Həmin işəgötürənlə yeni əlaqənin qurulması Vəziyyətdən asılı olaraq üç-altı aydan sonra təkrar olaraq həmin təşkilata müraciət etməniz mümkündür. Əgər siz namizədlər siyahısına düşə bilmisinizsə və özünüzü yekun müsahibədə özünüzü yaxşı göstərmisinizsə, ozaman əmin ola bilərsiniz ki, təşkilatın sizin təklifinizdən xoşu gəlmişdir.
Sizin telefon zənginiz və ya məktubunuz təşkilatı yenidən işəgötürmə prosesindən azad etmiş olacaqdır. Təşkilat həm vaxtına qənaət etmiş olacaq, həm də problemlərdən azad olacaqdır. Siz isə öz növbənizdə karyeranızın yüksəlməsinə imkan yaratmış olacaqsınız.
Nəticələr
Əgər sizin tərcümeyi-halınız səhvən unudulubsa, tərcümeyi-halnızı göndərdikdən sonra edəcəyiniz zəng sizi iş axtarışında baş verə biləcək faciədən qaçmağa kömək edəcəkdir.
Təəssürat yaratmaq üçün danışığa hazır olmaq və işə aidiyyatı olan bir keyfiyyətinizin üzərində durmaq lazım gələcəkdir.
İş elanında cavabları olan suallar verməyin.
Bilik və bacarıqlarınızı nümayiş etdirən aydın suallar verin.
Telefon danışığınızın və müsahibənin bütün təfsilatı daxil olmaqla prosesin inkişafı gedişini qeyd edin.
Rədd cavabı aldıqda ruhdan düşməyin.
Tərcümeyi-halınız müsahibəyə yol açmırsa, səbəbini müəyyən etməyə çalışın.
Başqa mümkün vakansiyalar haqqında məlumat almaq üçün belə telefon zənglərindən istifadə etməyə çalışın.
Əgər müsahibə nəticəsində arzu etdiyiniz işi əldə etməmisinizsə, təşkilata yazaraq özünüzü necə göstərdiyinizə dair rəy verilməsini xahiş edin.
Səhvlərinizin üzərində nə qədər tez öyrənsəniz, bir o qədər öz “ideal” işinizi tapmağa nail olacaqsınız.
Əgər siz yekun müsahibədə uğura yaxın olduğunuzu hesab edirdinizsə, bir neçə aydan sonra təşkilatla əlaqə qurun. Şərait dəyişir və böyük ehtimalla növbəti dəfə sizin xidmətlərə tələb olacaqdır.