Niyə görə siz indiki işinizdən ayrılmaq istəyirsiniz? Müsahibə götürənin məqsədi Burada əsas məqsəd sizin işdən çıxarılmağa məcbur edilməsi və ya başqa yerlərdə yaxşı imkanlara meyl etdiyiniz üçün işdən çıxdığınızı müəyyən etməkdir.
Necə cavab verməli
Heç vaxt indiki işəgötürəninizi tənqid etməyin. Eyni zamanda gələcəkdə ortaya çıxa biləcək hər hansı faktı gizlətməyin. Bununla belə nəzərə almaq lazımdır ki, bir çox hallarda yeni işə keçmək “məcbur edilmə və meyl etmək” kimi hallardan meydana gəlir. Buna baxmayaraq bunun mənfi tərəfindənsə müsbət tərəfini qeyd etmək lazımdır. Provokasiyalara hazır olun. Müsahibə götürənlərin istifadə etdiyi ən hiyləgər fəndlərdən biri də “Niyə görə işdən çıxırsınız?” sualının cavabını dinlədikdən sonra təkrar olaraq cavab zərbəsi vurur və soruşur: “Çox yaxşı. İndi isə mənə həqiqəti söyləyin. Niyə görə işdən çıxırsınız?”
Cavab nümunəsi Mən kifayət qədər qiymətli təcrübə toplamışam və işimdən həzz alırdım. Lakin üç ildən sonra mən hiss etdim ki, qarşıda perspektivlər çox azdır. Hesab edirəm ki, təcrübə sərhədlərinin genişləndirilməsinin tam vaxtıdır. Buna görə də bu vəzifə məni cəzb etdi. Bu vəzifə mənə Böyük Britaniya və ABŞ bazarı haqqındakı biliklərimi təkmilləşdirmiş olardı.
VƏ YA
Əslində mən getməyi planlaşdırmırdım. Mən hələ də faydalı təcrübə əldə edirəm və böyük məmnuniyyətlə orada daha bir il qalardım. Lakin dostum bu iş imkanı barədə mənə söylədi və mən bu cür yaxşı fürsəti əldən buraxmaq istəmədim.
VƏ YA
Hamıya məlumdur ki, hal-hazırda Struggle şirkəti investorların kiçik şirkətlərə olan maraqlarının azalması ilə əlaqədar olaraq maliyyə çətinliyi çəkir. Buna görə də hesab edirəm ki, iri bir şirkətdə işləmək mənim maraqlarıma cavab verir. Mənə elə gəlir ki, bu vəzifə mənə marketinq sahəsindəki bacarıqlarımı təkmilləşdirməyə və eyni zamanda kiçik büdcəli reklam şirkətləri ilə təcrübəmi bölüşdürməkdə imkan yaradacaqdır.