76
-
gələcək hüquqi şəxsin təşkilati-hüquqi forması;
-
təsisçilərin hüquqi şəxsin fəaliyyətində iştirakı;
-
hüquqi şəxsin fəaliyyətinin idarə edilməsi qaydası;
-
təsisçilərin hüquqi şəxsin tərkibindən çıxma qaydası;
-
şirkətin idarəetmə orqanlarının tərkibi və səlahiyyəti və onlar tərəfindən
qərar qəbul edilməsi qaydası, eləcə də yekdilliklə və ya ixtisaslaşdırılmış
səs çoxluğu ilə həll olunan məsələlər haqqında.
Hesab edirik ki, təsisçilər müqaviləyə qanunvericilikdə
müəyyən edilməyən,
lakin öz biznes maraqlarına uyğun digər şərtləri də əlavə edə bilərlər.
118
Təsis müqaviləsinə əqdlər və müqavilələr haqqında ümumi qaydalar tətbiq
edilir. Buna görə nizamnaməyə və təsis müqaviləsinə dəyişikliklərin edilməsi
qaydası fərqlənir. Təsis müqaviləsi yalnız iştirakçıların yekdil qərarı ilə,
nizamnamə isə sadə (şərtləşdirilmiş) səs çoxluğu ilə dəyişilə bilər. Yəni
iştirakçılar nizamnaməyə
dəyişikliklər edə bilərlər, ancaq təsis müqaviləsinə
dəyişikliyin edilməsində yekdillik olmadıqda, hər iki sənəd bir-birinə zidd ola
bilər.
Qanunvericilik nizamnaməni şirkətin yeganə təsis sənədi kimi
müəyyən edir,
119
lakin təsis müqaviləsinin bağlanmasını tələb edən normada bu müqavilənin
təbiəti, yəni onun da təsis sənədlərinə aid olub-olmaması müəyyən edilməyib.
Zənn edirik ki, əgər təsis müqaviləsi daha çox iştirakçıların daxili qarşılıqlı
münasibətlərini
tənzimləməyə yönəldilibsə, nizamnamə üçüncü şəxslər üçün
yaradılan sənəddir.
Qanunvericilikdə bu qeyri-müəyyənlik şirkətlərin idarəetməsi ilə bağlı bir neçə
sualı cavabsız qoyur. Belə ki, təsis müqavilənin hansı mərhələyə qədər qüvvədə
118
Müqavilə azadlığı prinsipi MM-in 390-cı maddəsində əks olunub.
119
MM-nin 47.1-ci maddəsi
77
olması aydın deyil. Yəni təsis müqaviləsi yalnız şirkət qeydiyyata alınanadək
təsisçilərin münasibətini tənzimləyir,
120
yoxsa şirkətin fəaliyyəti dövründə də bu
müqavilə qüvvədədir? Həmçinin səhmdarlar arasında konflikt olduqda hansı
sənədin (nizamnamə və ya təsis müqaviləsi) üstünlüyə malik olması da aydın
deyil.
Təsis müqaviləsinin dəyişdirilməsi iştirakçıların yekdil qərarı
ilə mümkündür,
halbuki nizamnaməyə dəyişikliklərin qəbul edilməsi şirkət səhmdarlarının
(iştirakçılarının) sadə (və ya şərtləşdirilmiş) səs çoxluğu ilə həyata keçirilir (əgər
qanunla bu qərarın qəbul edilməsi üçün daha çox səs sayı lazım deyilsə). Lakin
üçüncü şəxslər və şirkətin səhmdarları (iştirakçıları) üçün nizamnamənin və təsis
müqaviləsinin müddəaları arasında toqquşma olduğu hallarda üstünlüyü
müəyyən edən normanın olmaması onlar arasındakı münasibətlərin
tənzimlənməsində əlavə problemlər yaradır.
Dostları ilə paylaş: