Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə11/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   7   8   9   10   11   12   13   14   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Korporativ idarəetmə 
Korporativ idarəetmə şirkətlərin istiqamətləndirilməsi və nəzarəti işində struktur 
və prosesləri əhatə edən münasibətlər sistemidir. Bu struktur və proseslər 
rəhbərlik, direktorlar şurası, nəzarət paketi və azlıq təşkil edən səhm sahibləri, 
digər maraqlı tərəflər arasında münasibətləri tənzimləyir. Korporativ 
idarəetmənin yaxşı təşkili rəqabət qabiliyyətini artırır, kapital bazarlarına 
korporativ çıxışı asanlaşdırır və beləliklə, maliyyə bazarlarının inkişafına kömək 
edir və iqtisadi inkişafa təkan verir. Korporativ idarəetmənin təşkili metodlarının 
təkmilləşdirilməsi şirkətin idarəetmə strukturu daxilində qərarların qəbulu 
prosesini yaxşılaşdıra bilər, bu isə maliyyə və biznes əməliyyatlarının 
effektivliyini artırmalıdır. Yaxşı təşkil edilmiş korporativ idarəetmə hesabat 
sisteminin təkmilləşdirilməsinə və nəticədə şirkətin məsul işçiləri tərəfindən 
aldatma və ya qanuna riayət etməmə halları ilə bağlı risklərin azaldılmasına da 
kömək edir. Effektiv idarəetmə sistemi tətbiq edilən qanun və müddəaların 
yerinə yetirilməsinin təminatına kömək etməlidir. Bu, gələcəkdə şirkətlərə baha 
başa gələn qanunvericilikdən uzaq olmağa kömək edəcək. Həmçinin şirkətlərin 
ölkə daxilində və beynəlxalq aləmdə daha yaxşı reputasiya qazanmalarına imkan 
verəcək.
30
Korporativ idarəetmə sistemi şirkətin öz investorlarının maraqlarını 
təmsil və müdafiə etməsi üçün təşkilati modeldir. Direktorlar şurasından tutmuş 
icra qurumunun əmək haqqının ödənilməsi sxeminə və müflisləşmənin bəyan 
edilməsi mexanizmlərinə qədər bir çox şey bu sistemə daxildir. 
Bəzi şərhçilər məsələyə çox dar nəzər nöqtəsindən baxır və deyirlər ki, bu, 
sadəcə direktorların və auditorların səhmdarlar qarşısında öhdəliklərini yerinə 
yetirmək üsulunu əks etdirən dəbdə olan anlayışdır. Digərləri bu anlayışı 
səhmdarların (iştirakçıların) demokratiyasının sinonimi kimi istifadə edirlər. 
Korporativ 
idarəetmə 
səhmdarların, 
əməkdaşların, 
müştərilərin 
və 
30
IFC, Azərbaycan Korporativ İdarəetmə Layihəsi 
http://www.ifc.org/wps/wcm/connect/RegProjects_Ext_Content/IFC_External_Corporate_Site/ACGP_HomeAZ/About+pr
ojectAz/Why+Corporate+GovernanceAz/
 


