklə inflyasiya arasında tərs asılılığın olmasına əsaslanır. İşsizlik nə qədər az olarsa qiymətlər bir o qədər tez artar. Onun tərəfdarları hesab edir ki, ölkədəki iqtisadi vəziyyət əsaslı şəkildəki hakimiyyətdəki parti-yanın populyarlığına təsir göstərir. Əhali infliyasiya səviyyəsinə və işsizlik normasına çox həssas reaksiya verir. İnflyasiya nə qədər aşağı olarsa, işsizlik nə qədər az olarsa hakimiyyət partiyası bir o qədər çox səs toplayacaqdır. Ona görə də inflyasiya ilə işsizlik səviyyəsi arasında hökümət məqbul nisbətin saxlanmasına çalışır. Bütün bunları nəzərə alan hakimiyyət süni şəkildə qiymət artımının qarşısını almağa səy göstərir və bununla da böhranlı vəziyyətin yaranmasına səbəb olur. Eyni zamanda ölkədə məşğulluğun səviy-yəsinin artırılmasına çalışırlar. Belə səylərin nəticəsində inflyasiya artmağa başlayır. Hakimiyyət partiyası fürsətdən istifadə edərək qələbə çalır.
Müəssisələr səviyyəsində böhranların daxili və xarici səbəbləri fərqləndirilir. Xarici səbəblər o səbəblərdir ki, onlara müəssisə təsir göstərə bilmir. Onlara beynəlxalq və milli amillər aid edilir. Beynəlxalq amillər ümumiqtisadi xarakter daşıyan səbəblərin təsiri nəticəsində formalaşır. Milli amillərə siyasi, iqtisadi-coğrafi, mədəni və elmi-texniki səbəblər aid edilə bilər.

Yüklə 399,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin