Müdiriniz sizi necə təsvir edərdi?
Müsahibə götürənin məqsədi
Burada məqsəd özünüzü obyektiv olaraq qiymətləndirə bildiyinizi müəyyən etməkdir. Belə sual sizin müsbət keyfiyyətlərinizi dəstəkləmək üçün üçüncü şəxslərə istinad etməyə imkan verəcəkdir.
Necə cavab verməli
Bu sual həmkarlarınızın sizi necə təsvir etmək sualından daha sadə olmalıdır. Çünki, burada siz sonuncu attestasiyaya istinad edə bilərsiniz. Məntiqi yanaşın və müsbət faktların üzərində durmağa çalışın.
Cavab nümunəsi
Müdirimdən aldığım ən son rəy altı ay əvvəl keçirilmiş attestasiya zamanı olmuşdur. Bu rəyə şirkətdə yeni tədris siyasətinin tətbiq edilməsini həyata keçirməyim daha çox təsir etmişdir. Mənim qiymətləndirmə vərəqimdə müdirim digər şöbələrlə olan razılaşdırma prosesini müsbət qiymətləndirmişdir. Ona həmçinin üç şirkətin iştirakı ilə keçirilən tenderdə aparılan qiymət sövdələşməsi xoş təsir bağışlamışdır. O mənə bu cür yanaşmanın səliqəli olduğuma və çətin məsələlərin öhdəsindən gəldiyimə dəlalət etdiyini söylədi.
Biz onunla belə bir nəticəyə gəldik ki, mənim təkmilləşdirə biləcəyim bir sahə də vardır ki, bu da daxili hesabatlardan istifadə etməkdir. O mənə bir az dəqiq olmağımı təklif edərək təhlilləri daha ətraflı aparmağı tapşırdı. Mən bunu tətbiq etdikdən bir müddət sonra o məni təqdim edilən informasiya üslubuna görə təriflədi.
Dostları ilə paylaş: |