Məhdud məsuliyyətli cəmiyyət (MMC)
MMC – bir və ya bir neçə şəxs tərəfindən təsis edilmiş, kapitalı nizamnamə ilə
müəyyən edilmiş paylara bölünən şirkətdir. Nizamnamə kapitalının paylara
66
bölünməsi şirkətin əmlakını iştirakçıların ümumi paylı mülkiyyətinə çevirmir və
yalnız hər iştirakçının şirkətin idarəetməsində iştirak ölçüsünü (miqdarını), gəlir
və ləğvetmə kvotasını müəyyən etmək məqsədini daşıyır. MMC bütün ona
məxsus olan əmlakla öz öhdəliklərinə görə məsuliyyət daşıyır və iştirakçılarının
öhdəliklərinə cavabdeh deyil, iştirakçılar da öz növbələrində şirkətin borclarına
görə şəxsi mülkiyyətləri ilə cavabdeh deyillər. Onlar yalnız qoyulmuş kapital
ölçüsündə zərər riski daşıyırlar.
MMC sahibkarlıq fəaliyyətinin ən çox yayılmış təşkilati-hüquqi formasıdır.
Korporativ formada biznesin aparılmasında MMC-ni daha çox əlverişli edən
faktorların aşağıdakılardan ibarət olduğunu hesab edirik:
-
səhmlərin buraxılması və yerləşdirmə zərurətinin olmaması;
-
nizamnamə kapitalını kifayət qədər tez artırmaq imkanı;
-
öz fəaliyyəti haqqında məlumatı açıqlamaq tələbinin olmaması;
-
iştirakçıların tərkibinə üçüncü şəxslərin daxil olmasına məhdudiyyət
qoyulması imkanı;
-
daha sadə idarəetmə imkanı;
-
SC ilə müqayisədə daha dispozitiv hüquqi tənzimlənməyə malik olması.
SC-dən fərqli olaraq, MMC-də iştirakçının idarəetmədə iştirak etməli olduğu
zənn edilir. Qanunvericilik MMC-nin idarəetməsində iştirak etmək vəzifəsini
bilavasitə iştirakçının üzərinə qoymur, lakin eyni zamanda MMC-nin ümumi
yığıncağında səslərin hesablanması iştirakçıların ümumi sayından irəli gələrək
həyata keçirilir (iştirak edən iştirakçıların sayı ilə deyil), yəni belə nəzərdə
tutulur ki, şirkətin bütün iştirakçıları idarəetmədə iştirak etməlidirlər.
MMC-nin iştirakçıları hüquqi və fiziki şəxslər ola bilərlər. MMC bir şəxs
tərəfindən təsis edilə bilər ki, o da onun yeganə iştirakçısı olacaqdır.
67
Qanunvericilikdə MMC-nin iştirakçılarının sayının məhdudlaşdırılması nəzərdə
tutulub
98
, lakin bu ümumi normanın mövcudluğuna baxmayaraq, konkret say
limiti hələ də müəyyən edilməyib
99
. Həmin maddəyə əsasən MMC-nin
iştirakçılarının sayı müəyyən edilmiş həddi aşarsa, MMC ASC-yə çevrilməlidir;
əks halda o, məhkəmə qaydası ilə ləğv edilə bilər. Lakin həmin maksimum say
müəyyən olunmadığından MM-nin bu norması lazımsız maddəyə çevrilir. Belə
mövqe var ki, MMC və QSC kifayət qədər oxşar mahiyyətə malik olduğundan
QSC-yə aid müvafiq məhdudlaşdırıcı norma MMC-yə də tətbiq edilməlidir.
Konstitusiya Məhkəməsi də bu mövqedən çıxış etmişdir.
100
Konstitusiya
Məhkəməsi öz qərarında bunu qeyd etmişdir: “Bununla belə, məhdud məsuliyyətli
cəmiyyət və qapalı səhmdar cəmiyyəti eyni iqtisadi funksiyaları (kiçik və orta kapitalların
birləşməsi) yerinə yetirdiyindən məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının sayı
qapalı səhmdar cəmiyyətinin iştirakçılarının sayından çox olmamalıdır”. Lakin
məhkəmə qərarında öz mövqeyini əsaslandırmayıb. Belə ki, ilk növbədə
məhkəmənin “eyni iqtisadi funksiyaları” ifadəsi aydın deyil. Burada iqtisadi
fəaliyyət nəyi nəzərdə tutulur? Yəni digər təşkilati-hüquqi formada olan hüquqi
şəxslər başqa iqtisadi funksiya həyata keçirirlərmi? Onların funksiyaları QSC və
MMC-dən necə fərqlənir? QSC və MMC-nin məşğul ola biləcəyi iqtisadi
(funksiya) fəaliyyət ilə ASC məşğul ola bilməzmi? Bu kimi suallar çoxdur, lakin
cavabı yoxdur.
Həmçinin məhkəmə tərəfindən “kiçik və orta kapital birləşməsi” qeydi,
zənnimizcə, məsələyə heç də aydınlıq gətirmir. Kitabın əvvəlində qeyd etmişdik
ki, korporativ hüquqda hüquqi şəxslərin formalaşmasının əsasında iki istiqamət
durur: "kapitalların birləşməsi" və "şəxslərin birləşməsi". Kapitalların birləşməsi
98
MM-in, 88.1-ci maddəsi
99
QSC-dən fərqli olaraq
100
"Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-
ci il tarixli Qərarı
68
hesab edilən şirkətlər formasında ilk növbədə iştirakçıların şirkətin
idarəetməsində birbaşa iştirakını nəzərdə tutmur və şirkətin fəaliyyətində
konkret iştirakçının olub-olmaması şirkətin fəaliyyətinə təsir etmir. Yəni şirkətin
fəaliyyətində vacib rol oynayan məhz kapitaldır. Kapital birləşməsinin bariz
nümunəsi kimi ASC-ni göstərmək olar. İdeal mühitdə, yəni səhmlər qiymətli
kağızlar fondunda azad dövriyyədə olduqda hər hansı bir səhmdarın öz
səhmlərini satması ilə şirkətdən ayrılması şirkətə çox da təsir etməyəcək.
Şəxslərin birləşməsi hesab edilən hüquqi şəxslərdə isə əksinə, iştirakçıların
şirkətin fəaliyyətinə və idarəetməsinə cəlb olunması böyük olur.
101
Şəxslərin
birləşməsinin bariz nümunəsi kimi ortaqlıqları göstərmək olar. Şəxsin iştirakı
vacib olduğundan qanunvericilikdə bu kimi hüquqi şəxslərin tənzimlənməsində
və idarəetməsində daha çox dispozitiv normalara rast gəlinir. MMC-nin yaranma
tarixinə nəzər saldıqda görmək olar ki, bu korporativ forma məhz ortaqlıq
konsepsiyası əsasında qurulub. İlk dəfə 1892-ci ildə Almaniya hüququnda əmələ
gələn MMC (Gesellschaft mit beschrnkter Haftung. (GmbH)) ortaqlığın korporativ
formasını yaratmış oldu.
102
Beləliklə, məhkəmə qərarında “kiçik və orta kapital” ifadəsinin hansı anlamı
verdiyi aydın deyil. Bəzi mütəxəssislər hesab edirlər ki, bununla məhkəmə bu
növ şirkətlərin (MMC və QSC) yaradılması və fəaliyyəti üçün böyük kapitalın
tələb olunmadığını nəzərdə tutur. Lakin zənn edirik ki, şirkətin kapitalının
böyüklüyü onun təşkilati-hüquqi formasından deyil, fəaliyyət göstərdiyi
sahədən asılıdır. Qeyd edək ki, MMC və QSC-nin ilkin nizamnamə kapitalının
miqdarına dair qanunvericilik tələbi fərqlidir. QSC-nin yaradılması üçün
minimum nizamnamə kapitalı 2000 manat məbləğində müəyyən edilib, MMC-
101
Гражданское право: В 4 т. Том 1: Общая часть. Под ред. Е.А.Суханова.
102
Eder, Limited Liability Firms Abroad, 13 Univ Pitt L Rev 193 (1952), Reforming the "Modern" Corporation:
Perspectives from the German, 80 Harv L Rev 23 (1980), Burke and Sessions, The Wyoming Limited Liability Company:
An Alternative to Sub S and Limited Partnerships, 54 J Tax'n 232 (1981)
69
nin nizamnamə kapitalına dair hər hansı minimum tələb müəyyən edilməyib.
Təbii ki, MMC və QSC daha yüksək nizamnamə kapitalına malik ola bilər
103
.
MMC və SC arasında olan ən mühüm fərq ondan ibarətdir ki, SC-nin
nizamnamə kapitalının strukturunu səhmlər, MMC-nin isə paylar təşkil edir.
Qanunvericilik MMC iştirakçısının payının nominal dəyərini (hansı ki
nizamnamə kapitalına mütənasib olaraq onun payının miqdarını (ölçüsünü)
müəyyən edir) və payın həqiqi dəyərini (iştirakçının payının miqdarına
proporsional olan şirkətin xalis aktivlərinin dəyəri) fərqləndirir. Məsələn, MMC
yarandıqda onun nizamnamə kapitalı 1000 manat təşkil edir; il ərzində uğurlu
fəaliyyəti nəticəsində şirkətin xalis aktivləri 10 000 manatadək yüksəlir. Bu halda
nizamnamə kapitalının 50%-nə sahib olan iştirakçının payının nominal dəyəri
500 manat, payın həqiqi dəyəri isə 5000 manat olacaq.
MMC-də nizamnamə kapitalının payının (payın bir hissəsinin) ötürülməsi
müəyyən prosedura əməl olunması zəruriliyi ilə mürəkkəbləşmişdir. Bu
mürəkkəblik, əsasən, payın və ya payın bir hissəsinin üçüncü şəxsə keçməsi,
eləcə də şirkətə üçüncü şəxsin daxil olmasına aiddir. Belə hüquqi tənzimləmə
MMC-nin iştirakçılarının şəxsi (fərdi) tərkibinin saxlanması xüsusiyyəti ilə
əlaqədardır.
104
Bununla
yanaşı,
MMC-nin
iştirakçıları
digər
iştirakçılar
tərəfindən
özgəninkiləşdirilən paylarının üçüncü (kənar) şəxslərə təklif edilən qiymətə əldə
edilməsində üstünlük hüququna malikdirlər. Əgər iştirakçıların razılaşması
nizamnamə əsasında və ya başqa qaydada müəyyən edilməyibsə, iştirakçılar
satılan payın yalnız öz paylarına mütənasib ölçüdəki hissəsini ala bilərlər.
105
103
Düşünürük ki, hər hansı bir məsələ ilə bağlı məhkəmənin mövqeyi o qədər dolğun olmalıdır ki, qərarlardakı mövqenin
əsaslanlandırmasını məhz həmin qərardan öyrənmək mümkün olsun.
104
Üstünlük hüququ, üçüncü şəxsə satmağa qadağa qoymaq imkanı
105
MM-nin, 93.3-cü maddəsi
70
MMC-nin iştirakçılarına əlavə hüquq və öhdəliklərin verilməsi qanunvericilikdə
aydın şəkildə tənzimlənmir. Təcrübədə şirkətin fəaliyyəti üçün müəyyən
iştirakçıya(lara) öz bilik və bacarıqlarını şirkətin fəaliyyətində istifadə etməsi
üçün əlavə hüquqların (öhdəliklərin) verilməsinə ehtiyac duyulur. Bu, maliyyə
marağı olan investorların və iştirakçıların marağını qorumaq üçün
məqsədəuyğun hesab olunur. Məsələn, payının həcmindən asılı olmayaraq, icra
orqanının və ya direktorlar şurasının üzvünü təyin etmək hüququ, mütəmadi
olaraq şirkətə müəyyən xidmət göstərmək və s. Qanunvericilikdə əlavə hüquq və
öhdəliklər haqqında norma olmasa da, hesab edirik ki, təcrübədə bu imkandan
istifadə etmək mümkündür. Çünki bu yanaşma MMC-nin təbiətinə və
qanunvericiliyin mövcud normalarına zidd deyil. Əksinə, biznes iştirakçıları
korporativ münasibətlərini öz azad iradələrinə uyğun və maraqlardan irəli
gələrək tənzimləmək imkanına malikdirlər. Belə hüquq və öhdəliklər həm
iştirakçıların hamısına, həm də şirkətin ayrı-ayrı iştirakçılarına verilə bilər. Hesab
edirik ki, əlavə hüquq və öhdəliklər MMC-nin nizamnaməsində əks olunmalıdır.
Şirkətin hər hansı iştirakçısına əlavə öhdəliklərin verilməsi ( iştirakçının özünün
Dostları ilə paylaş: |