Bu kitab kimin üçün nəzərdə tutulub


Ən çətin təcrübəniz nə olmuşdur?



Yüklə 1,24 Mb.
səhifə193/272
tarix30.12.2021
ölçüsü1,24 Mb.
#24394
1   ...   189   190   191   192   193   194   195   196   ...   272
Ən çətin təcrübəniz nə olmuşdur?
Müsahibə götürənin məqsədi
Sizin ən çətin təcrübəniz, probleminiz və ya çətin məsələniz soruşulduqda əsas məqsəd bu problem və məsələlərin öhdəsindən necə gəlməyinizi müəyyən etməkdir. Siz qərar qəbul edən yoxsa panikaya düşən şəxssiniz? Acı təcrübənizdən dərs alırsınızmı?

Necə cavab verməli
Bütövlükdə sizə işinizlə əlaqədar təcrübənizi qeyd etmək lazımdır. (Əgər şübhə edirsinizsə o zaman müsahibə götürəndən sadəcə sizin həyat təcrübəniz maraqlandırıb-maraqlandırmadığını soruşun.) Sizə həmçinin müsbət nəticələnən və nə isə öyərndiyiniz təcrübə nümunələrini seçmək lazımdır.

Siz cavabınızı elə qura bilərsiniz ki, əvvəlcə nə öyrəndiyinizi və belə bir nəticəyə niyə gəldiyinizi ətraflı olaraq izah edə biləsiniz.



Cavab nümunəsi
Ən çətin peşəkar təcrübə ilə mən yəqin ki, ilk işim olan satışda tanış olmuşam. Bu həqiqətən də acı təcrübə olsa da müsbət nəticə vermişdir. Çünki mən təqdimat aparmaq bacarıqlarımı inkişaf etdirmək zəruriliyini dərk etdim.

Bu sınaq 10 il əvvəl Hypergrowth şirkətində satış üzrə kiçik menecer vəzifəsində işləyərkən olmuşdur. Bizə iri bir Britaniya şirkətini mal təchizatı ilə əlaqədar çox sərfəli müqavilə təklif olundu və mənə təqdimat üçün materialları və dəvətnamələri hazırlamaq həvalə olundu. Mənim müdirim güclü xarakterə malik və satış etməyi bacaran bir insan olduğu üçün təqdimatı özü etməyə hazırlaşırdı. O qeydlər etməyi sevmirdi. Lakin istəyirdi ki, ona bir neçə köməkçi slaydların hazırlanmasında köməklik edim. Müştəri ilə görüş cümə axşamı səhərə təyin olunmuşdu. Lakin çərşənbə günü o qəflətən xəstələndi və təqdimatı onun yerinə etməyimi tapşırdı. Mən dəhşət içərisində idim. Mən bu sahədə heç bir təcrübəm olmadan çərşənbə günü axşamı məşq etdim.

Nəhayət cümə axşamı gəldi və mən təqdimat etməyə öz köməkçimlə yollandım. Mən dəhşət dərəcədə həyəcan keçirirdim və ilk beş dəqiqədə bir neçə şəkili çaş-baş saldım. Bu isə mənim danışdıqlarım haqqında məlumatsız olmağım təəssüratını yaratdı. Həqiqətdə isə mən hər şeyi bilirdim. Sadəcə olaraq mən həyəcanımın və təcrübəsizliyimin qurbanı oldum. Təqdimatın sonunda özümə gəlsəmdə biz müqaviləni imzalamadıq.

Bu hadisədən sonra mən təqdimatın hazırlanması və keçirilməsi kurslarına yazıldım və müdirimin bundan sonrakı təqdimatlarında aktiv iştirak etməyim üçün təkid etdim. Bir neçə təcrübədən sonra bu işin mənim xoşuma gəldiyini gördüm. Altı aydan sonra isə mən bir şirkətlə müstəqil olaraq müqavilə imzaladım. Zənn etmirəm ki, bu şoku ilk dəfə yaşamasaydım bu iş baş verərdi.



Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin