Mövzu 3: Antiböhran idarəetmənin məzmunu və əsas xüsusiyyətləri. §1. İdarə olunan və olunmayan böhranlı proseslər. Müəssisələrdə baş verən bütün prosesləri iki qrupa bölmək olar: idarə olu-nan və idarə olunmayan proseslər. İdarə olunan proseslər elə proseslərdi ki, onlara məqsədyölü təsir göstərməklə dəyişdirmək və müəyyən istiqamətə yönəltmək mümkündür. İdarə olunmayan proseslər elə proseslərdir ki, onların xarakterini və istiqamətini bu və ya digər səbəbdən heç bir istiqamətə dəyiş-dirmək mümkün deyildir. Belə proseslər özünəməxsus qanunauyğunluqlar əsasında gedir və nə baş verməlidirsə o da baş verir.
Idarə olunan və olunmayan proseslər müəyyən nisbətdə və dinamik dəyişik-liklər şəraitində gedir və idarəetmənin təkmilləşdirilməsini nəzərdə tutur. İdarə olunan proseslər müəyyən hallarda idarəedilməz vəziyyətə düşə bilər. İdarə olunmaz proseslərin çoxuna təşkil etdiyi hallar anarxiyaya böhrana aparıb çıxardır. İdarə oluna bilən proseslərin səmərəlilik səviyyəsi məhduddur və müəyyən hallarda belə proseslərdə böhranlı vəziyyət yaradır. Belə ki, bürok-ratiyanın həddindən çox yayılması sosial gərginlik yaradır, konflikləri artırır, idarəetmənin səmərəliliyini xeyli aşağı salır.
İstehsalın inkişafının idarə edilməsi prosesinin 4 mərhələyə ayrılır. Birinci mərhələ sadə idarəetmə mərhələsidir. Bu idarəetmə mərhələsi öz xarakterinə və əlaqələrinə görə, funksional məzmununa və xüsusiyyətlərinə görə elemen-tar təşkilati formada reallaşdırılır və onun səmərəli həyata keçirilməsi böyük xərclər tələb etmir.
İstehsalın mürəkkəbliyinin artması fonunda idarəetmə elə inkişaf etməlidir ki, istehsalın inkişafını qabaqlaya bilsin. Çünki ancaq belə şəraitdə istehsalın idarəedilməsinin səmərəliliyi yüksək ola bilər. Bundan ötrü idarəetmənin reko-konstruksiyası təkmilləşdirilməsi lazım gəlir ki, bu da öz növbəsində funksio-nal, təşkilati, motivləşdirmə, informasiya təminatı baxımından idarəetmə pro-sesinin mürəkkəbləşməsinə gətirib çıxarır. İdarəetmənin peşəkarlıq səviyyəsi-nin yüksəldilməsini tələb edir. Bütün bunlar isə təhsil və tədqiqat struktur-larının işinin daha mükəmməl təşkil edilməsi ilə birbaşa əlaqədardır. İdarə-etmə istehsalın inkişafını qabaqlayan inkişaf meylləri müəyyən müddətdən sonra öz tempini aşağı salır və sonrakı rekonstruksiya üçün həmin dövrdə xeyli potensial toplanır. Bu zaman istehsal və idarəetmə arasında yeni uyğun-suzluğun meydana gəlməsi, əlaqələrin mürəkkəbləşməsi, istehsal və idarəetmə sistenlərinin üst-üstə düşməsinin pozulmasının baş verməsi mümkündür. Deməli, idarəetmədə böhranın baş verməsi təhlükəsi ilə qarşılaşmaq qaçılmaz olacaqdır. İsatehsal idarəetməsinin inkişaf mərhələlərinin qrafikdə göstərilən əyrilərinin başlanğıcına və sonuna uyğun gələn istehsal və idarəetmə proses-lərinin mərhələlərinin bir-birinə maksimal dərəcədə yaxınlaşması halında və eləcədə əyrinin orta hissəsini əks etdirdiyi idarəetmənin inkişaf meyllərinin istehsalın inkişaf meyllərinin maksimal dərəcədə qablaşması vəziyyətində antiböhran idarəetmə mümkündür və ondan müsbət nəticələr əldə etmək olar.