Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə8/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   4   5   6   7   8   9   10   11   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Emin Kərimov, LLM 
Aprel 2014 


16 
Fəsil I. Korporasiyanın (şirkətlərin) əsasları 
Bir az tarix 
"Korporativ hüquq" ifadəsi dünyaya ABŞ təcrübəsindən yayılıb. ABŞ hüquq 
tədrisində "korporasiyalar" (corporations) predmeti çərçivəsində MMC (LLC) və 
SC (corporation) öyrənilir. Ortaqlıqlar korporasiya hesab edilmədiyindən 
"korporativ hüquq" predmeti çərçivəsində dərindən əhatə edilmir. Bununla 
yanaşı, "korporativ hüquq", "korporativ hüquqşünas", "korporativ idarəetmə" və 
"korporasiya" kimi terminlər digər hüquq sistemlərində də istifadə olunur. 
“Korporasiya” ifadəsi ilə yanaşı Azərbaycanda istifadə
3
olunan digər termin 
“şirkət”dir. Şirkət ərəb mənşəli sözdür. Bu termin XX əsrin əvvəlində 
Azərbaycanın kommersiya təcrübəsində istifadə olunub və XX əsrin 90-cı 
illərində yenidən populyarlaşaraq istifadəyə -daxil oldu. “Şirkət” anlayışı türk 
korporativ qanunvericiliyində də geniş istifadə olunur. Məsələn, Türkiyənin 
hüquqi şəxslərin təşkilati-hüquqi formalarının adında “limited şirket”
4
və 
“anonim şirket”
5
ifadələrinə rast gəlmək olar.
Ərəb mənşəli ifadə olan şirkət 
“şirk” sözündən əmələ gəlib. Bu söz ərəb dilindən “ortaq", "şərik” kimi tərcümə 
olunur.
6
Azərbaycan qanunvericiliyində, əsasən, “cəmiyyət” ifadəsi istifadə olunur. 
Müstəqillikdən sonra ilk korporativ qanunvericiliyin formalaşan dövrdə 
Azərbaycanın hüquq alimləri mənbə kimi daha çox Rusiya ədəbiyyatından 
istifadə etdiklərindən əksər terminlər rus dilindən birbaşa tərcümə edilmişdir. 
“Cəmiyyət” rus dilində “общество” kimi ifadə olunur. 
Hesab edirik ki, “şirkət” termini iştirakçılar arasında formalaşan münasibətləri 
daha düzgün ifadə edir.
7
Bu səbəbdən kitabda “korporasiya” ifadəsi ilə yanaşı, 
3
Sahibkarlar tərəfindən şifahi istifadə olunan 
4
MMC-nin analoqu 
5
SC-nin analoqu 
6
 İ.Zeki Eyuboğlu, Türk Dilinin Etimoloji Sözlüğü, İstanbul, 2004. 
7
Yəni ortaqlıq, şəriklik münasibətləri. “Cəmiyyət” sözü bu anlamı vermir. 


17 
“şirkət” sözündən istifadə edirik. Azərbaycanın hüquq tədrisində son 
vaxtlaradək hüquqi şəxslərin fəaliyyətinə xüsusi diqqət yetirilməyib. SSRİ 
dönəmində formalaşmış ənənəyə əsasən hüquqi şəxslər mülki hüquq dərsliyinin 
daxilində bir neçə paraqrafda nəzərdən keçirilir. Buna rəğmən, hüquq 
praktikasında korporativ hüquq, korporativ idarəetmə və qanunvericilik barədə 
olan məsələlər xüsusi, ayrıca yanaşma tələb edir və müstəqil istiqamət kimi 
qəbul edilir. O cümlədən bu sahədə ixtisaslaşan hüquqşünaslar qrupu – 
korporativ hüquqşünaslar – formalaşmışdır. Əslində bu, normal haldır, əksər 
ölkələrdə hüquqi şəxslərin fəaliyyətini araşdıran istiqamət ayrıca dərslik və elm 
kimi tədris olunur
8
.
Korporasiyaların (və ya oxşar təbiətə malik təşkilat formalarının) Roma 
hüququnda da olmasına baxmayaraq, bu kitabda əsas mənbə kimi ümumi 
(common law) (ingilis-amerika) hüquq yurisdiksiyalarında formalaşan təcrübə 
istifadə edilir. Hazırda bütün dünyada istifadə olunan, müasir korporativ 
hüququn əsasını təşkil edən bir çox institutlar məhz İngiltərə və sonradan ABŞ 
hüquq sistemləri tərəfindən qurulub. Bu gün hüquqi şəxslərə aid aksioma kimə 
qəbul edilən prinsiplərin əksəriyyəti məhz həmin ölkələrin hüquq sistemlərində 
XIX və XX əsrlərdə formalaşıb.
9
İngiltərədə şirkətlərin yaranması əvvəlcə yalnız 
Krallığın icazəsi ilə mümkün idi.
10
Bu icazələr ilk növbədə ticarətlə məşğul olan 
şirkətlərə (kompaniyalara) verilirdi. Beləliklə, ilk kompaniyalar, əsasən, "ktvazi-
dövlət" şirkətləri idi.
"Korporasiya" sözünün özü (latınca corporatio) peşəkar və ya sinfi maraqlara görə 
birləşən şəxslərin birliyi, qrupu mənasını bildirir.
11
Uzun zaman ərzində 
"korporasiya" termini mahiyyətinə görə hüquqi şəxsin sinonimi kimi işlənirdi ki, 
onun da əsas əlamətlərinə ayrıca əmlaka malik olması, öz borclarına qarşı 
8
ABŞ-da bu sahə "corporate law", "corporations", "business organization", İngiltərədə isə "company law" adlanır. 
9
Şirkətin səhmdarlarından ayrı şəxs olması, səhmdarların məhdud məsuliyyəti, şirkətin öz üzərinə hüquq və öhdəlik 
qəbul etmək qabiliyyəti və s. 
10
English Corporate Law in the 16-17
th
Centuries, W. S. Holdsworth, 31 Yale L.J. 382, 1922
11
Суворов Н.С. О юридических лицах по римскому праву. М., 2000. 


18 
müstəqil cavabdehlik, korporasiyanın öz üzvləri ilə hüquqi münasibətlər 
qurmasının mümkünlüyü, eləcə də məhkəmədə iddiaçı və cavabdeh qismində 
çıxış etməsi daxildir.
12
Şirkətlərin (hüquqi şəxslərin) hüquqi təbiətini təşkil edən əsas nəzəriyyələrdən 
biri fiksiya nəzəriyyəsidir. Bu nəzəriyyəyə əsasən korporasiya (hüquqi şəxs) 
müvafiq hökumət tərəfindən yaradılmış fiktiv hüquqi şəxsiyyət (persona ficta
hesab olunur.
13
Fiksiya nəzəriyyəsi dünyada uzun müddət hakim mövqe tutaraq 
Avropa və ABŞ alim və praktikləri tərəfindən də istifadə olunub. Belə ki, XIX 
əsrin əvvəllərinə aid olan “The Trustees of Dartmouth College v Woodward” işi
14
üzrə ABŞ-ın Ali Məhkəməsinin qərarında korporasiyaya aşağıdakı tərif 
verilmişdir: “Korporasiya – gözlə görülməsi, hiss olunması mümkün olmayan və yalnız 
qanuni nöqteyi-nəzərdən mövcud olan süni təşkilatdır”. ABŞ qanunlarına görə, 
korporasiyanın müasir tərifi onun “fiktiv” xüsusiyyətlərinə əsaslanır: ştat 
qanunları və ya ABŞ-ın federal qanunları ilə ərsəyə gələn və şəxslərin adi 
birləşməsindən ibarət olan süni təşkilata, hüquqi şəxsə korporasiya deyilir.
15
Fərdi birləşmələrdən (təşkilatlardan) fərqli olaraq, burada fərdi (şəxsi) iştirak 
mütləq deyil. İştirak satıla və ya digər formada ötürülə bilər, üzvlər təşkilatın 
borclarına görə məsuliyyət daşımırlar, qərarlar səs çoxluğu ilə qəbul edilir və 
işlər təşkilatın adından həyata keçirilir.
16
Beləliklə, korporasiyanı ümumi məqsədlərə nail olmaq üçün yaradılan 
kapitalların (maliyyə vəsaitləri) birləşməsi kimi qiymətləndirmək olar. Bu sahədə 
çalışan bir sıra hüquqşünaslar korporasiyanı geniş mənada – hüquqi şəxs kimi 
tanınan, birləşmiş kapitallarla yaranmış və hər hansı bir faydalı fəaliyyəti həyata 
keçirən təşkilat kimi qəbul edirlər. Onlar korporasiya dedikdə hüquqi şəxs kimi 
12
Суворов Н.С. О юридических лицах по римскому праву. М., 2000 
13
John Dewey, The Historic Bachground of Corporate Legal Personality, 35 Yale L. J. 655 
14
17 U.S. 518 (1819)
15
David Millon, Theories of Corporation, 1990 Duke Law Journal, 201-262
16
Fiziki şəxsin əlamətləri olan bu süni, lakin qanun tərəfindən qəbul olunmuş təşkilatların yaradılması imkanını iqtisadi 
nöqteyi-nəzərdən hüquqşünasların ən önəmli "ixtira"larından biri hesab etmək olar.


19 
tanınan, mülkiyyətin idarəetmədən ayrı (azad) olduğu, hər hansı fəaliyyətin 
həyata keçirilməsi üçün birləşmiş kapitallarla (könüllü pay) təsis edilmiş təşkilatı 
başa düşürlər.
17
Hesab edirik ki, bu məsələdə ABŞ-ın korporativ hüququnun yanaşması daha 
uyğundur. Belə ki, ABŞ hüququnda korporasiya iştirak (üzvlük) prinsiplərinə 
əsaslanan, iradə formalaşdıran və iradəsini ifadə edən xüsusi idarəetmə orqanı 
quruluşuna malik təşkilat hesab edilir. Ortaqlıqlarda idarəetmə orqanları 
təşkilatın üzvləri olduğundan onlar korporasiya hesab edilmir.
18
Azərbaycan hüququnda kontinental hüquq sisteminə malik əksər ölkələrdəki 
kimi, belə bir bölünmə yoxdur. Lakin təcrübədə bu termindən məhz SC, MMC 
və ƏMC formasında olan hüquqi şəxsləri ortaqlıq və kooperativ formasında olan 
hüquqi şəxslərdən fərqləndirmək məqsədilə istifadə olunur.
Qeyd etdiyimiz kimi, Azərbaycan dilində korporasiya terminini əhatə edən 
"şirkət" termini var. Korporasiya daha çox beynəlxalq və ümumi qəbul olunmuş 
bir termindir, şirkət isə bizim istifadə etdiyimiz milli termindir. Kitabda hər iki 
termin ("korporasiya" və "şirkət") eyni mənada istifadə edilir. Müəyyən 
məsələlərdə SC və MMC arasında fərq olduqda, hər bir hüquqi forma mətndə 
ayrıca qeyd ediləcək.

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin