Müsahibənin götürüldüyü yerin və vaxtın dəqiqləşdirilməsi
Sizin müsahibəyə hazırlığınızın ən adi, lakin vacib hissəsi müsahibənin harada və nə vaxt olacağını dəqiq bilməkdir. Siz görüşə vaxtında gəlməlisiniz. Əgər azacağınızdan ehtiyat edirsinizsə o zaman şəhərin xəritəsini götürməyi unutmayın. Bundan başqa ofisin yerləşdiyi yerə bir neçə gün əvvəl gəlmək lazımdır ki, oraya neçə dəqiqəyə çatmağınızı dəqiq biləsiniz. Ən yaxşı taktika isə müsahibədən qabaq yaxınlıqdakı kafelərin birində nə isə içmək və əllərinizi yumaq olardı.
Görkəm
Sizin geyiminiz və xarici görünüşünüz müsahibənin uğurlu keçməsində siz düşündüyünüzdən də vacib ola bilər. Tədqiqatlar göstərir ki, sizin geyiminiz və danışığınız (səsinizin xüsusiyyəti və səlis və qüsursuz olması) müsahibə götürənin sizin haqqınızda olan fikirlərinə təsir göstərə bilər. Hərçənd siz danışıq tərzinizi belə sürətli şəkildə dəyişməyə nail olmasanız belə, heç olmazsa təhqiredici və jarqon sözlərdən uzaqlaşmaq lazım gələcəkdir.
Geyim vasitəsi ilə özünüzü yaxşı yöndən göstərmək üçün aşağıdakıları etmək lazımdır:
-
rəsmi geyinmək;
-
tünd rəngləri seçmək;
-
müasir görünmək;
-
ağ corab geyinmək və qiymətli əşyalar taxmaq (əgər müsahibəyə gələn kişidirsə);
-
çox dəbdəbəli paltar geyinməmək, nəzərə çarpmayacaq dərəcədə makiyaj etmək (əgər müsahibəyə gələn qadındırsa), çantanızın geyiminizə uyğun olduğundan əmin olmaq.
Bunlardan hansısa sizin üçün az əhəmiyyətli ola bilər. Lakin bu belə deyil.
Təsəvvür edin ki, iki eyni səviyyəli namizəd müsahibəyə gəlib. Hər ikisinin tövsiyyə məktubu və bacarıqları vardır. Onların arasında bir hal istisna olmaqla heç bir fərq yoxdur. Onlardan biri ciddi kostyum geyinib, digəri isə yox. Sizcə bunlardan hansını işə götürəcəklər? Özünüzü elə göstərməyin ki, belə vəziyyətdən narahat olmadınız.
Müsahibəni adi görüş kimi təsəvvür etməyin. Bu rəsmi hadisədir. Buna görə də diqqətli olmaq lazımdır. Hətta siz müraciət etdiyiniz şirkətdə sərbəst geyim təcrübəsi mövcud olsa belə yay şalvarında və yaxası açıq köynəkdə gəlməyin. Sizi hələlik ştata qəbul etməsələrdə siz işgüzar görüşə gedənlər kimi geyinməlisiniz. Çünki sizin imiciniz sazişə təsir edəcək çox vacib elementdir. Həqiqətdə isə sizin etdiyiniz şey elə sazişin bağlanması deməkdir.
Hərçənd qadınlar iş yerində müxtəlif paltarlar geyinə bilərlər. Lakin bununla belə kostyum uğurlu müsahibədən keçmək üçün tövsiyyə olunan geyim növüdür.
|