Niyə görə hesab edirsiniz ki, bu vəzifəyə uyğunsunuz?
Müsahibə götürənin məqsədi
Bu sizin vəzifə haqqındakı düşüncələriniz və sizin bu işi keyfiyyətli olaraq yerinə yetirəcəyinizi göstərmək üçün ediən bir dəvətdir. Müsahibə götürən bu vəzifəyə uyğun olan təcrübənizin olub-olmadığını müəyyən etmək istəyir.
Necə cavab verməli
İlk iş elanında və ya sizə iş haqqında verilən qısa məlumatda bu vəzifəyə vacib olan bilik və təcrübə sahəsi haqqında məlumatlar öz əksini tapmalıdır. Sizin cavabınız əsas tələbləri başa düşdüyünüzü göstərməli, prioritetləri müəyyən etməli və analoji vəzifədə vacib olan bilik və təcrübənizi necə təkmilləşdirdiyinizi nümunələrlə izah etməlisiniz. Yalnız tələb olunan təcrübənizin olduğunu bildirmək kifayət deyil, bunu sübut etmək lazımdır.
Cavab nümunəsi
Mən bilirəm ki, bu vəzifədə insanların idarə edilməsi təcrübəsinə malik olmaq vacib məsələdir. Mənim hal-hazırkı vəzifəmdə mən 16 nəfərdən ibarət olan işçinin idarə olunmasına görə məsuliyyət daşıyıram ki, onlardan 6 nəfəri birbaşa mənə tabedir. Bu mənim xoşuma gələn işimin bir hissəsidir. İki il bundan əvvəl bu şöbəyə rəhbərlik etməyə başlayanda işçi axını çox idi. Buna görə də mən tabeçiliyimdə olan insanların əsas maraqları və tələbatları haqqında onlarla söhbət etməyi qarşımda bir məqsəd olaraq qoydum. Məlum oldu ki, onların bir çoxuna gördükləri iş haqqında rəy bildirilmir və şirkətin onları qiymətləndirdiyi isə ümumiyyətlə hiss olunmur. Nəticədə mən insan resursları şöbəsi ilə attestasiya formalarının təkmiləşdirilməsi məqsədi ilə əlaqə saxlayaraq mənim əməkdaşlarım üçün onun daha da uyğun olaraq tərtib edilməsini xahiş etdim. Daha sonra mən qrupumla bir seminar keçirərək bizim komandanın şirkətə verdiyi töhfə haqqında və bunun daha da yüksəldilməsi məsələlərini müzakirə etdik. Bundan sonra şirkətdə kadr axını azalmağa başladı.
Sistemin tətbiqi təcrübəsi də bu vəzifəyə xas olan bir cəhətdir. Belə ki, mən şirkətin bütün filiallarında çoxvalyutalı sistemin tətbiqində iştirak etmişəm. Mən sistemin tələblərinin müəyyən edilməsi və sistemin işə düşməsinin planlaşdırılmasında köməklik göstərmişəm. Bu mənim ilk tətbiq etmə təcrübəm olmaqla açıq ünsiyyət qurmağın və əldə edilən nəticələrlə əlaqədar mütəmadi konkret hesabatların verilməsinin vacibliyini göstərdi. Bu yolda bir neçə maneəyə rast gəlməyimizə baxmayaraq sonuncu mərhələlərdə biz vaxt itkisini kompensasiya edə bildik və prosesi vaxtında çatdıra bildik.
Nəhayət mən hesab edirəm ki, dəyişikliklərin tətbiq edilməsi bu vəzifədə müvəffəqiyyətli olmaq üçün əsas tələbdir. Mən həmişə elə vəzifə axtarmışam ki, orada idarəetmədə dəyişikliklər tələb edilsin. Əvvələr mən Merger şirkətində işləyirdim ki, onlar iki şirkətin birləşməsi texnologiyalarını tətbiq edirdilər. Təşkilatın daxili mühiti daim dəyişirdi ki, bu da bizə ilham verirdi. Bu isə öz üzərinə məsuliyyət götürmək istəyən insanlar üçün bir çox imkanların yaradılması mənasına gəlirdi. Məslən, mən iki şirkətin birləşməsinin idarəedilməsində iştirak etmişəm ki, bu fövqəladə dərəcədə maraqlı bir iş idi. Çünki, biz iki fərqli hesabatlılıq sistemi olan təşkilatla üz-üzə idik. Buna baxmayaraq biz birləşdikdən sonra ilk 18 ay ərzində 90%-lik standartlaşdırmaya nail ola bildik.
Dostları ilə paylaş: |