28 
ümumiyyətlə, ölkənin və onun iqtisadiyyatının durumuna və reputasiyasına 
xidmət etmək məqsədilə bir sistem kimi qəbul edilməlidir.
31
İƏİT-in Korporativ İdarəetmə Prinsipləri 1999-cu ildə İƏİT ölkələri nazirləri 
tərəfindən təsdiq olunub və o vaxtdan etibarən bütün dünyada dövlət 
orqanlarının, investorların, şirkətlərin və başqa maraqlı tərəflərin qəbul etdiyi 
beynəlxalq standart hesab edilib. Bir müddət sonra prinsiplər yenidən nəzərdən 
keçirilərək daha da təkmilləşdirilmiş və son versiya 2004-ci ilə qəbul 
olunmuşdur.
32
İƏİT-in Korporativ İdarəetmə Prinsiplərində korporativ idarəetmənin 6 prinsipi 
göstərilib:
33
-
Effektiv korporativ idarəetmə strukturu üçün özülün yaradılması 
Effektiv korporativ idarəetmə strukturunun yaradılmasını təmin etmək üçün 
bütün bazar iştirakçılarının öz fərdi müqavilə münasibətlərini qurduqları 
zaman etibar edə biləcəkləri hüquqi, tənzimləyici və institusional təməlin 
yaradılması zəruridir. Bu prinsipləri həyata keçirmək istəyən ölkələr öz 
korporativ idarəetmə strukturlarına, o cümlədən tənzimləyici təcrübələrinə 
nəzarət etməli, onların bazarın vəhdətinə və iqtisadi fəaliyyətin nəticələrinin 
yaxşılaşdırılmasına dair etdikləri müsbət təsirin qoruyub saxlanmasını və 
möhkəmləndirilməsini təmin etməlidir. 
-
Səhmdarların hüquqları və əsas mülkiyyət funksiyaları 
Səhmdar kapitalına sərmayə qoyuluşu edən investorlar müəyyən mülkiyyət 
hüquqlarına malikdirlər. Məsələn, səhm payı alına, satıla və ya ötürülə bilər. 
Səhm payı investora şirkətin gəlirinin bir hissəsini əldə etmək hüququnu 
verir və onun məsuliyyəti qoyulan sərmayənin həcminə görə məhdudlaşır. 
Bundan əlavə, səhm payı öz sahibinə şirkət haqqında məlumat almaq və 
31
N. Maw & Craig-Cooper, Maw on Corporate Governance 1 (1994), götürülüb IFC Korporativ İdarəetmə İcmalından, 
aprel-may 2005
32
 
http://www.oecd.org/daf/ca/corporategovernanceprinciples/37363412.pdf
 
33
 
http://www.oecd.org/daf/ca/corporategovernanceprinciples/37363412.pdf
 


29 
əsasən, səhmdarların ümumi yığıncağında iştirak etməklə və orada səs 
verməklə şirkətin fəaliyyətinə təsir göstərmək hüququnu verir.
Səhmdarların əsas hüquqları aşağıdakıları əhatə etməlidir:
- mülkiyyət hüququnu etibarlı şəkildə qeydiyyatdan keçirmək;
- səhmləri başqasının adına köçürmək və ya ötürmək;
- şirkət haqqında mühüm və müvafiq məlumatı vaxtında və müntəzəm 
surətdə almaq;
- səhmdarların ümumi yığıncağında iştirak etmək və səs vermək;
- müşahidə şurasının üzvlərini seçmək və kənarlaşdırmaq;
- şirkətin gəlirindən pay əldə etmək. 
-
Səhmdarlara eyni yanaşma 
Korporativ idarəetmə strukturu səhmdarlara, o cümlədən azlıq təşkil edən və 
xarici səhmdarlara eyni münasibət bəslənməsini təmin etməlidir. Bütün 
səhmdarlar hüquqları pozulduğu halda, onları effektiv metodlarla bərpa 
etmək imkanına malik olmalıdırlar. İnvestorların onlar tərəfindən 
yerləşdirilmiş kapitalın şirkətin menecmenti, şura üzvləri və ya nəzarət 
paketinə sahib olan səhmdarları tərəfindən mənimsənilməyəcəyinə və ya 
israf edilməyəcəyinə inamı kapital bazarlarında mühüm faktordur. Şirkət 
şurasında, menecmentində təmsil olunan və nəzarət paketinə sahib olan 
səhmdarların da öz maraqlarına xidmət edən və kiçik səhmdarların zərərinə 
olan əməliyyatları həyata keçirmək imkanı yarana bilər. 
-
Korporativ idarəetmədə maraqlı tərəflərin rolu 
Korporativ idarəetmənin əsas aspekti həm səhmdar kapitalının, həm də 
kredit formasında xarici kapitalın şirkətlərə axınını təmin etməkdir. 
Korporativ idarəetmə maraqlı tərəfləri şirkətin özünə aid olan insan və fiziki 
kapitallara iqtisadi cəhətdən optimal investisiyaların qoyuluşuna cəlb etmək 
üçün üsulların axtarışını da nəzərdə tutur. Şirkətlərin rəqabətliliyi və ümumi 
müvəffəqiyyəti investorların, işçilərin, kreditorların və tədarükçülərin 


30 
verdikləri vəsaitlərin vasitəsilə həyata keçirilən kollektiv işin nəticəsidir. 
Şirkətlər anlamalıdır ki, maraqlı tərəflərin köməyi rəqabətli və gəlirli şirkətin 
yaradılması üçün qiymətli bir vasitədir.
-
Açıqlama və şəffaflıq 
Məlumatın açıqlanmasına dair əsl şəffaflığı təşviq edən ciddi rejim şirkətlərin 
bazar fəaliyyətinə nəzarətinin əsasını təşkil edir və səhmdarların öz 
hüquqlarını məlumatlı şəkildə həyata keçirmək imkanları üçün çox 
mühümdür. Böyük və işlək qiymətli kağız bazarlarının təcrübəsi onu göstərir 
ki, məlumatın açıqlanması şirkətlərin davranışına təsir göstərmək və 
investorların hüquqlarını qorumaq üçün güclü bir alətə çevrilə bilər. 
Məlumatın açıqlanmasına dair ciddi rejim investisiyaları cəlb etməyə və 
qiymətli kağızlar bazarında etibarını qorunub saxlamağa kömək edə bilər. 
Əksinə, zəif açıqlama və qeyri-şəffaf təcrübə qeyri-etik davranışa, şirkətə, 
onun səhmdarlarına və hətta bütün iqtisadiyyata baha başa gələcək bazarın 
vəhdətinin itirilməsinə gətirib çıxara bilər.
-
Direktorlar (müşahidə) şurasının vəzifələri 
Korporativ strategiyanı həyata keçirməklə yanaşı, şura menecmentin 
fəaliyyətinə nəzarətin həyata keçirilməsinə və səhmdarlar tərəfindən müvafiq 
gəlirlərin alınmasına, həmçinin maraqlar ziddiyyətinin aradan qaldırılmasına 
və şirkətə qarşı iddiaların tarazlaşdırılmasına görə cavabdehdir. Öz 
vəzifələrini effektiv şəkildə yerinə yetirmək üçün şuralar obyektiv və 
müstəqil qərarlar qəbul etmək imkanına malik olmalıdır. Şura nəinki şirkətə 
və onun səhmdarlarına hesabat verməli, həmçinin onların maraqlarına uyğun 
fəaliyyət göstərməlidir. Bundan əlavə, şuralar digər maraqlı tərəflərin, o 
cümlədən işçilərin, kreditorların, müştərilərin, təchizatçıların və digərilərin 
maraqlarını nəzərə almalı və onlara qarşı ədalətli olmalıdır.
34
34
 
http://www.oecd.org/daf/ca/corporategovernanceprinciples/37363412.pdf
 


31 
Korporativ idarəetmə prinsiplərinin Azərbaycanda şirkətlərdə tətbiqini 
dəstəkləmək məqsədi ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, 
Bakı Fond Birjası və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən 2011-ci ildə 
Azərbaycan Korporativ İdarəetmə Standartları hazırlanmışdır. Standartların 
müddəaları hüquqi cəhətdən məcburi deyil, könüllü xarakter daşıyır. 
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi 28 yanvar 2011-ci il tarixində 
Azərbaycan Korporativ İdarəetmə 
Standartlarını təsdiq etmişdir və Standartlar 
ictimaiyyətə 7 fevral 2011-ci il tarixində təqdim olunmuşdur. Standartlar 
Azərbaycanın spesifik qanunvericilik mühiti və biznes şəraiti çərçivəsində 
şirkətlərin idarəetmə təcrübələrinin yaradılması və təkmilləşdirilməsi məqsədini 
daşıyan könüllü xarakterli tövsiyələrdir. Onlar səhmdarların hüquqlarının 
pozulması, idarəetmə orqanları arasında yoxlama və tarazlığın əldə olunması, 
səhmdarlara və geniş ictimaiyyətə məlumatın açıqlanması kimi Azərbaycan 
şirkətlərinin üzləşdiyi ən qabarıq korporativ idarəetmə və etibarlılıq 
problemlərinin həllinə yönəldilmişdir. Azərbaycan Standartları İƏİT-in 
Korporativ İdarəetmə Prinsiplərində və digər ölkələrin korporativ idarəetmə 
standartlarında əks olunan bir çox prinsip və tövsiyələri daxil edir.
35

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin