50
ştatlarının qanunvericiliyinə əsasən ortaqlıq yaratmaq üçün qeydiyyat, formal
müqavilənin bağlanması və bəyan olunması belə tələb olunmur.
Mahiyyət etibarilə iki və ya daha çox şəxs birlikdə sahibkarlıqla məşğul olduqda
(şərik bizneslə) hər hansı qeydiyyatdan keçib-keçməməsindən asılı
olmayaraq,
onlar artıq ortaqlıq yaratmış olurlar. Çox vaxt qeyd edirlər ki, ortaqlıq hüquqi
şəxs deyil. Bu fikir universal qəbul olunmasa da
79
, ortaqlıqların
hüquqi şəxs
olmaması barədə fikir bizə çox şeyi deyir. Bu, o deməkdir ki, iki şəxs birlikdə
fəaliyyət göstərdikdə onlar nəticədə üçüncü şəxsi – hüquqi şəxsi – yaratmırlar. A
və B-nin ortaqlığı elə A və B özləridir – AB ortaqlığı üçüncü şəxs (hüquqi şəxs)
deyil.
Azərbaycanda nadir hallarda qeydiyyata alınmış ortaqlığa rast gəlmək olar.
Ancaq bu, o demək deyil ki, bazarda tam ortaqlıqlar yoxdur.
Biz bilirik ki,
Azərbaycanda şirkət yaratmadan şərik bizneslə məşğul olanlar çoxdur. Demək
olar ki, bu cür qeydiyyata alınmayan ortaqlıqların arasında olan münasibətlər
bazarla və müqavilələrə dair müddəalarla tənzimlənir
80
.
ABŞ və dünyanın bir sıra dövlətlərində mövcud olan ortaqlıqlar haqqında
qanunvericiliyin məqsədi daha çox ortaqlar (iştirakçılar) arasında müqavilə
olmadıqda və ya olan müqavilə məsələni
tənzimləmədikdə yaranan
mübahisələri həll etməkdir. Ancaq ortaqlar öz münasibətlərini müqavilə ilə
tənzimləməkdə azaddırlar. Bu məqsədlə də ortaqlıqlara aid bir çox müddəalar
dispozitiv olmalıdır. Misal üçün, dispozitiv qaydaya əsasən iştirakçılar arasında
gəlirlər onların qoyduğu mayaya proporsional (mütənasib) bölüşdürülür. Ancaq
müqavilə ilə bunu dəyişmək mümkündür. Bu, Azərbaycan
qanunvericiliyində
də belədir
81
.
MMC və SC-lərin qeydiyyatı: Mahiyyət etibarilə və funksional baxımdan MMC
ortaqlığın bir formasıdır. Yeganə əsas fərq məsuliyyətin məhdud olmasıdır. Bir
79
Baxın, misal üçün, H. Hansmann, R. Kraakman, Essential Role of Organizational Law, 110 Yale L.J. 387 (2000)
80
Bu faktiki ortaqlıqlar daha çox birgə fəaliyyət formatına oxşayır, Rusiya hüququndakı
sadə ortaqlıq analoqu.
81
MM-in 74-cü maddəsi
51
çox dövlətlərdə olduğu kimi, Azərbaycanda da MMC-lər qeydiyyata alınır. Biz
burada qeydiyyata ehtiyacın tarixi və necə yarandığı barədə fikir söyləyə
bilmirik. Ancaq, zənnimcə, hazırda səbəblərdən biri məhz MMC-də məsuliyyətin
məhdud olmasıdır. MMC ayrıca və öz iştirakçısının şəxsiyyətindən asılı olmayan
hüquqi şəxsiyyətdir. Ortaqlıq müflis olan zaman kreditorlar onun
iştirakçılarından borcun ödənilməsini tələb edə bilərlər – yəni ortaqlığın borcları
onun iştirakçılarının borclarıdır və onlar bu borcları üzərilərindən asan götürə və
ya ondan qaça bilməzlər. MMC isə fərqlidir: MMC-nin borcları yalnız MMC-yə
aiddir, onun iştirakçılarının borcları deyil.
Əgər MMC qeydiyyatdan keçməsə, o
zaman MMC-ni axtarıb tapmaq da çətin olar, çünki hüquqi şəxs sadəcə bir
“fiksiyadır”;
82
o, yalnız kağızlarda və insanlara münasibətində mövcuddur.
Qeydiyyat isə həmin şəxsin mövcud olmasını təsdiq edir. Bu arqumenti SC-yə
də tətbiq etmək olar.
Bu halda biz deyirik ki, MMC və SC-lərə münasibətdə
qeydiyyat bazarı dəstəkləyir və boşluqları doldurur.
Dostları ilə paylaş: