14
Müəllifdən
Bu kitabın ərsəyə gəlməsində dəstək olan şəxslərə dərin minnətdarlığımı
bildirirəm. Xüsusilə hüquqşünas həmkarlarıma Əkrəm Həsənova, Rəşid Əliyevə,
Tural Piriyevə, PhD Nadir Adilova və mətn korrektoru Rəna Kərimovaya böyük
təşəkkürümü bildirirəm. Ümid edirəm bu kitab korporativ hüququn tədrisində
istifadə üçün uğurlu material olacaq.
İstənilən iqtisadiyyatın effektivliyi ilk
növbədə həmin ölkənin hüquq
sistemindən və xüsusən qanunçuluq prinsipinə riayət olunmasından asılıdır.
İnkişaf
edən
ölkələrdə
həyata
keçirilən
sosial-iqtisadi
islahatlarının
uğursuzluğunun əsas səbəbi xüsusi (özəl) mülkiyyətin və sahibkarlığın hüquqi
təminatsızlığıdır.
2
Azərbaycanın əldə etdiyi siyası və iqtisadi uğurları ölkənin daha böyük templə
inkişafı üçün güclü əsas formalaşdırıbdır. Qeyri neft sektorunun inkişafına
yönəlmiş addımlar ölkə iqtisadiyyatının neftdən asılılığını
azaltmağa və
regionda daha da güclü mövqeyə sahib olmasına yönəlibdir. Lakin,
iqtisadiyyatın inkişafı üçün onun əsasını təşkil edən hüquq sisteminin və onun
daxilində korporativ qanunvericiliyin islahatı çox önəmlidir.
Müasir
iqtisadiyyatın əsas elementlərindən bir isə şirkətlərdir.
Şirkət (hüquqi şəxs) insan təfəkkürünün yaratdığı bir alətdir və onun
mövcudluğu yalnız onun varlığı faktının qəbul edilməsi ilə mümkündür.
Korporativ hüquq şirkətlərin hüquqi təbiətini, idarə edilməsini, onlara nəzarətin,
səhmdarların (iştirakçıların) hüquqlarını və rəhbərlərin öhdəliklərini əhatə edir.
Öncə kitabın əvvəlində, hüquqi şəxslərə aid olan və bir çoxlarımız üçün artıq adi
və təbii görünən - ayrıca hüquqi şəxsiyyət (
separate legal personality) prinsipi
haqqında məlumat verilir. Sonradan
kitabda şirkətin strukturu, qurulması və
idarə olunması izah olunur. Həmçinin kitabda şirkət rəhbərlərinin şirkət
2
Hernando De Soto, The mystery of capital. Why capitalism triumphs in the West and fails everywhere else. Basic Books,
2009
15
qarşısında daşıdığı (fidusiar) öhdəlikləri və səhmdarların (iştirakçıların)
hüquqları əhatə edilir.
Bu kitab əsasən korporativ hüququnu öyrənənlər üçün hazırlanıb,
lakin
kitabdakı bəzi fikirlər təcrübəli hüquqşünaslar üçün də maraqlı olar. Kitabda çox
təkrarlamaya yol verməmək üçün tək "səhmdar" sözündən istifadə olunur.
"Səhmdar" dedikdə həmçinin "iştirakçı" nəzərdə tutulur və müəyyən yerlərdə
həmin ifadələrdən bir mötərizədə göstərilir.
Xüsusi hallarda, Səhmdar
cəmiyyətinin səhmdarlarına aid məsələlər Məhdud
məsuliyyətli cəmiyyətin
iştirakçılarına aid olan məsələlərdən fərqləndiyindən, müvafiq olaraq "səhmdar"
və "iştirakçı" ayrı-ayrı qeyd edilir.
Dostları ilə paylaş: