Bu gün ən mühüm məsələlərdən biri özəlləşdirilmiş müəssisələrin böhranlı vəziyyətdən çıxarılması, onların müflisləşməsinin qarşısının alınma-sıdır



Yüklə 399,8 Kb.
səhifə13/37
tarix07.01.2024
ölçüsü399,8 Kb.
#203808
1   ...   9   10   11   12   13   14   15   16   ...   37
referat 3331

1. Birinci qrupu böhranqabağı situasiyanın aydınlaşdırılması problemləri təşkil edir. Böhranlı vəziyyətin yaranma əlamətlərini vaxtında görmək və onla-rın xarakterini dərk etmək sadə məsələ deyildir. Lakin ondan böhranların qarşısının alınması çox asılıdır. Böhranın qarşısının alınması mexanizmlərini hazırlamaq və işə salmaq isə çox mürəkkəb olan idarəetmə problemidir. Böh-ranların hamısının qarşısının almaq mümkün olmur və onların çoxunu yaşamaq,dəf etmk lazım gəlir. Bu isə ancaq idarəetmə vasitəsilə mümkün ola bilərdi. Məhz onun, məqsədli idarəetmənin nəticəsində böhran dövründə təşkilatın həyat fəaliyyəti problemlərini həll etmək,böhranlı vəziyyəti aradan qaldırmaq və böhrandan çıxmaq mümkün olur.
2. İkinci qrup antiböhran idarəetmə problemləri təşkilatın həyat fəaliyyətinin təmin olunmasının başlıca istiqamətləri ilə əlaqədardır. Onlara ilk növbədə təşkilatın həyat fəaliyyətinin təmin olunmasının metodoloji problemləri aid olunur. Onların köməyi ilə antiböhran idarəetmə məqsdələri, üsulları, mexa-nizmləri və böhranlı vəziyyətdən çıxmaq yolları müəyyən olunur. Bu qrupa maliyyə-iqtisadi xarakterli kompleks problemləri daxildir.Məsələn, iqtisadi antiböhran idarəetmə zamanı istehsalın diversifikasiyasının tipini və yaxud konversiyanın aparılmasını müəyyən etmək lazım gəlir. Bu isə əlavə resurs-ların və maliyyələşdirmə mənbələrinin tapılmasını tələb edir. Təşkilati hüquqi, sosial-psixoloji problemlərin həll edilməsidə lazım gələ bilər.
3. Üçüncü qrup antiböhran idarəetmə problemlərinə idarəetmə texnologiya-sının diferensasiyası aid edilir. Bu qrupa sosial-iqtisadi sistemlərin böhranda fəaliyyət variantları və böhranların proqnozlaşdırılması problemləri, idarəetmə üçün vacib olan informasiyanın axtarışı və idarəetmə qərarlarının qəbul edil-məsi problemləri, böhranlı halların təhlili və qiymətləndirilməsi problemləri aid edilir.Burada vaxta görə müxtəlif məhdudiyyətlər, personalın peşəkarlığı, informasiya çatışmamazlığı və s. nəzərə alınmalıdır. Belə problemlərə təşkila-tın böhranlardan çıxmasına şərait yaradan innovasiya strategiyasının işlənməsi də aid edilə bilər.

Yüklə 399,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin