Fəsil VIII. Şirkətlərdə bağlanan xüsusi növ əqdlərin hüquqi tənzimlənməsi ................... 221
Xüsusi əhəmiyyətli əqdlərin hüquqi rejimi ................................................................................. 221
Xüsusi əhəmiyyətli əqdlərin bağlanma qaydası ......................................................................... 225
Aidiyyəti şəxslərlə əqdlər ............................................................................................................... 227
Aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası ....................................................................... 230
Aidiyyəti şəxslərlə əqdlərin direktorlar şurası tərəfindən təsdiqlənməsi ............................... 231
BAKI 2014
7
QISALTMALAR
AR
Azərbaycan Respublikası
ABŞ
Amerika Birləşmiş Ştatları
BB
Böyük Britaniya
CM
Azərbaycan Respublikasının
Cinayət Məcəlləsi
KM
Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi
Bax.
Baxın
MDB
Müstəqil Dövlətlər Birliyi
İXM
Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsi
MM
Azərbaycan Respublikasının Mülki
Məcəlləsi
ƏM
Azərbaycan Respublikasının Əmək
Məcəlləsi
NK
Azərbaycan Respublikasının
Nazirlər Kabineti
QKDK
Azərbaycan Respublikasının
Qiymətli Kağızlar üzrə Dövlət
Komitəsi
(qeyd: Bu orqanın səlahiyyətləri
Maliyyə Bazarlarına Nəzarət Palatasına
ötürülübdür)
SC
Səhmdar cəmiyyət
ASC
Açıq səhmdar cəmiyyət
QSC
Qapalı səhmdar cəmiyyət
8
MMC
Məhdud məsuliyyətli cəmiyyət
ÜY
Ümumi yığıncaq
DŞ
Direktorlar şurası
MŞ
Müşahidə şurası
TK
Təftiş komissiyası
AK
Audit komitəsi
9
ÖN SÖZ
7-8 il bundan əvvəl beynəlxalq qurumun əməkdaşları Azərbaycanın iri
regionlarından birinin rəhbərliyi üçün korporativ idarəetməyə dair təqdimat
keçirirdi. Saat yarım davam edən təqdimatdan sonra regionun iqtisadi inkişafına
məsul olan məmur öz təşəkkür nitqində xüsusilə vurğulamışdır ki, kooperativlər
Azərbaycanda hələ ötən əsrin 80-ci illərindən mövcuddur və onlara göstərilən bu
diqqət çox əhəmiyyətlidir! Başqa sözlə, “korporativ” sözünü “kooperativ” kimi
başa düşmüşdür.
Təəssüf ki, nəinki məmurlarımızın böyük əksəriyyəti, hətta bəzi
hüquqşünaslarımızın və iqtisadçılarımızın da çoxu hüquqi şəxsin mahiyyətini
dərk etmir. Uzağa getməyək, elə qanunvericiliyimizə baxsaq, görərik ki, əksər
hallarda hüquqi şəxs mənasında aşağıdakı ifadə işlədilir: “idarə, müəssisə,
təşkilat”. Halbuki, Azərbaycan Respublikasının (“AR”) Mülki Məcəlləsinə
(“MM”) görə idarə hüquqi şəxs olmayan təşkilatdır (54-cü maddə); müəssisə
əmlak kompleksidir (139-1.1.5-ci maddə), yəni subyekt deyil, obyektdir
(daşınmaz əmlakın növüdür); təşkilat isə qeyri-müəyyən məfhumdur və yalnız
hüquqi şəxs mənasında işlədilmir (məsələn, 54-cü maddəyə görə hüquqi şəxs
olmayan idarə də təşkilat hesab olunur).
MM-yə bu sayğısızlığın səbəbi nədir? Bəlkə ona görə ki, hüquqi statusuna
və həcminə görə digər qanunlardan üstün olmasına baxmayaraq, “tezbazar”
hazırlanmış və qəbul olunmuş MM ən qüsurlu (həm hüquqi, həm məntiqi, həm
də dilçilik nöqteyi-nəzərindən) qanunlarımızdan biridir? Təbii, bu amilin rolu
böyükdür. Amma sual doğur ki, MM niyə belə qüsurludur? Niyə MM-nin
qüvvədə olduğu 14 il ərzində onun qüsurlarının böyük əksəriyyəti aradan
qaldırılmayıb?
Problemin kökü əslində çox dərindir. Belə ki, tarixən Azərbaycanda
hüquq elmi zəif olub. Məşhur hüquqşünaslarımız da olmayıb. Orta əsrlərdə belə
10
digər müsəlman xalqların bir qisminin tanınmış şəriət alimləri olub. Biz də isə
olmayıb. Gözəl şairlərimiz olub, amma fiqh alimlərimiz olmayıb. Rusiya əsarəti
altında olduğumuz dövrdə isə yalnız publik hüquq sahələrinə diqqət verilib.
Mülki hüquq elmi və məktəbi isə həmişə zəif olub. Necə ki, gənclərimiz SSRİ
dövründə hərbi xidmətdə “rahat” yol (aşpaz, sürücü, tikinti işçisi və s.)
axtarıblar, hüquqşünaslarımız da həmişə hüquq-mühafizə orqanlarında işləmək
arzusu ilə yalnız cinayət hüququna üstünlük veriblər.
Təbii, elmi əsası olmayan qanunda qüsur da çox olur. Bununla belə,
publik hüquq sahəsi üzrə bu o qədər də hiss olunmur, çünki onun normaları (bir
daha təkrar edirik) mahiyyətcə süni xarakter daşıyır. Publik hüquq normasının
müəllifinə əsasən üç şey tələb olunur: 1) dəqiq siyasi niyyət; 2) sağlam məntiq; 3)
hüquq texnikası. Lakin mülki hüquq normasının müəllifinə dərin və geniş elmi-
praktiki bilik, habelə analoji xarici qanunvericiliyə bələd olmaq lazımdır.
Biz hələ indi də eramızdan əvvəl yaranmış Roma mülki hüququna qibtə
edir, ondan bəhrələnirik. Publik hüquqda belə hal müşahidə olunmur. Publik
hüquq normaları zaman və məkan baxımdan azmüddətli və dardır. Hər bir
ölkənin öz hüquq sistemi, öz hüquq metodları var. Lakin artıq sübut olunub ki,
son nəticədə hər hansı mülki hüquq münasibəti bu və ya digər şəkildə (qanunla,
presedentlə, adətlə) hər yerdə oxşar tənzimlənir (yalnız yerli ənənələrdən irəli
gələn ailə və vərəsəlik münasibətlərinə bu qayda nisbətən aiddir). Çünki söhbət
təbii münasibətlərdən gedir. İnsanlar isə hər yerdə eynidir.
Xarici qanunvericiliyi bilmək onun müddəalarını tərcümə edib mexaniki
olaraq milli qanunvericiliyimizə daxil etmək demək deyil. Burada bir neçə
ölkənin nəinki qanunvericiliyinin, həmçinin hüquqi təcrübəsinin dərin təhlili
tələb olunur. Əfsuslar olsun ki, bizdə xarici qanunvericiliyin müddəaları əsasən
mexaniki olaraq milli qanunvericiliyimizə daxil edilir. Ən acınacaqlısı isə odur
ki, qanun layihəsini hazırlayan məmur əksər hallarda optimal xarici təcrübəni də
axtarmır, sadəcə əlinin altına düşən ilk xarici qanunu tərcümə edir. Təbii ki, bir
11
çox hallarda bu Rusiya qanunvericiliyi olur. Bu da məmurlarımızın rus dilini
nisbətən daha yaxşı bilməsi ilə bağlıdır. MM də istisna deyil. Onun bir sıra
fəsilləri Rusiya Mülki Məcəlləsinin hərfi tərcüməsidir. Əlbəttə, Rusiyanın hüquq
sistemi bizə çox yaxındır və bu baxımdan Rusiya təcrübəsinə müraciət etmək
lazımdır. Lakin əvvəla Rusiya qanunvericiliyi də qüsurlardan azad deyil. Digər
tərəfdən isə ümumiyyətlə yalnız bir ölkənin təcrübəsindən yararlanmaq
məqsədəuyğun deyil.
Bununla belə, konkret olaraq bizim MM-də yalnız Rusiya təcrübəsi
istifadə edilməyib. Onun hazırlanmasında Almaniya Mülki Qanunnaməsinin də
mühüm təsiri açıq-aydın görsənir. Lakin belə nəticədənsə, Rusiya MM-ni tam
tərcümə edib qəbul etmək daha yaxşı olardı. Çünki MM-nin bəzi fəsilləri (əsasən
Ümumi hissədə) Rusiyadan, bəziləri isə (əsasən Xüsusi hissədə) Almaniyadan
götürülüb. Təbii ki, nəticədə MM sistemsiz sənədə çevrilib, çünki bu zaman
nəinki terminologiyalar, ümumiyyətlə, oxşar və hətta eyni məsələlərə yanaşma
fərqli alınıb.
Əlbəttə, heç bir normativ-hüquqi akt Allah kəlamı deyil, buna görə də
qüsurdan azad deyil. Hətta ən yüksək hüquq elmi potensialına malik olan
ölkələrin qanunvericiliyində də qüsurlar var. Bizdə isə, qeyd etdiyimiz kimi,
hüquq elmi və hüquq məktəbi yox dərəcəsindədir! Buna görə də
qanunvericiliyimizin qüsuru da az deyil.
Lakin təbii ki, publik qanunvericilik aktlarında qüsur daha azdır, çünki
onların müəllifləri hətta zəif olsalar da, AR Prezidentinin Administrasiyasında və
Milli Məclisin Aparatında sağlam məntiqə malik olan savadlı hüquqşünaslar
onların səhvlərini aradan qaldıra bilirlər. Mülki qanunvericilik üzrə isə bu
mümkün deyil. Sadəcə savadlı olmaq və sağlam məntiqə malik olmaq burada
kifayət etmir. Heç kəs universal hüquqşünas ola bilməz. Mülki qanunvericilik
aktının hazırlanması uzunmüddətli və çoxsaylı müzakirələr tələb edir.
Prezidentin Administrasiyasının və Milli Məclisin Aparatının hüquqşünaslarının
12
isə buna fiziki imkanı çatmır. Nəticədə MM-yə dair aidiyyatı dövlət orqanının
hazırladığı düzəliş layihəsi ilə bağlı alternativ fikir olmur.
Təbii ki, dövlət orqanları MM-yə düzəliş layihələrini sırf publik maraqlar
çərçivəsində hazırlayırlar. Ümumiyyətlə, Azərbaycanda hər hansı qanuna
düzəliş bu məqsədlə edilir. Hər hansı qanun layihəsinin yaxşı mənada “yiyəsi”
var və bu da normal haldır. MM-nin isə belə “yiyəsi” yoxdur və məhz buna görə
də onun səviyyəsi aşağıdır. Ötən 14 il ərzində MM-yə edilən düzəlişlər də əsasən
məhz hər hansı dövlət orqanının maraqlarından irəli gəlmişdir: məsələn,
qiymətli kağızlar üzrə AR Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, sığorta
müqaviləsi üzrə AR Maliyyə Nazirliyinin və s. Əlbəttə, onların düzəlişlərində də
müəyyən qüsurlar var, lakin mənasız və məntiqsiz müddəalar yoxdur. Onların
qüsurlu müddəaları ilə mübahisə etmək olar, hüquqi tənqidlə çıxış etmək olar,
amma hər bir halda uzağı ikinci dəfə oxuyandan sonra mənasını başa düşmək
olar.
MM-nin publik maraq olmayan müddəalarına isə heç bir düzəliş edilmir,
çünki maraqlı dövlət orqanı yoxdur. Korporativ hüquq normaları da məhz belə
müddəalara aiddir. Korporativ hüququn inkişafı ilk növbədə sahibkarlara
lazımdır
1
. Onlar isə “firma”, “şirkət”, “müəssisə”, hətta “obyekt” adlandırdıqları
və sahibi olduqları hüquqi şəxsin mahiyyətini belə dərk etmirlər. Məsələn, hətta
iştirakçı olduqları hüquqi şəxsin əmlakını öz mülkiyyətləri hesab edirlər.
Bu kimi problemlər təqdim edilən kitabda məharətlə təhlil edilib. Milli
korporativ hüququn ilk elmi araşdırılması olan bu monoqrafiya həm elm və
tədris, həm də praktiki cəhətdən ölkəmizin hüquq sisteminə böyük töhfədir.
Hüquqşünas alim və müəllimlər, habelə tələbələr korporativ hüququ artıq xarici
mənbələrdən və köhnəlmiş vəsaitlərdən deyil, bizim qanunvericiliyə əsaslanan
əsərdən öyrənə biləcəklər. Bununla belə kitab AR-nın korporativ hüququnu
1
Əlbəttə, geniş mənada dövlət də bunda maraqlıdır. Lakin birbaşa maraq nadir hallarda olur. Amma olur. Məsələn,
ölkəmizin ən iri hüquqi şəxsi olan Dövlət Neft Şirkətinin hüquqi statusu qeyri-müəyyəndir. Bunun da səbəbi məhz
korporativ hüququn zəifliyidir.
13
sadəcə təsvir etmir, onun problemlərini təhlil edir, qabaqcıl xarici təcrübə ilə
müqayisə aparır, mövcud qüsurların aradan qaldırılması istiqamətində bir sıra
səmərəli təkliflər verir. Burada onların sadalanması mümkün deyil. Buna ehtiyac
da yoxdur. Kitabı tam oxumaq lazımdır. Bununla belə, kitab elə yığcam və
konkret yazılıb ki, ondan məlumat kitabçası kimi istifadə edərək sırf müəyyən
anda maraqlı olan fəsli də oxumaq olar.
Təsadüfi deyil ki, belə bir kitab sırf hüquqşünas-alim deyil, əsasən
hüquqşünas-praktik olan mütəxəssis tərəfindən yazılmışdır. Bu zaman, o, həm
dərin elmi biliklərindən (o cümlədən xarici qanunvericilik sahəsində), həm də
böyük təcrübəsindən məharətlə istifadə etmişdir. Mövcud hüquq təhsilimizin və
elmimizin acınacaqlı durumu, təcrübə ilə heç bir əlaqəsinin olmaması yalnız
hüquqşünas-praktiklər tərəfindən dəyişdirilə bilər. Məhz onların səyi nəticəsində
gənclərimizə düzgün hüquq təhsili aşılana bilər. Məhz belə kitabların əsasında
hüquq elmimiz inkişaf edə bilər. Nəhayət, məhz bu kimi monoqrafiyaların
bazasında qanunvericiliyimiz təkmilləşə bilər. Ümumiyyətlə, qanunvericiliyin
dəyişdirilməsi prosesinə kitabın müəllifi kimi istedadlı və müasir düşüncəli
müəlliflərin cəlb edilməsi qaçılmazdır. Əks halda, hüquq elmimiz, hüquq
təhsilimiz, normal qanunvericiliyimiz və son nəticədə hüquqi dövlətimiz
olmayacaq.
Dostları ilə paylaş: |