Sizi güldürən nədir? Müsahibə götürənin məqsədi Əsas məqsəd sizin diqqətinizi nə cəlb etməsi haqqında daha çox məlumat əldə etməkdir.
Necə cavab verməli Burada başqa insanların üzərində olan zarafatlara istinad etmək lazım deyil. Siz hansısa lətifəni danışa bilər və ya hər hansı bir komediya filmini xatırlaya bilərsiniz. Çox az ehtimal ola bilər ki, cavabınız (əlbəttə ki, hansısa şit bir yumoristi nümunə göstərmiş olmasanız) bu vəzifəni əldə edib-etməyəcəyinizə təsir göstərəcəkdir. Buna görə də çalışın hər şeydə özünüz olasınız.
Öz “ideal” işinizi təsvir edin Müsahibə götürənin məqsədi Burada əsas məqsəd sizin cəhdlərinizin təklif olunan işin mahiyyəti ilə nə dərəcədə uyğun olduğunu müəyyən etməkdir.
Necə cavab verməli Çalışın bu vakant vəzifədən nə isə daha mükəmməl bir şeyi anlatmadığınızdan əmin olun. Şirkətin mədəniyyətinə aid nə bilirsinizsə cavabınıza əlavə edin. Daha sonra bu “ideal” işin yalnız sizə deyil, şirkətə də xeyir verəcəyini də cavabınızda qeyd etməyi unutmayın. Məsələn, “ideal” işin şirkətə verəcəyi xeyirin üzərinizə müəyyən öhdəliklərin götürülməsini və ya bunun komanda idarəetməsi vasitəsi ilə baş tuta biləcəyini qeyd etmək olar.