207
yönəldi. ABŞ-ın hüquq sistemi şirkətin rəhbər orqanlarının fəaliyyətinin
tənzimlənməsində ən irəlidə gedənlərdən oldu.
Korporativ hüquq münasibətlərinin inkişafında
məsuliyyət institutunun
əhəmiyyətli rola malik olmasını nəzərə alaraq, həmin institutun əsas
xüsusiyyətlərini də yadda saxlamaq vacibdir. İlk xüsusiyyət ondan
ibarətdir ki,
şirkətlərdə məsuliyyətə korporativ hüquqi münasibətlərin iştirakçıları cəlb
olunurlar. Məsuliyyət korporativ hüquqi münasibətlərlə sıx əlaqəlidir və
şirkətdəki korporativ hüquqi münasibətlərin iştirakçılarının vəzifələrinin yerinə
yetirilməsini təmin edir.
Digər xüsusiyyət odur ki, şirkətlərdə məsuliyyət
hüququn müxtəlif sahələrinin normaları ilə müəyyən olunur.
Korporativ hüquq münasibətlərinin mürəkkəbliyi səbəbindən iştirakçıların
fəaliyyətinin hüququn müxtəlif sahələrinin normaları ilə tənzimlənməsi zərurəti
yaranmışdır. Beləliklə, korporativ münasibətlərin iştirakçılarının
məsuliyyətini
yalnız hüququn müəyyən sahəsinin normaları ilə müəyyən etmək mümkün
deyil. Xüsusən aşağıdakı sahələrin normalarını qeyd etmək mümkündür:
- Mülki-hüquqi (məsələn, hərəkət (hərəkətsizlik) nəticəsində şirkətə
dəymiş ziyana görə idarəetmə orqanlarının
üzvlərinin məsuliyyətini
müəyyən edən müddəalar);
- Cinayət-hüquqi (məsələn, emitent haqqında informasiyaları, onun
maliyyə-təsərrüfat fəaliyyəti və qiymətli kağızlar haqqında məlumatları
verməkdən qəsdən boyun qaçırmağa görə və ya investorlara bilərək yalan
və qeyri-dəqiq məlumatların verilməsinə görə məsuliyyət müəyyən edən
normalar);
- intizam (əmək) və inzibati-hüquqi məsuliyyət.
Müxtəlif hallarda korporativ hüquqi münasibətlərin iştirakçıları hüququn bir
neçə sahəsi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olan hərəkətlər edə bilərlər.
Bu zaman şəxsin hüquqi məsuliyyətin bir növünə cəlb edilməsi ona hüququn
208
başqa sahələri ilə nəzərdə tutulmuş tədbirlərin tətbiqini istisna etmir.
Publik
hüququn normaları eyni hərəkətə görə mülki-hüquqi (əmlak) məsuliyyətin
tətbiqini istisna etmir, çünki sonuncu (hüququn) bərpaedici funksiyasını həyata
keçirir, birinci isə cəzalandırma xüsusiyyətinə malikdir.
Dostları ilə paylaş: